Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tramp nefti 25 dollara sala bilər, ancaq özü prezident kimi o günü görməyəcək

Tarix 24.11.16, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz prezidentliyinin ilk 100 günündə görəcəyi işlər barədə danışarkən Amerikada neft hasilatına qoyulmuş məhdudiyyəti götürəcəyini elan edib. Tramp Amerikanın federal torpaqlarının və eləcə də federal sularının daha çox hissəsini neft və qaz istehsalına açmaq istəyir. O, may ayında da deyirdi ki, Amerikanın istifadə olunmayan inanılmaz enerji potensialı var.

Trampın planı reallaşsa, ABŞ ölkə daxilində böyük neft istehsalına başlasa, bu, neftin qiymətinə necə təsir göstərəcək? Bu sual Azərbaycan kimi ölkələr üçün həyatı əhəmiyyətlidir. 2017-ci ilin büdcəsində neftin baza qiyməti 40 dollardan götürülüb. Neft 40 dollardan aşağı düşsə, və uzun müddət belə qalsa, Azərbaycan büdcə layihələrini reallaşdıra bilməyəcək.

Bəs ABŞ daxili istehsalı nə qədər arttıra bilər? Bunun yuxarı həddi gündə 9,4 milyon barreldir. ABŞ-ın rəsmi Enerji İnformasiya Administrasiyasının məlumatına görə,ABŞ 88 ölkədən gündə məhz 9,4 milyon barrel neft alır. ABŞ-ın aldığı neftdə Səudiyyə Ərəbistanının payı 11 faizdir. ABŞ-a gələn neftdə ən böyük payı olan Kanadadır -40 faiz. OPEK ökələrinin ABŞ-a neft idxalında ümumi payı 31 faizdir.



Tramp planının neftin qiymətinə təsiri barədə Forbes jurnalı investor məktubunu dərc edib. Orda həmin sərmayəçi yazır ki, ABŞ-da neft istehsalına məhdudiyyətlər götürülsə, Trampın bu enerji siyasəti neftin qiymətini 25 dollar civarına gətirib-çıxaracaq və neft bu qiymətdə uzun müddət qalacaq.

Ancaq neftin yüksək qiymətində maraqlı olan Azərbaycan kimi ölkələr üçün ümid yeri də var. O da Trampın neft planlarının gec reallaşmasıdır. CNBC televiziyası hesab edir ki, Trampın vəd etdiyi enerji bumu başlayanda o, artıq prezident olmayacaq. Yəni bu, çox-çox sonra baş verəcək.

CNNMoney başqa amili – dolları göstərir. Trampın seçilməyi və iqtisadi planları indinin özündə dolları qaldırıb. CNN Goldman Sachs maliyyə qurumunun rəyini sitat gətirir ki, dolların qalxmağı neftin qiymətini aşağı salır, bu düzdür, ancaq gərək neft istehsal oluna ki, qiyməti də aşağı düşə. İstehsala maraq isə güclü dollar vaxtında zəif olacaq. Çünki güclü dollar ABŞ-ın şist neftini rəqabətqabiliyyətsiz edir.

Financial Times qəzeti yazır ki, Trampın qadağaları götürməsi ilə bazara nə qədər neft çıxacaq?- bu, dəqiq bilinmir. Ekologiyanın Müdafiə Fondundan Financial Times qəzetinə deyiblər ki, neft istehsalında qaydaların dəyişdirilməsi sadə məsələ deyil. Təkcə ekolologiya ilə bağlı xeyli tənzimləyici qanunlar var. Ona görə, 2020-ci, hətta 2025-ci ilə neft istehsalı eyni səviyyədə olacaq.



Enerji eksperti Kevin Book da Financial Times qəzetinə deyib ki, yaxın dövrdə nefti daha çox bazar idarə edəcək, nəinki Tramp hökuməti.Tramp neft istehsalına qadağaları həmçinin Arktik sularda götürmək istəyir. Ancaq Financial Times yazır ki, Royal Dutch Shell burda böyük neft ehtiyatı tapa bilməyəndən sonra Arktikada neft kəşfiyyatı 2015-ci ildən yerində sayır. CNN isə hesab edir ki, neftin dünya qiymətinə təkcə Tampın bilavasitə eneri siyasəti təsir etmir. İran, Rusiya kimi amillər də var. Məsələn, İranla nüvə sazişi ləğv olunsa, neftin qiyməti kəskin qalxacaq. Buna görə də CNN-nin fikrincə, həttaTrampın enerji siyasəti neftin qiymətini dəyişsə belə, İran kimi amillər həmin dəyişikliyi tarazlaşdıracaq.

Göründüyü ki, Trumpın planları neftin qiymətinə necə təsir edəcək?- sualına nüfuzlu Qərb mediasının özündə də birmənalı cavab yoxdur. Amerikada yaşayan azərbaycanlı iqtisadçı Fariz Hüseynli AzadlıqRadiosuna deyir ki, yaxın dövrdə neftin qiymətinə OPEC qərarlarının təsiri daha böyük olacaq, nəinki Tramp hökumətinin.



Tramp istehsalı stimullaşdırmaq istəyir, bu baxımdan neftin qiyməti düşə bilər, ancaq o biri amillərin təsiri bu düşməni tarazllaşdıra bilər.

Trampın planlarının reallaşmasına gəlincə, onun  hökuməti köklü islahata gedəcəkmi? – Bu, sual olaraq qalır. Əgər köklü dəyişikliyə gedəcəksə, bu, əlbəttə vaxt aparacaq.

Burda ştatların da bu məsələlərdə öz muxatariyyəti var.Demək olmaz ki, prezident dərhal öz istədiyini edəcək. Hal-hazırda məsələn, Şimali Dakotada boru kəməri kiçik bir yerdə yerli qəbilələrin ərazisindən keçir və onlar etiraz nümayişi edir. Aylardır ki, nümayişlər gedir. İndi daha böyük boru kəmərinə qərar verilsə, ola bilsin ki,daha böyük nümayişlər olsun. Və yaxud ekoloqların iradları. Bundan başqa, Konqresin də razılığını alımaq lazımdır. Bir sözlə, Tramp əhəmiyyətli dəyişiklik etmək istəsə, buna vaxt tələb olunacaq. (“Azadlıq” radiosu)




Xəbərin oxunma sayı : 196




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap