Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiyaya Ana Gününü gətirən azərbaycanlı qadın - Onu sizdə tanıyın

Tarix 27.11.16, 18:48

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada hər noyabrın son bazar günü Ana Gününü qeyd edirlər. Ancaq çox az adam bugünkü bayramın banisinin adını bilir. Bu – azərbaycanlı Elmira Huseynovadır.

Ana Günü ilk dəfə 1988-ci ilin 15 oktyabrında Bakıdakı 228 saylı məktəbdə qeyd edilib. Virtualaz.org Pobeda26-ya istinadən bildirir ki, həmin gün rus dili və ədəbiyyatı müəlliməsi Elmira Cavad qızı və onun 6 "b" sinfi şagirdlərin anaları və nənələri üçün bayram tədbiri keçiriblər.

Bəs bu ideya özü hardan yaranıb? Hələ beşinci sinifdə oxuyanda uşaqlar yazıçı İlya Kamenkoviçlə görüşə gəlmişdilər. Yazıçı söhbət əsnasında demişdi ki, bir çox ölkələrdə Ana Günü var, amma SSRİ-də o yoxdur. Məhz onda təşəbbüskar məktəblilər belə qərara gəldilər ki, vəziyyəti düzəltmək lazımdır. Və bu işdə onların yardımına sinif rəhbərləri gəldi.

Müəllimənin sözlərinə görə, uşaqlara sevgi ona Sovet İttifaqında ilk dəfə olaraq Ana Gününü keçirməyə ilham verdi. Elmira Huseynova ssenari üstündə xeyli və ciddi iş görməli oldu. Buna təxminən bir ay vaxt getdi. Sonra çoxsaylı məşqlər, kostyumların və dekorasiyaların hazırlığı... Bütün bunlar valideynlərdən ən ciddi sirr kimi gizli saxlanılırdı. Və budur, nəhayət, ideya müvəffəqiyyətlə həyata keçirildi.

Bu məktəb tədbiri haqqında informasiya sürətlə nəinki Azərbaycan, eləcə də bütün İttifaq üzrə yayıldı. Təşəbbüsə başqa təhsil müəssisələri də dəstək verməyə başladılar.

Elmira Huseynova 1990-cı ildə ailəsi ilə birlikdə Bakıdan Stavropola köçdü. Müəllimə orada 27 saylı məktəbdə işləməyə başladı. Ənənəni Ana Gününü keçirmək ideyasını da özü ilə gətirdi. Onun Stavropoldakı həmkarları bu ideyaya dəstək verdilər. Elmira Cavad qızı bu bayramı 27 saylı məktəbdə uzun illər boyunca keçirdi. Bu vaxt ərzində o, ssenarini, təbii ki, dəyişirdi. Amma orada elə elementlər var ki, onlar daim dəyişməz qalırdılar. Onlardan biri uşaqlar və valideynlərin birlikdə ifa etdikləri “Qoy həmişə ana olsun” adlı final mahnısıdır. Ana Günü ssenarisinin birinci variantını isə Elmira Huseynova qayğı ilə indiyə qədər qoruyub saxlayır.

1998-ci ildə Rusiya Dövlət Dumasının deputatları artıq ümumxalq tədbirinə çevrilmiş bu bayrama rəsmi status vermək qərarına gəldilər. Onun banisi xatırlayır ki, bu barədə təsadüfən-xəbərlər buraxılışından bilib. Elmira Hüseynovanın sözlərinə görə, onda onlar uşaqlarla birlikdə ürəkdən seviniblər. Seviniblər ki, onların fikrini anladılar və Ana Günü nəhayət, öz yerini tapdı. İndi inamla demək olar ki, onu dəqiq unutmayacaqlar.

Virtualaz.org



Xəbərin oxunma sayı : 214




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap