Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Nazir tapşırmışdı ki, pulları Zeynalova verək…” – Rabitəçilərin korrupsiya etirafları

Tarix 30.11.16, 20:52

Font ölçüsü : - / +
bitmap-img6


“Əli Abbasovun göstərişi ilə onun qrup yoldaşı Nadir adlı şəxsə, müavini İltimas Məmmədova və vergi orqanlarına hər ay pul vermişəm”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V. Zeynalovun vəkili Ceyhun Yusifov Beytulla Hüseynova suallar verib.

Vəkil ondan soruşub ki, ittihamda məbləğlər şişirdilib deyəndə nəyi nəzərdə tutub. B. Hüseynov deyib ki, xərclər nəzərə alınmayıb. Vəkil ondan göstərişi kimdən almasını soruşub. B. Hüseynov ad çəkmək istəmədiyini deyib. B. Hüseynov verdiyi ifadəni təsdiq etdiyini deyib. B.Hüseynov bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin göstərişlərini icra edib: “Ad çəkmək istəmirəm, sifarişləri icra etmişəm. İstintaqa verdiyim ifadələri təsdiq edirəm”.

Daha sonra onun ifadəsi elan edilib. O, istintaq zamanı verdiyi ifadəsində məbləğin şişirdilməsi barədə göstərişi onlara nazir Əli Abbasov verib: “Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək. O, bizim onları aldadıb aldatmamağımızı yoxlayırdı. İlk aylar 200-250 min, sonrakı aylar isə 100-150 min pulu Anar Mustafayev vasitəsi ilə Vidadi Zeynalova vermişik. Əli Abbasovun göstərişi ilə onun qrup yoldaşı Nadir adlı şəxsə, müavini İltimas Məmmədova və vergi orqanlarına hər ay pul vermişəm, Əli Abbasova yaxın adamların aylıq internet pulunu ödəmişəm”.

Daha sonra Anar Mustafayev ifadə verib. O, biıdirib ki, istintaq zamanı ina qərəzli münasibət göstərilib: “Beytulla Hüseynov mənim əməliyyatım üçün 8000 min, müalicəm üçün 7000 min manat verib. Əgər paket almışamsa niyə ondan pul istəyirdim? Mənə verilən puldan 2000 min manat özümə qalıb. Qalanları xərclənib. İstintaq zamanı verilən məbləği dəqiq söyləməmi istədilər. Mən də xatırlamadığım üçün dedim ki, Vidadi Zeynalova 2-3 dəfə bağlama vermişəm. Lakin içində nə olduğunu bilməmişəm. Biz büdcədən ayrılan pulu düzgün xərcləmişik.

Etiraf edirəm ki, tikinti sahəsində monopoliya olub. Buna isə məcbur olmuşuq. Çünki Emin Məmmədov deyirdi vəsaitlər kifayət etmir. Biz də Bayrama dedik ki, o da şirkət yaratsın işləyək. Bununla başqasının 170 manata gördüyü işləri 130 manata həll etmişik. Bilirdik ki, bir gün qapı döyüləcək və soruşacaqlar. Biz karyeramızı sona çatdırmaq üçün vəzifəyə gəlməmişdik. Bakıda 36 bina tikilib, hamısına FHN tərəfindən əmsal qoyulub. Səmimu etiraf edirəm ki, əmək haqqımdan əlavə vəsait almışam. Lakin bu hər il eyni olmayıb. 800-2000 min manat olub. Özümü qanun qarşısında qismən təqsirli bilirəm “.

Proses günün ikinci yarsında davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Anar Mustafayev prokurorun suallarını cavablandırıb. Prokuror ondan qiymət artımı barədə göstərişin kim tərəfindən verildiyini soruşub. A. Mustafayev bildirib ki, o, bundan sonradan xəbər tutub: “Mənim yanımda Beytulla Hüseynova göstəriş gəlməyib, sonradan bildim. O zaman mənim 27, onun 42 yaşı var idi”.

İclasda məlum olub ki, 2005-ci ilin aprel ayında Beytulla Hüseynov BTRİB-yə direktor, Anar Mustafayev isə baş mühasib təyin edilib. A. Mustafayev paket şəklində aldığı pulla bağlı bildirib ki, bu, ayda 800-1000 manat arasında dəyişib və ümumi olaraq, 95-110 min manat olub.

B. Hüseynov isə bildirib ki, Anar Mustafayevə ayda 7000 manat verib, lakin hamısı ona qalmayıb: “Onun 30 işçisi var idi”.

A. Mustafayev işlədiyi dövrdə əmək haqqının 560 manatdan 1000 manata qədər olduğunu söyləyib. O, mal-materialı bazar qiymətindən aşağı qiymətə alıb, həmin məbləğin 20-25 faiz artırıldığını deyib. A. Mustafayev bildirib ki, Bayram Vəliyev, Emin Məmmədov və Namazalı Məmmədovun razılığı ilə onlara çatan məbləği mənimsəyiblər: “Biz dövlət əmlakını mənimsəməmişik. Əməkdaşların onkoloji xəstəlikləri, toyları, yasları, tədbirlərin hamısı həmin pulla edilib. Mən nazirliyə verilən pulun məbləğin bilmirəm. Bunu Beytulla Hüseynov və Vidadi Zeynalov bilir”.

Daha sonra Bayram Vəliyev ifadə verərək istintaqa verdiyi ifadəsini təsdiq edib. Onun istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində B. Hüseynovun göstərişi ilə şirkətlər təsis etdiyini, direktorun isə B. Hüseynov olduğunu deyib. Bildirib ki, şirkətlər bir müddət B. Hüseynovun arvadının adına keçib, sonra yenidən B. Hüseynovun adına dəyişdirilib. Onun sözlərinə görə, tenderlər formal olub və bunu B. Hüseynov təşkil edib. B. Vəliyev ayda 1000 manat rəsmi maaş, 1500 manat isə paket şəklində alıb. İclasda V. Zeynalov ittiham aktını almadığını deyib. O, ittiham aktının verilməsini xahiş edib.

İclas dekabrın 2-də davam edəcək.



Xəbərin oxunma sayı : 667




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap