Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çin PYD məsələsində Türkiyəyə dəstək verə bilər

Tarix 02.12.16, 5:40

Font ölçüsü : - / +
bitmap-img6


Şanxay Universitetinin dəvəti ilə Çinə gedən sabiq Baş qərargah rəisi, hazırda təqaüddə olan general İlker Başbuğ Türkiyəyə geri dönüb.

Xəbər365 məlumat verir ki, generalı bu səfərdə hazırda təqaüddə olan pilot general Bilgin Balanlı, Koramiral Qədr Sağdıç, Murat Başbuğ və jurnalist Rafet Ballı müşayiət edib. İ. Başbuğ jurnalistlərə Çindəki təəssüratlarını bölüşüb: "Çin Xalq Respublikası Türkiyə ilə olan əlaqələrinə həqiqətən əhəmiyyət verir.



Bu baxımdan bu bir həftə davam edən toplantı ərzində Suriyada yaşananlar, İraqda yaşananlar, Türkiyənin terrorla apardığı mübarizə və İraqda, Suriyada gələcəkdə ola biləcək vəziyyətlərə bağlı Türkiyənin fikirlərini görüşdüyümüz şəxslərə dəqiq olaraq çatdırmaq şansına sahib olduq. Çox faydalı görüşlər etdik". General iki ölkə arasındakı ən əhəmiyyətli faktın iqtisadiyyat olduğunu bildirib: "İki ölkə arasındakı əlaqələr dediyiniz zaman ağla ilk əvvəl iqtisadiyyat gəlir. Çin Xalq Respublikası bilirsiniz Türkiyənin Almaniyadan sonra ikinci ən çox əlaqələri olduğu ölkədir. Ancaq təəssüf ki, Türkiyənin idxal və ixrac vəziyyətinə baxsaq Çinə istiqamətli arada çox böyük əksiklik var.
Bunu da aidiyyatı adamlarla danışdıq. Onlarda bu aradakı fərqin azaldılmasıyla əlaqədar səylərin olmasına inandıqlarını bildirdilər. İdxal və ixrac arasındakı tarazlığı təmin edən birinci sahə turizmdir. Onlar da bunu qəbul edirlər. Turizm sahəsindəki inkişafların müsbət nəticələr verəcəyinə onlar da inanırlar. Təəssüf ki, bir gerçək var ölkəmizdəki terror hadisələri ölkəmizə gələn turistlərin sayında arzu edilməyən azalmalara səbəb olur.
Türkiyə bu terror problemindən da ən qısa zamanda çıxmaq məcburiyyətindədir. Bu terror ölkəmizə çox baxımdan zərər verir. Nəticə olaraq faydalı bir səfər oldu". Sabiq Baş Qərargah rəisi səfərdə terrorla mübarizənin də gündəmə gəldiyini qeyd edib: "Artıq PYD mövzusunu danışarkən, bizdən bunu da soruşdular. PYD-lə bağlı Türkiyənin əlində konkret sənəd, dəlil varmı? Bunlar təqdim olunduqdan sonra bu mövzuda konkret mövqe bildirə biləcəklərini və müsbət yanaşa biləcəklərini dedilər".




Xəbərin oxunma sayı : 196




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap