Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Zakir Fərəcov iş adamını hər gün döydürür? - 8 milyona qol çək

Tarix 02.12.16, 6:56

Font ölçüsü : - / +
bitmap-img6


İcra başçısı "günahsızlığı”nı belə sübut edəcək.

Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov barəsində ölkə mətbuatında silsilə olaraq yazılara rast gəlirik. Bu insan demək olar ki, dövlət tərəfindən Sumqayıt şəhərinə ayrılan pulları mənimsəməkdə ittiham olunur. İcra başçısının Sumqayıt şəhəri ərazisində inşa etdirdiyi dəniz kənarı Bulvarda işləyən fəhlələrin aylardan bəri qalan maaşlarını, sahibkarlardan nisyə götürdüyü küllü miqdarda inşaat materialının pullarını verməməsi, dövlət tərəfindən ayrılan yüksək məbləğdə pulları mənimsəməsi faktları barədə müxtəlif saytlarda yazılar dərc olunub. Məlumatlara görə, ölkə rəhbəri, Zakir Fərəcovu Sumqayıt şəhərinə icra başçısı təyin edəndən bu günə qədər Sumqayıt şəhərinin abadlığına 20 milyon manatdan çox pul ayırıb. Lakin ayrılan məbləğin icra başçısı tərəfindən havaya sovurulduğu iddia edilir.

 Deyilənlərə görə, Prezidentin də şəxsən açılışına gəldiyi Sumqayıt Bulvarının tikintisi zamanı başçı bir sıra iş adamlarından küllü miqdarda dəyəri olan tikinti materialları götürüb və sonradan onların pulunu ödəməyib. Habelə, işlətdikləri işçiləri də bu cür aldadıb. Yəni, fəhlələr işləyib. Lakin aylardır ki, fəhlələrə zəhmətlərinin haqqı verilməyib...

İcra başçısı fəhlələri və iş adamlarını necə aldadır?

Miq.az-a daxil olan şikayət məktubunda deyilir ki, Zakir Fərəcov gördükləri işin müqabilində pulları iyun ayınadək ödəsə də, ondan sonra isə pulları ödəməkdən imtina edib. İyun ayından sonra iş adamları pullarının ödənmədiyini görüb tikinti materialı verməkdən imtina ediblər. Bir daha onlarla işləməyəcəklərini bildiriblər. Daha sonra isə icra hakimiyyətindən Fəzail adlı bir şəxs gələrək, icra başçısının etibarlı adamı olduğunu bildirib və birgə işə davam etməyi təklif edib. İş adamları da Prezidentin etimad edərək təyin etdiyi icra başçısının göndərdiyi adamın sözlərinə inanaraq, razılıq veriblər. Fəzail adlı şəxs söz verib ki, Prezident açılışa gələndən sonra bütün pullar qəpiyinədək ödəniləcək. Hətta sentyabr ayının 27-də Prezident bulvarın əsaslı təmiri üçün Zakir Fərəcovu medalla təltif edib. Açılışdan sonra isə pullarını yenidən tələb edən şirkətə Zakir Fərəcov oyun qurub. Pullarını tələb edən iş adamlarına və işçilərə bildirib ki, qalan pulları iş adamı Müqayis Verdiyevə verib. Sonra isə Müqayis Verdiyev adlı digər iş adamını həbs etdirib. Onun barəsində məhkəmə 3 ay həbs qətimkan tədbiri seçib.

Miq.az-a məlumat verən mənbə bildirir ki, iş adamının həbsi icra başçısnın xüsusi göstərişi ilə əlaqəlidir. Çünki Sumqayıt şəhəri ərazisində inşa edilən Bulvar məhz iş adamının işçi qüvvəsi tərəfindən həyata keçirilib. Bulvar tamamilə hazır olmasına baxmayaraq, icra hakimiyyəti nə iş adamının, nə də fəhlələrin əmək haqqlarını verməyib. İşçilərin əmək haqqlarını icra başçısından tələb edən iş adamı Zakir Fərəcovun qəzəbinə tuş gələrək qanunsuz olaraq həbs olunub. İndi sahibkarlar və işçilər pullarını kimdən alacaqlarını bilmirlər. Ancaq Z.Fərəcov tək fəhlələrin maaşını mənimsəmir.

Sumqayıtda sahibkarlara divan tutan və onlardan tələb etdiyi rüşvəti almağa müyəssər olan icra başçısı bununla kifayətlənməyərək Prezidentin şəhərin inkşafı üçün ayırdığı vəsaitləri də mənimsəməkdədir. 

Nəzərə alsaq ki, Prezident İlham Əliyev 13 oktyabr 2015-ci ildə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat, 3 mart 2016-cı ildə isə çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9,0 (doqquz) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon (altı milyon beş yüz min) manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon (iki milyon beş yüz min) manat vəsait ayrılması ilə bağlı sərəncam verib. Bundan əlavə şəhərdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün daha 20 milyon manat vəsait ayrılıb. Lakin, müəyyən "səbəblər" ucbatından Sumqayıta ayrılan dövlət vəsaitləri "yoxa çıxıb” və nəticədə şəhərdə narazılıqlar artmaqdadır. 

İcra başcısının gücü - hər gün Şüvəlandan Sumqayıta gətirilən iş adamı 8 milyona qol şəkmək üşün döyülür 

 İcra başçısı aylardır ki, fəhlələri adam yerinə qoymur. Hər gün İcra Hakimiyyətinin önünə toplanan  fəhlələrin üzərinə polis yollayır, onları qorxudaraq, binanın qarşısından uzaqlaşdırır. Dəfələrlə Bakıya – Prezident Administrasiyasının qarşısına gəlmək istəyəndə isə fəhlələrin qarşısını polislə kəsdi.  
 
Lakin icra başçısı gec-tez bu əməllərinin ifşa olunacağından bərk qorxuya düşüb. Bu dəfə "taktiki” gedişlə iş adamı Müqayis Verdiyevin  həbs edilməsinə nail olub. Oktyabrın 8-də həbs edilən Müqayis Verdiyev deyəsən İcra başçısının "günah boğçası”na çevriləcək.  Belə ki, icra başçısı törətdiyi bütün əməllərin günahını M.Verdiyevə ödətmək fikrinə düşüb. Aldığımız məlumata görə Zakir Fərəcovun xüsusi tapşırığı ilə M.Verdiyev hər gecə polis məntəqəsinə gətirilərək işgəncəyə məruz qalıb. Ondan tələb olunan isə budur. İcra başçısı tərəfindən yoxa çıxarılan məbləğin- yəni, 12 milyonun özü tərəfindən mənimsənildiyini etiraf etmək. Bu pullardan xəbərsiz olan iş adamı etiraz etsə də, işgəncələr davam edir. Artıq iş adamının yaxınları və hətta vəkili ilə belə görüşməsinə imkan yaradılmır. Təbii ki, bu özü-özlüyündə insan hüquqlarının pozulmasının əyani sübutudur. 
 
"İcra bizi tutdursa, ailələrimiz çıxıb tələb edəcək"

"İcra hakimiyyəti aylarla süründürdü. Aylarla toplaşdıq, pulumuzu tələb etdik, bizi adam yerinə qoymadı. Hər dəfə üstümüzə polis tökdü, bizi incitdi. Dəfələrlə Bakıya – Prezident Administrasiyasının qarşısına gəlmək istəyəndə qarşımızı polislə kəsdi. İcra başçısına demək istəyirik ki, onsuz da gəlib bura qədər çıxdıq. Nə qədər ki, pulumuz onun cibindədir, səsimizi kəsmək çıxış yolu deyil. Bizi tutduracaq, ailələrimiz çıxıb tələb edəcək”.

"ONDAN-BUNDAN YOLPULU ALIB GƏLMİŞƏM”

Bir daha xatırladırıq ki, noyabrın 10-da azı 50 fəhlə maaş tələbi ilə Prezident Administrasiyasının qarşısına toplaşmışdı. Sumqayıtda yeni salınmış bulvarda aylarla işləyib maaşlarını ala bilməyən fəhlələr bundan öncə dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında toplaşıblar. Ancaq maaşlarını ala bilmədiyini söyləyiblər.

Azər adlı aksiya iştirakçısı Ağdaşda yaşayır. Aksiyaya qatılmaqdan ötrü qonşudan yolpulu alaraq Bakıya gəldiyini deyib:



"Hər dəfə ondan-bundan yolpulu alıb maaşımı tələb etməyə Sumqayıta gedirəm. Bu gün də qonşudan yolpulu alıb gəlmişəm. İşlərin bitməsinə 3 ay qalmış maaşlarımızı ləngitməyə başladılar. Mən yerə "tomet” döşəyirdim. Yoldaşım onkoloji xəstədir, Ağdaşdan Sumqayıta işləməyə məcburiyyətdən gəlmişdim. Uşaqları qonşuların ümidinə qoyub gəlib istirahətsiz işləmişəm ki, yoldaşımın bahalı dərmanlarını ala bilim. Heç kəs bəxtəvərlikdən aylarla isti evindən uzaq düşüb yayın cırhacırında, qışın şaxtasında açıq havada hamballıq eləmir. Pulumu kim yeyibsə, halal eləmirəm”.

"BİZLİK DEYİL”

Fəhlə Yusif Bağırov deyir, Prezident Administrasiyası onlara ümidverici bir söz deməyib:

"Qəbul otağında dedilər, gedin, məsələni öz aranızda həll edin. Bizlik deyil”.

Fəhlələr də Nazirlər Kabinetinin qarşısına üz tutublar. Burada onlara ərizə yazdırılıb və qısa müddətdə bir cavab veriləcəyi bildirilib.

Onlar ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında da toplaşıblar. Fəhlələrə bildirilib ki, bu məsələ ölkədaxili olduğundan səfirlik qarışa bilməz.

İCRA HAKİMİYYƏTİ ŞƏRH VERMİR

Sumqayıt şəhər icra hakimiyyətindən əvvəllər bu məsələlərlə bağlı AzadlıqRadiosu-na qısa da olsa münasibət bildirirdilər. Məsələn, oktyabrın əvvəli fəhlələr qurumun qarşısına toplaşanda, qurumdan bildirmişdilər ki, məsələ yaxın günlərdə çözüləcək. Lakin artıq qurum bu məsələni şərh etmir.

Fəhlələr maaşları verilməsə, yenə toplaşacaqlarını bildirirlər.

Bir daha xatırladaq ki, bu il sentyabrın 27-də prezident İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvarının açılışına qatılıb. Xəzər sahili boyunca 4 kilometr uzanan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb. Bulvarda Bayraq Meydanı da inşa olunub.
 
Məsələ ilə bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


 

Miq.az



Xəbərin oxunma sayı : 2860




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap