Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Vergilər Nazirliyi totalizatorlarla müharibəyə başladı

Tarix 02.12.16, 22:30

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə və Sumqayıt şəhərlərində qanunsuz idman mərc oyunlarının keçirildiyi müəyyən edilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən virtualaz.org-a verilən məlumata görə, nazirlik tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri zamanı Gəncə şəhər sakini, İlqar Abdullayevin fəaliyyət göstərdiyi Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ev 510A ünvanda yerləşən çayxanada qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkarlanıb.



Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin qərarı ilə İ.Abdullayevin fəaliyyət göstərdiyi çayxanada və yaşadığı ünvanda yerləşən mənzilində qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilən 8 ədəd Notebook, xarici internet saytlardan əldə edilmiş və kağızda çap olunmuş idman mərc oyunlarının siyahısı, həmin oyunlara qoyulan proqnozlara görə verilən əmsallar barədə qeydlər aşkarlanaraq götürülüb.

İ.Abdullayevin “Bədən tərbiyəsi və idman haqqında” Qanunun və Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2011-ci ilin dekabr ayından 2016-cı ilin oktyabr ayınadək idman mərc oyunlarının təşkili nəticəsində 680 min manat, yəni külli miqdarda gəlir əldə etməkdə şübhələr üçün əsaslar olduğundan faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işi başlanıb. 21 noyabr 2016-cı il tarixdə İ.Abdullayevə Azərbaycan Respublikası CM-nin 192-1.3.2-ci maddəsilə ittiham elan edilib və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib..



Bundan başqa, Departamentin İstintaq idarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, Rüstəmov Mehman Yavər oğluna məxsus bağ evində axtarış götürmə istintaq hərəkəti aparılaraq qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilmiş 5 ədəd faks aparatı, 18 ədəd prosessor, 1 ədəd yaddaş kartı, 8 ədəd printer, 8 ədəd qumar masası, domino daşları, kartlar aşkar edilərək götürülüb. M.Rüstəmovun “Bədən tərbiyəsi və idman haqqında” Qanunun və Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2011-ci ilin noyabr ayından 2016-cı ilin noyabr ayıda daxil olmaqla idman mərc oyunlarının təşkili nəticəsində 1000000,00 (bir milyon) manat, yəni külli miqdarda gəlir əldə etməkdə şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə cinayət işi başlanıb.

25.11.2016-cı il tarixdə M.Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə ittiham elan edilib və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib





Xəbərin oxunma sayı : 94




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap