Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi İlhamə Quliyevanın vəfatından bir il ötür Xalq artisti: “Zəmanə adamı deyiləm” “İlham Əliyev kimi prezidentə xəyanət etmək olmaz“ - Fərhad Əhmədov
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2017

    Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi

  • / Hadisə / — 25 Fevral 2017

    İlhamə Quliyevanın vəfatından bir il ötür

  • / Maqazin / — 24 Fevral 2017

    Xalq artisti: “Zəmanə adamı deyiləm”

  • / Sosial / — 24 Fevral 2017

    “İlham Əliyev kimi prezidentə xəyanət etmək olmaz“ - Fərhad Əhmədov

  • / Gündəm / — 23 Fevral 2017

    Cəbhədə vəziyyət gərginləşdi: Zakir Həsənov təcili ön xəttə getdi

  • / Maqazin / — 22 Fevral 2017

    2017-yə damğasını vuracaq hit - STOP (VİDEO)

SOCAR qazın qiymətinin 18 qəpik olmasını istəyib – Rəsmi

Tarix 16.12.16, 18:11

Font ölçüsü : - / +
bitmap-img6


“Son günlər bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adından guya Tarif Şurasına təbii qazın qiymətinin bir kubmetri üçün 13 qəpik səviyyəsində müəyyənləşdirilməsi ilə bağlı müraciət edildiyi, buna baxmayaraq Şura tərəfindən fərqli, daha yüksək tariflərin təsdiq edilməsi ilə əlaqədar dərc olunmuş məlumatlar həqiqəti əks etdirmir”.

Musavat.com SOCAR-ın saytına istinadən bildirir ki, bu sözlər qurumun mətbuat xidmətinin yaydığı rəsmi açıqlamadandır. Açıqlamada deyilir ki, SOCAR-ın prezidenti tərəfindən bu və buna oxşar heç bir müsahibə və ya bəyanat verilməyib. 

“Bildiririk ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsi SOCAR tərəfindən istehsal olunur, digər hissəsi isə Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınır”. 

Açıqlamada həmçinin bildirilir ki, son illər istehsal xərclərinin artması və manatın məzənnəsindəki dəyişmələr nəticəsində təbii qazın maya dəyəri onun ölkə daxilində tənzimlənən qiymətlərindən yüksək olmuşdur ki, SOCAR tərəfindən bu haqda ictimaiyyətə məlumat verilmişdir: “Aydındır ki, belə bir şəraitdə təbii qaz təchizatında dayanıqlığı və keyfiyyətli xidmətin davamlılığını təmin etmək mümkün deyildir. Qeyd olunanlar nəzərə alınaraq, perspektiv inkişafın təmin olunması məqsədilə SOCAR tərəfindən təbii qaz tarifinin əhali üzrə diferensiasiya olmadan və “Azərenerji” ASC də daxil olmaqla bütün istehlakçılar üzrə bir kubmetr üçün 18 qəpik müəyyənləşdirilməsi ilə bağlı Tarif Şurasına müraciət edilib. Tarif Şurası tərəfindən əhalinin böyük hissəsinin qiymət artımından qorunması və elektrik enerjisi üzrə kəskin qiymət artımının qarşısının alınması məqsədilə diferensial tariflərin tətbiqinə qərar verilib. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik, elektrik enerjisi sərfiyyatı aylıq 250 kilovat-saatadək olan istehlakçılar üçün mövcud 7 qəpik səviyyəsində saxlanılıb. SOCAR-ın prezidenti adından belə əsassız informasiyalar yayan KİV-ləri “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun müddəalarına riayət etməyə çağırırıq”.



Xəbərin oxunma sayı : 1906

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda