Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gürcüstan Türkiyə TIR-larını Azərbaycana niyə buraxmır? MÜƏMMA

Tarix 21.12.16, 17:09

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstan tərəfi  Azərbaycan və Türkmənistan istiqamətində yük daşıyan Türkiyə dövlət nömrə nişanlı TIR-ların sərhəddən keçidinə əngəl yaratmaqda və bu maşınları öz ərazisində qəsdən ləngitməkdə davam edir.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin idarə heyətinin üzvü Abdullah Özer deyib.



Onun sözlərinə görə, Gürcüstanla Türkiyənin sərhədindəki Sarp sərhəd-keçid məntəqəsində Türkiyə dövlət nömrə nişanlı TIR-ları görən kimi onların Azərbaycan istiqamətinə və ya geriyə-Türkiyəyə keçidini əngəlləyirlər. Vəziyyəti çətinləşdirən həm də budur ki, Sarp sərhəd-keçid məntəqəsi qismən təmirə bağlıdır və nəticədə Azərbaycan dəhlizi üzərindən yük daşıyan Türkiyə nəqliyyatçıları iflic vəziyyətinə düşüb.

Özerin dediyinə görə, Gürcüstan tərəfi Türkiyə TIR-larının təkcə sərhəddən keçidini əngəlləmir, eyni zamanda onların daşıdığı tranzit yükləri boşaldır, uzun-uzadı yoxlayır və təkrar yükləyir. Bu isə günlərlə vaxt aparır. Nəticədə yükdaşıyanlar əlavə xərcə düşürlər.

“Biz bu yaxınlarda problemi gömrük və ticarət naziri Bülent Tüfənkçiyə çatdırdıq. O, Sarp sərhəd-keçid məntəqəsinə gəldi, Gürcüstan tərəfinin səlahiyyətli şəxsləri ilə danışıqlar apardı. Problemin həll olunacağını dedilər, ancaq nəticə yoxdur. Türk olmaq cinayətdir? Türkiyə nömrə nişanı daşımaq qadağandır? İndi biz nə edək, Azərbaycanda və ya Türkmənistanda şirkət təsis edib bu ölkənin nömrə nişanı altında fəaliyyət göstərək?”-Abdullah Özer şikayətlənib. Onun fikrincə məsələyə prezident Ərdoğan qarışmasa gürcü tərəfi bu əngəlləri dayandırmayacaq.



“Əgər Gürcüstanda rüşvət versək ləngitməyəcəklər. Biz işimizi düzgün, layiqli şəkildə görmək istəyirik. Prezidentimizdən xahiş edirik ki, ya imkan tapıb Gürcüstana səfər etsin, ya bu ölkənin rəhbərləri ilə telefon əlaqəsi saxlayıb problemin həllinə nail olsun”-nəqliyyatçı əlavə edib.

Xatırladaq ki, Türkiyə TIR-ları Orta Asiyaya yük daşımaq üçün Rusiya təyyarəsinin vurulmasından və Moskvanın tətbiq etdiyi sanksiyalardan sonra Azərbaycan və Gürcüstandan keçən dəhlizə yönəlib. Hazırda sanksiyalar aradan qalxıb, ancaq Azərbaycan tərəfi İpək yolu dəhlizi üzrə yükdaşımaları asanlaşdırdığı üçün Türkiyə TIR-larının bir qismi hələ də bu dəhlizdən istifadə edir.




Xəbərin oxunma sayı : 841




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap