|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Türmədə intihar etmiş MTN polkovnikinin qardaşı- sensasiya!
Tarix 22.12.16, 22:20 |
|
Dekabrın 21-də “Təzəpir” məscidində ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin ölümünün ildönümünə həsr edilmiş yas məclisi keçirilib. Məclisdə İlqar Əliyevin keçmiş iş yoldaşları, rəhbərliyi iştirak etməyiblər. Məclisə qatılan “Yeni Müsavat” qəzetinin əməkdaşı İlqar Əliyevin qardaşı İsmayıl Əliyevdən müsahibə alıb.
Yada salaq ki, İlqar Əliyev Eldar Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra – 2015-ci il oktyabrın 17-də həbs edilmişdi. Az bir vaxtda İ.Əliyevə ittiham elan edib, onu Bakı İstintaq Təcridxanasına (BİT) göndərmişdilər. İ.Əliyev BİT-də 2 aya yaxın qaldı. 2015-ci il dekabrın 20-də onun meyitini kəndirdən asılmış vəziyyətdə saxlanıldığı kamerada aşkar etdilər. Bu gün də onun ölümünün üzərində sirr pərdəsi qalmaqdadır…
İsmayıl Əliyev həmin sirr pərdəsinin gec-tez qardaşının ölümü üzərindən götürüləcəyinə əmindir:
– Zaman özü hər bir şeyi həll edəcək. Hər şey zamanında üzə çıxacaq. Nə istəyirlər, nə qədər istəyirlər yazsınlar.
- Nə yazırlar ki?
– Nədən yazmırlar? Hərə bir şey yazır, bizdən də soruşmurlar.
- Nələri danışmaq istəyirsiniz deyin, danışın. Mətbuatda danışmağınıza qadağa var?
– Yoxdur. Bizdən heç soruşan da olmayıb.
- Özü gözləyirdi ki, onu tutarlar, təcridxanaya göndərərlər?
– Yox, o günə qədər heç ağlına belə gətirmirdi. Narazılığı yox idi, heç nə olmamışdı. Amma işi çox ağır idi. Bütün agentlər bunun boynunda idi. O mərkəzdə 2 əsas adam var idisə, biri də elə İlqar idi. Hökumət üçün işləyirdi. O, özü üçün işləmirdi. Xalq üçün işləyirdi, yetim-yesirə yardım edib.
- Nə qədər maaş alırdı ki?
– Maaşı babat idi. O, həmişə kefi istədiyi kimi yaşayıb. Kimə dəstək veribsə, onlar da sonradan ona köməklik ediblər, ona görə də lap yaxşı yaşayıb.
- İlqar Əliyevin özünü asması ilə bağlı çox yazılıb. Sizcə, orada nə baş verib?
– İlqarın özünü asmasına inanmırıq. Bunu da demişik.
- Yəni gedib tələb edirsiz ki, işi araşdırsınlar?
– Onlara inanmırıq. Ona görə də getmirik.
- Bəlkə getsəz, məsələni daha obyektiv araşdırardılar. Sizin şübhələrinizi hərtərəfli yoxlayardılar?
– Bunu zaman həll edəcək. Vaxt! Zaman! Hər şey zamanında üzə çıxacaq.
- Siz müraciət etməsəz, vaxt-zaman yetişəndə araşdırılmalı nəsə qalacağına ümid edirsiz?
– Allaha həvalə edirəm. Hamısını. Belə vətənpərvər oğulu, Azərbaycan üçün canını verən, gözünü qırpmadan vətən üçün canından keçməyə hazır oğulu belə etdilər…
- Nəyi nəzərdə tutursuz?
– Allaha tapşırıram. Hamı bilir ki, bütün əməliyyatları o edirdi. İlqar Xocalı hadisəsindən sonra mənim formamı geyib cəbhəyə getmişdi, orada yaralanmışdı. Gözləri tutulmuşdu. Prezident ona xidməti dövründə 10 dənə orden, medal vermişdi. Tərifnamələrinin sayı-hesabı yoxdur. Xidmətinə görə veriblər. İlqar sistemə girəndən sonra Amerikada da oxumuşdu. 1998-ci ildə Amerikada kurslarda olmuşdu. Ondan əvvəl isə 2 ay Misirdə oxumuşdu. İlqar əsl çekist idi.
- Ona son zamanlar təzyiq, hər hansı bir eyhamlar vardı?
– Ona kim təzyiq edə bilərdi ki? O kimə istəsəydi, özü ona təzyiq edə bilərdi.
- Həbsdən əvvəl nəsə hiss etmişdimi?
– Yox, qərar qəfil verilmişdi. Nə bilərəm ki, nə baş vermişdi. Mən heç bilmirdim ki, o, MTN-də hansı vəzifədə işləyir.
- Sizə cəmiyyətlə bağlı nələrisə danışırdı?
– Mənə deyirdi ki, çox da üzdə olma. Bilirdi ki, sadəlövhəm, nəsə deyərəm.
- Hərbi xidmətdə harada olmuşdu?
– O dövrdə Əfqanıstan vardı, İlqar da ora getmək istəyirdi. Əfqanıstanın əvəzinə gedib Monqolustana düşdü. O vaxt hər adam “starşina” ala bilmirdi. Amma o, həmin rütbəni almışdı. Əsgərlikdə də çox güclü xidmət etmişdi. O, xidmət adamı idi. Bizlik deyil belə işlər. Hər adam o işi o səviyyədə bacarmazdı.
- Onun hüquq-mühafizə orqanına marağı haradan idi? Valideynlərin seçimdə rolu olmuşdu?
– Yox, onun özü istəyirdi ki, hüquqşünas olsun. Atam İlqarı Kənd Təsərrüfatı İnstitutuna qoymaq istəyirdi. Getmədi. Əsgərlikdən qayıtdıqdan sonra işlərini universitetə verdi. Amma daxil ola bilmədi. Sonra hazırlıq kursuna getdi. Hazırlaşdı, növbəti il universitetə girdi. Onun sürətlə oxumaq qabiliyyəti vardı. Kitabın vərəqlərinə göz gəzdirməyi kifayət edirdi. Oxuduğu yaddaşında qalırdı. Çox güclü yaddaşı vardı. Heyf elə oğuldan. Yalan danışmıram. Elə bilərsən ki, jurnalistsən, ona görə belə deyirəm. Əgər mən yalan danışmağı bacarsaydım, indi bəlkə də icra başçısı işləyirdim. İnstitut oxumuşam, kəndçi adamam. Əllərimin qabarına da bax. Kənd təsərrüfatı, mal-qoyunla dolanmışam. İndi də parnikim var, dolanıram. İlqar gecə-gündüz bu vətən üçün çalışırdı. Arada mübahisələrimiz olurdu ölkədəki vəziyyətlə bağlı… Mənə həmişə deyirdi ki, sən heç nə bilmirsən. Bu da axırı.
- Həbsindən sonra yanına görüşə gedirdiz?
– Görüş verirdilər ki? Bir ərizəni 40 dəfə yazdırırdılar. Burada ərizədə bunu düzəlt, orada onu düzəlt. Bunu ancaq MTN-çilərə edirdilər. Həftəyə 8 kiloqramdan artıq yükü yanına keçirmirdilər. Paltarı da, yeməyi-içməyi də həmin 8 kiloqramın içində idi. Artıq qoymurdular.
- Psixoloji durumu necə idi? Yəni özünü öldürəcəyi, özünə qəsd edəcəyi haqda nəsə demişdi sizə?
– Əsəbi idi. Yox, özünü niyə öldürməli idi ki? Neyləmişdi axı? Rüşvət ittihamı vermişdilər, o isə heç kəsdən rüşvət almayıb. Həbsindən sonra pəzəvəngin birini çıxardılar, o da dedi ki, guya İlqar maşınını, pulunu əlindən alıb. Elə adamlar onların əllərinin altındadır, birini götürüb qabağa verirlər.
- Həbsindən sonra kömək üçün kimlərəsə, məsələn, keçmiş nazirə müraciət etdiniz?
– Yox, mən heç onları tanımıram. Onun “kruq”u böyük idi. İlqarın həbsindən sonra atam rəhmətə getdi, heç gəlib başsağlığı vermədilər. Elçin Quliyev yasa gəldi, 2 gün sonra onun özünü də hərləyib tutdular.
- Deyirsiniz ki, Elçin Quliyevi İlqar Əliyevin yasına gəldiyinə görə həbs etdilər?
– Mən nə deyim, hər şey göz qabağındadır.
- Atanız nə vaxt rəhmətə gedib?
– 2016-cı ilin mayında. Kənddə dəfn etdik. Quruca başsağlığı belə vermədilər. Atam 20 il kolxoz sədri işləmişdi, heç kimin xətrinə dəyməmişdi. Əzazil adam da deyildi. Bizim nəsildə rüşvət alan olmayıb. Kiminsə boğazına çöküm ki, mənə pul ver, belə söhbət olmamışdı. İlqar da ömrü böyü elə şey etməzdi. O, uşaqlıqdan barama saxlayırdı, pambıq qurudurdu, taxıl əkirdi.
- Vəzifədə olanda biznesi vardı?
– Yox, olmayıb. Onun biznes saxlamağa vaxtı nə gəzirdi.
- Onun bahalı maşınları, bir neçə evlərinin olması haqda mətbuatda kifayət qədər məlumatlar vardı…
– Orada işləyənlərin hamısında olur da. Özün bilmirsən orada vəziyyət nətərdi?
- Yox, bilmirəm. Necə olub orada vəziyyət?
– Bu gün adi polisin imkanı İlqarın imkanından artıq idi. Düz demirəm?
- Yəqin aranızdakı mübahisələr də elə belə məsələlərə görə baş verib?
– Hə, olurdu. Onun nəyi vardı ki? O boyda vəzifə daşıyan adamın 1 maşını vardı, 1 də evi. Evi də dövlət vermişdi. Biznesinin olması haqda məlumatlar yalandır. Biznesi olsaydı, mən gedib kənddə qoyun niyə güdürdüm? Qardaşıyam da, mənə verərdi də. Pırnıx deyirik adına, xurma yəni, bağımda var, yığıb satıram. Yazırlar ki, guya İlqarın gölü olub. Guya göl atamda olub, atam da həbsindən sonra satıb. Yəni olmayan şeyləri də yazırlar.
- Sizin susqunluq nümayiş etdirib həmin yazılara ilk gündən münasibət bildirməməyiniz belə məlumatların bolluğunu yaradıb. İlqar Əliyevin özünü öldürməsi, öldürülməsi haqda dəfələrlə yazılıb. Akif Çovdarov vəkili vasitəsilə məlumat yayıb ki, İlqarı öldürüb sonra asıblar. Amma siz susursuz. Niyə?
– Zaman hər şeyi ortaya çıxaracaq. Kim istəyirdisə, gəlib bizdən soruşaydı. Biz Göyçayın Çərəkə kəndində yaşayırıq. Yəni kim gəlib soruşsaydı, bildiyimizi deyəcəkdik. İlqar özünü asan oğul deyil. Bunu hamı bilir. Vaxtı gələndə haqqımızı tələb edəcəyik. Belə götürəndə respublikada ən düzgün işləyən MTN idi. Onlar gedib bir yetim-yesirdən pul almışdılar?
- İlqar Əliyevin həbsindən sonra Akif Çovdarov və ya iş yoldaşlarından kimsə sizə baş çəkirdi?
– Yox, heç kim gəlmirdi. Min ilin dostları gəlib bizə salam vermirdilər. Qorxurdular ki, əlaqəni müəyyən edərlər. Vəzifədə olanlar xüsusən qaçır bizdən. İlqarın ətrafında olanlar atamın hüzrünə gəlmədilər. Bircə Mübariz müəllim gəldi. İlqarın hüzründə, gələ bilməmişdi, xəstə olmuşdu, amma gəlib başsağlığı verdi. Ümumiyyətlə isə bizim əxlaqımızı korlayıblar. 20 il bundan sonra da düzələn deyil. Dediklərimin qəzetdə olduğu kimi gedəcəyinə də inanmıram. Çünki hamıya tapşırıblar ki, bizim fikrimizi yazmasınlar. Siz də yazmayacaqsız.
- Rəisi Elçin Quliyevlə münasibəti necə idi?
– İlk gündən – işə girəndən bir yerdə işləyirdilər. O vaxtlar, İlqar işə girəndə rüşvət yox idi. Kişi kimi imtahan verib girmişdi.
- Təhsili nə idi?
– Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdi. Uşaq vaxtı hüquqşünas olmaq istəyirdi. Elə oldu ki, şərqşünaslığa düşdü. Bəlkə də inanmayacaqsız, İlqar 4-cü sinifdə oxuyanda “Qara volqa”nı oxuyurdu. O vaxt belə idi ki, elə uşaqları qabağa çəkirdilər.
- Qardaşınızın qabağa çəkilməsi olmuşdu?
– Hə, belə bir söhbət olmuşdu. İlqar məndən 4 yaş böyükdür.
- İlqar Əliyevin həyat yoldaşının onun ölümünün obyektiv araşdırmasını tələb etməsi xəbəri doğrudur?
– Kimdən kimə şikayət edəcək? Səndən sənə şikayətim ola bilər? Kimdən kimə şikayət edəsən? Kim baxacaqdı şikayətə? Yəni oğlanlar vardı ki, İlqarın sağlığında heç məni qoymurdular ki, gedim onunla görüşüm. Onu az qala “kruq”a alırdılar. Dərdim-sərim olanda görüşürdüm, sözümü deyəndə ətrafındakılar hərəsi bir tərəfə çəkib “vaaay, müəllim, bunu bizə de” deyirdilər. İlqar həmişə Novruz bayramında kəndə gəlirdi. Bütün kəndi, bütün məhləsini yığırdı başına, yemək-içmək, böyük bir tonqal qalatdırırdı. Biri şeir deyirdi, biri mahnı oxuyurdu. İlqar çox gözəl insan idi.
- Həbsdə olanda onunla telefonla danışırdız?
– Mən danışmırdım, yoldaşı danışırdı. 10 dəqiqə vaxt verirdilər. Deyirdim qoy uşaqları ilə danışsın.
- Neçə övladı qaldı?
– İki uşağı var, oğlunun 5, qızının 14 yaşı var.
- Ailəsinə təqaüd verilməsi ilə bağlı müraciətiniz olub?
– Yox, olmayıb. Onun xidmətdə olmasının 20 ili 2016-cı ilin fevralında tamamlanacaqdı…
- Deməli, 1996-cı ildən təhlükəsizlik orqanında işləyirdi?
– Hə, 1996-cı ilin fevralından. Gözləyirdi ki, təqaüd yaşı çatsın. İstəyirdi ki, işdən bir qədər aralaşsın.
- Nəsə problemi vardı?
– Səhhəti də imkan vermirdi, iş də çox ağır idi. İlqar sutka ərzində 1 saat yatardı. İşlə bağlı vaxtı yox idi.
- Səhhətindəki problemlər ciddi idi?
– Şəkəri vardı. Bizdə nəsildə çoxlarında şəkər var. Atamda da, məndə də vardı. İlqar can qoydu, hüzrünə də gəlmədilər.
- Ətrafında olanları deyirsiz?
– Hə, saymadılar, yasa da gəlmədilər.
- Umduğunuz şəxslər kimlər idi?
– İş yoldaşları, rəhbərliyi.
- Eldar Mahmudovu nəzərdə tutursuz?
– Zəng də eləmədilər. Onların əmrlərini yerinə yetirmişdi də. Vəsatət də yazıb həbsinə ciddi şəkildə etiraz edirdi. Dərhal azad olunmasını istəyirdi. Məhkəmədə də bunu demişdi. Tələb etmişdi ki, onu azad etsinlər.
- Niyə məhz ilk həbs olunanlardan biri İlqar Əliyev oldu? Bu haqda bir mülahizəniz, fikriniz varmı?
– Hə, birinci onu tutdular. Bilmirəm niyə. Onu bilirəm ki, bu məsələ gec-tez açılacaq. Bildiyim odur ki, İlqar özünü asacaq qədər aciz deyildi. İndinin özündə də hər gün yuxuma girir. Zaman hər şeyi həll edəcək. Bundan artıq nəsə demək istəmirəm.
Xəbərin oxunma sayı : 280
Müsahibə
Xəbərlər
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
TOP 10
ARXİV