Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

«General bütün var-dövlətimizi ələ keçirir…»– Həbsdəki iş adamının bacısından Prezidentə şok müraciət

Tarix 27.12.16, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


“Müqəddəs Sultanov vaxtilə ailəmizin başına oyunlar açan MTN generallarından fərqlənmir”.

Bir neçə gün bundan əvvəl “Real MTK”-nın həbsdə olan təsisçisi və rəhbəri İlham Qasımovun anasının mətbuata verdiyi açıqlamlar ölkə ictimaiyyəti arasında geniş rezonans doğurub. 

Saytımızda da dərc olunan həmin açıqlamada Gözəl Cəfərova bu il noyabrın 30-da 15 il müddətinə azadlıqdan məhrum edilən oğlu İlham Qasımovun həm istintaq zamanı, həm də məhkəmədə haqsızlıqlarla üzləşdiyini, sifarişlə həbsə alındığını bildirib. Sifarişçinin isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat-Analitik İdarəsinin rəisi, general Müqəddəs Sultanov olduğu iddia edib.

Qeyd edək ki, İlham Qasımovun barəsində bu il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev tərəfindən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. İş adamının  adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçsə də, özü hazırda həbsdədir. Qasımovun ailə üzvləri və eləcə də vəkili Mərdəli Süleymanov bu hökmün qanunsuz olduğunu, iş adamının sifarişlə həbs olunduğunu deyirlər.

Elə səsini saytımız vasitəsilə ölkə prezidenti İlham Əliyevə çatdırmaq üçün “AzPolitika.info”nun redaksiyasına gələn iş adamının baçısı Təranə Qasımova da qardaşının günahsız yerə həbsə alındığını bildirir .

Təranə Qasımova qardaşı İlham Qasımovun həbsinin general Müqəddəs Sultanovun və iş adamı Gülağa Tənhanın sifarişi ilə baş tutduğunu iddia edir. Məhkəmə prosesinə sədrlik edən Zeynal Ağayevin isə bu sifarişi yerinə yetirdiyini, qardaşını günahsız yerə həbsə aldığını söyləyir. 

Prokuror bina tikir!

qasimova

T.Qasımova “AzPolitika.info”ya açıqlamasında həm istintaq, həm də məhkəmə prosesi zamanı qardaşına təzyiqlər olduğunu bildirərək, qeyd edib: “Qardaşıma qarşı  cinayət işinin başlanmasının səbəbi və əsası kimi Binəqədi Rayon Məhkəməsinin qətnaməsi göstərilib. Bu haqda mətbuatda çox yazılıb. Ancaq qeyd edım ki, cinayət işi birbaşa Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev tərəfindən başladılıb. İttiham aktında cinayət işinin başlanmasının səbəbi kimi göstərilir ki, guya İlham Qasımov “Real MTK”-nın həmtəsisçisi olduğu zaman Gülağa Qəmbərov adlı şəxslə qarşılıqlı fəaliyyət haqqında Bakı şəhəri Yusifbəyli küçəsi 39-41 ünvanında yerləşən ərazidə 25 mərtəbəli ev tikmək barədə müqavilə imzalayıblar. Guya G.Qəmbərov həmin tikintinin aparılması üçün İ.Qasımova nağd formada 13 milyon 687 min manat pul ödəyib. İ.Qasımov isə guya heç bir tikinti işi aparmadan həmin pulları mənimsəyib.

Qeyd edim ki, İ.Qasımov “Real MTK”-nın nə təsisçisi, nə üzvü, nə də hər hansı payçısıdır.  Eyni zamanda G. Qəmbərovun tərəfindən şəxsən “Real MTK”-ya hansısa məbləğdə pul verilməsiylə bağlı da hər hansı sübut yoxdur”.

T.Qasımova işdəki saxtakarlıqları göstərən konkret faktların olduğunu bildirdi: “Burada saxtakarlıqlardan biri ondan ibarətdir ki, G.Qəmbərovun həyat yoldaşı Şəhla Əliağa qızı Rüstəmovanın “Real MTK”-da payı necə əldə etməsi konkret araşdırılmayıb. Onun adı  MTK-nın payçıları sırasına salınıb. Halbuki, ona MTK-dakı payını İ.Qasımov satıb. Qardaşım özünün bütün payını Ş.Rüstəmovaya və general Müqəddəs Sultanovun həyat yoldaşı Təranə Əliyevaya notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında satıb. Məhz İ.Qasımov payını satdıqdan sonra Ş.Rüstəmova və T.Əliyeva həmin paya sahib olublar. Beləliklə, Ş.Rüstəmovanın həmin kooperativdə payı 45 faiz olub. T.Əliyeva isə 10 faiz pay sahibi olub. Bununla da 2014-cü ildən İ.Qasımov MTK-nın nizamnamə fondunda olan öz payını sataraq, kooperativin təsisçiliyindən çıxıb.  Yəni 2 il əvvəl İ.Qasımov “Real MTK”-dakı payçılıqdan və üzvlükdən çıxaraq, payını adları çəkilən şəxslərə satıb. Ancaq bu fakt lazımı istiqamətdə araşdırılmayıb.”

10 faizlik pay…

muqeddes

T.Qasımovanın sözlərinə görə, bütün işlərin başında da elə T.Əliyeva və onun həyat yoldaşı dayanır: “Bildirirəm ki, T.Əliyevanın həyat yoldaşı Respublika Baş Prokurorluğunda işləyən general Müqəddəs Sultanovdur. Elə G.Qəmbərovla qardaşım İ.Qasımovu da general Müqəddəs Sultanov tanış edib. Hazırkı payın bölüşdürülməsi məsələsi də M.Sultanovun razılığı ilə həyata keçirilib. Qeyd etdiyim epizod məhkəmə istintaqında da araşdırılıb. G.Qəmbərov və İ.Qasımov ifadələrində deyiblər ki, hər ikimiz Müqəddəs Sultanovla dost olmuşuq. M.Sultanovun tanışlığı və təşəbbüsü ilə hazırki müqavilə bağlanıb. Ş.Rüstəmova G.Qəmbərovun, Təranə Əliyeva isə M.Sultanovun həyat yoldaşıdır. Qeyd etdiyim kimi, M.Sultanovun həyat yoldaşı T.Əliyevanın adına həmin MTK-da 10 faiz  payı var”.

T.Qasımova qardaşı ilə bağlı ittihamın da qurama olduğunu bildirdi: “İttihamda yazıblar ki, guya İlham Qasımov vəzifəli şəxs kimi öz qulluq mövqeyindən sui-istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin küllü miqdarda əmlakını ələ keçirib. Guya Nərimanov rayonu, N.Yusifbəyli küçəsi 39/41 saylı ünvanlarda çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirməli olan ”MTK-Real”-ın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən istifadə edib. Layihə sənədlərin hazırlanması və təsdiq olunmasını 10 milyon manat pulun müqabilində həll edəcəyini MTK-nın faktiki təsisçilərindən olan Gülağa Qəmbərova yalandan vəd verib. Əslində isə məsələ belə deyil. Bunlar sifarişlə, yalandan quraşdırılıb.

Bununla bağlı bir faktı da qeyd etmək istəyirəm ki, 39-41 saylı evlərin yerində 25 mərtəbəli mənzilin tikintisi barədə müqavilə “Odlar yurdu” MTK-nın təsisçisi Bünyatzadə ilə bağlanıb. Bünyatzadə G.Qəmbərovun dostudur. “Odlar yurdu” MTK-nin təsisçilərindən də biri general Müqəddəs Sultanovun baldızıdır. Yəni, tikintiylə məşğul olan hər iki şirkətdə M.Sultanovun payı var”.

“Ya cinayət, ya da mülki məsuliyyət…”

T.Qasımovanın sözlərinə görə, general M.Sultanov həyat yoldaşının tikinti şirkətlərində paya sahib olmasını gizlətməyə çalışır: “Qardasıma cinayət işi açılanda etdiyimiz şikayətlərdən sonra T.Əliyeva “Real MTK”-dakı payını digər şəxsə satdı. Bu üzdən də hazırda “Real MTK”-nın payçıları sırasından çıxıb. Onun MTK-dan çıxmasına səbəb isə bizim etdiyimiz şikayətlər olub. Həmin şikayətlər həm Prezident Administrasiyasında, həm də Baş Prokurorluqda araşdırılıb. Lakin aparılan araşdırmanın nəticəsi ilə bağlı bizə hər hansı məlumat verilməyib”.

T.Qasımova daha sonra qeyd etdi ki, qardaşının G.Qəmbərovun pullarını mənimsəməsi barədə iddiaların yalan, ittihamnların saxta olduğunu başqa faktlar da göstərir: “Hazırki cinayət işinin əsas məğzi ondan ibarətdir ki,  guya G.Qəmbərov pulu birbaşa İ.Qasımova verib. Ancaq cinayət işində 4 akt var. Bunlar Ş.Rüstəmovanın “Real MTK”-ya üzv olarkən ödədiyi pulların aktlarıdır. Ş.Rüstəmova şəxsən 4 dəfə pul ödəyib. Həmin vəsait isə MTK-nın kassasına mədaxil olunub”.

T.Qasımova işdəki  digər bir absurd və qanunsuz hal  kimi G.Qəmbərovun həyat yoldaşının müraciəti əsasında Binəqədi Rayon Məhkəməsində çıxarılan qərarı göstərdi: “Ş.Rüstəmova Binəqədi rayon Məhkəməsində “Real MTK”-nın həmtəsisçiləri barəsində mülki iddia qaldırıb. Mülki iddiaya baxılıb və Ş.Rüstəmovanın xeyrinə qətnamə çıxarılıb. Qətnamədə göstərilib ki, bütün xərclər çıxıldıqdan sonra Ş.Rüstəmovanın xeyrinə pul tutulmalıdır- 4 milyon 797 min manat. Qətnamə çıxarıldıqdan sonra onun həyat yoldaşı G.Qəmbərov məhkəməyə müraciət edib ki, güya İ.Qasımova 13 milyon 787 min manat pul verib. Ona görə də həmin pul ona qaytarılmalıdır. Absurd ondan ibarətdir ki, ər də, arvad da həmin pulu ayrı-ayrılıqda istəyir. Yəni bunlara ikiqat pul verilməlidir. Biz isə deyirik ki, hər hansı əmələ görə bir məsuliyyət olmalıdır. Ya cinayət, ya da mülki məsuliyyət. Əgər tərəflər arasında müqavilə varsa, o zaman hansısa cinayət məsuliyyətindən söhbət belə gedə bilməz”.

Hakim prokurorun xalası oğludur!

zeynal agayev

T.Qasımovanın sözlərinə görə, ittihamdakı saxtakarlıqlar məhkəmədə də davam etdirilib: “Qardaşıma noyabrın 30-da hökm oxunub. İlham Qasımova hökm oxunduğu vaxt vəkilləri orda iştirak etməyib. Bu barədə məhkəməyə əvvəlcədən məlumat verilsə də, hakim Zeynal Ağayev prosesi İ.Qasımovun vəkilləri olmadan başa vurdu. İ.Qasımovun etirazına baxmayaraq, məhkəmə ona 5 dəqiqənin içində 33 səhifəlik hökmü oxumadan iş verib. Baxmayaraq ki, prokuror 12 il iş istəmişdi, hakim qardaşıma 15 il cəza verdi. Halbuki, ittihamda ”zərərçəkən” kimi təqdim edilən şəxslər məhkəmədə “biz heç bir zərər çəkməmişik, İlham Qasımova qarşı heç bir şikayətimiz yoxdur” demişdilər. Hakim isə bunları belə nəzərə almayıb, prokurorun istədiyindən də yüksək iş kəsdi.

Yenə də deyirəm ki, guya zərçəkənlər məhkəmədə dedilər ki, zərərçəkmiş şəxs qismində müraciət ərizələri belə yoxdur. Adı hallanan şəxslərdən Kamal Yüzbaşov məhkəmə prosesində dedi ki, hamı kimi pul verib ev almışam. Bu gün də həmin evdə yaşayıram. İ.Qasımovdan da narazı deyiləm. Korrupsiyaya qarşı Mübarizə İdarəsində də dedim ki, bəsdirin, mən elm adamıyam. Məni bura aparıb, gətirməyin. Hakimə dedi ki, ay hakim, məndən nə istəyirsiniz, pulumu verib ev almışam. Eləcə də digər şəxslər”.

Məhkəmənin qardaşı ilə bağlı belə ağır hökm çıxarmasını isə T.Qasımova hakim Zeynal Ağayevlə general Müqqəddəs Sultanovun yaxın olmaları və ikincinin sifarişi ilə bağlayır: “Hakim Zeynal Ağayevlə general Müqqəddəs Sultanov hər ikisi Cəlilabad rayonundandır, yerli və yaxın qohumdurlar. Deyilənə görə, hətta hakim Zeynal Ağayev Müqəddəs Sultanovun doğma xalası oğludur. Buna görə də “Cinayət işi” Müqəddəs Sultanovun sifarişi və ssenarisi əsasında hakim Zeynal Ağayevin icraatına verilmişdir. Bu da onu göstərir ki, məhkəmə prosesi sifarişlə həyata keçirilib. General Müqəddəs Sultanov məhkəməyə təzyiq göstərib. Ortada şikayətçi olmasa da, cəza çəkən var – İ.Qasımov. Bu saxta cinayət işində, ümumiyyətlə, sübut yoxdur”.

Bizdən torpaq sahəsini tələb edir!

Təranə Qasımova qeyd etdi ki, general Müqqəddəs Sultanov onların ailəsini, demək olar hər gün təhdid etdirir: “Gülağa Tənhadan başlamış, müxtəlif adamların vasitəsi ilə bizə sifariş göndərir ki, dediyimlə razilaşmasanız daha da pis olacaq. Bundan pis nə ola bilər ki? Qardaşıma heç nədən 15 il cəza verdirmisən. Yəqin Müqqəddəs Sultanov vəzifəsindən sui-istifadə edərək İlham Qasımovu həbsxanada belə rahat buraxmaq fikrində deyil”.

İş adamının bacısı bildirir ki, general Müqəddəs Sultanov onlardan Bakı şəhəri, Nəsib Yusifbəyli küçəsi 39/41 saylı ünvanlarda yerləşən torpaq sahəsini tələb edir. “Həmin ərazinin qiyməti isə milyonlarla manat dəyərindədir. Müqəddəs Sultanov ailəmizə sifariş göndərərək, bildirir ki, istədiyim ərazini verin, İlham Qasımov azadlığına qovuşsun. Görünən odur ki, Baş Prokurorluğun İdarə rəisi açıq-aşkar “qoçuluq” edir. Qanunun bütün aliliyini pozmaqla bərabər heç nədən qorxmur”.



Prokurorun tələb etdiyi torpaq sahəsi

Təranə Qasımova bildirir ki, general Müqəddəs Sultanov onun göstərişlərini icra edən Gülaga Tənhanın da xeyli pulunu ələ keçirib: “Belə ki, Müqəddəs Sultanovun bütün “qara işlərini” görən Abbas Səfərov Beynəlxalq Bankdan götürdüyü 2 milyon manat krediti qaytarmadığına görə saxlanılmışdı. Həmin vaxt Sultanov Gülağa Tənhadan Abbas Səfərovun borcunu bağlamaq üçün 6 milyon manat borc alıb və onun 2 milyonunu Beynəlxalq Banka verib. Daha sonra isə Gülağa Tənha pulu istədikdə, Sultanov bildirib ki, “Odlar yurdu” MTK-dakı tikintidən pul əldə edəndə borcunu qaytaracaq. Mənim bildiyimə görə bu borc hələ də qaytarılmayıb”.

Prokurorun siyasi muhacir qardaşı!

Təranə Qasımova qeyd edir ki, Baş Prokurorluğun İdarə rəisi G.Tənhadan aldığı 6 milyon manat vəsaitdən 4 milyonunu Almaniyaya göndərib: “Almaniyada Sultanovun mühacir qardaşı Müşfiq Sultanov yaşayır. Artıq Almaniya dövlətinin vətəndaşlığını alan Müşfiq Sultanov, bir vaxtlar “Azərbaycanda demokratiya, söz azadlığı yoxdur, ölkəmizdə insanlara qarşı təzyiqlər var” kimi şüarlar səsləndirərək, bu ölkəyə sığınıb”. T.Qasımova qeyd edir ki, onlarda olan məlumata görə, hazırda Almaniyada Müqəddəs Sultanovla Müşfiq Sultanovun şərikli biznesi fəaliyyət göstərir. Həmin biznes üçün tələb olunan vəsaiti isə məhz Müqəddəs Sultanov göndərib.

““Azərbaycanda demokratiya yoxdur, diktatura var”, – deyən, xaricdə sığınacaq alan  birisinin qardaşı bu gün dövlətinə sadiq qardaşımı saxta ittihamlarla 15 il azadlıqdan məhrum etdirib. Mən burdan sual edirəm: Nəyə görə general Müqəddəs Sultanov öz qardaşının fəaliyyətini araşdırtmır?” – şikayətçi sual edir.

Təranə Qasımova bu işdə Müqəddəs Sultanov qədər hakim Zeynal Ağayevin də məsuliyyət daşıdığını bildirir:  “Yaxın qohumu Zeynal Ağayevin əli ilə qardaşıma axşam saat 17-18 radələrində hökm oxuyub, həbsə göndərir. Bu işi Zeynal Ağayevin icraatına da məhz belə qərar çıxarmaq üçün veriblər. Əldə etdiyimiz məlumata görə, dövlət ittihamçısı Əli Əliyev deyib ki, işi Z.Ağayevə saldırıb sizin xeyrinizə həll etdirəcəm. Eşitdiyimizə görə, bunların hamısının bir-biriylə çox yaxın bağları var. Bu bir daha onu göstərir ki, qardaşım bir qrup mafioz şəxsin oyununun və dələduzluğunun qurbanıdır”.

Cənab Prezident, bizi xilas et!

Ilham Eliyev cixish 26092012

Sonda o, həm öz adından, həm də 72 yaşlı xəstə anasının adından Prezident İlham Əliyevdən kömək istədi: “Mən sizin vasitənizlə ölkə prezidenti İlham Əliyevə müraciət edirəm: Cənab Prezident! Müqəddəs Sultanov açıq təhdidlə bizim əlimizdə olan bütün mal-mülkü istəyir və qanunun məhz o olduğunu dilinə gətirir.

Cənab Prezident! General Sultanov çəkinmədən bizdən istədiyi torpaq sahəsini gec-tez ələ keçirəcəyini deyir. Bu isə o anlama gəlir ki, Müqəddəs Sultanov vaxtilə ailəmizin başına oyunlar açan MTN generalları Eldar Mahmudovdan, Akif Çovdarovdan fərqlənmir. Məhz bir vaxtlar Eldar Mahmudovla Akif Çovdarovun bandit dəstəsi qardaşımın oğlunu bir neçə dəfə qaçırdaraq, külli miqdarda pul aldıqdan sonra azad etmişdilər. İndi isə Müqəddəs Sultanov Eldar Mahmudovun yolu ilə gedir! Bu dəfə isə daha fərqli, daha ağır şəkildə”.

Təranə Qasımova qardaşına qarşı ədalətsizlik edildiyini bildirərək, Prezidentdən onun işini nəzarətə götürməyi xahiş edir: “Qardaşımın işlədiyi vaxtda vergidən yayınma halı belə yoxdur. Biz ailəlikcə hər zaman dövlətimizin və Prezidentimizin yanında olmuşuq. Qardaşım Beyləqanda “Heydər baba” məscidi tikdirib. Neçə şəhid ailəsinə himayədarlıq edib. Onu niyə həbs etdiklərinə səbəb belə tapa bilmirik. Sizin vasitəniz ilə səsimizi Prezident İlham Əliyevə çatdırırıq. İnanırıq ki, ölkə Prezidenti İlham Əliyev ailəmizin çox sayda ünvanladığı müraciətlərə cavab verəcək və haqq-ədalat öz yerini tutacaq.

Bizim xahişimiz odur ki, məhkəmə sistemi İ.Qasımovun işinə ədalətlə baxsın və o, azadlığına qovuşsun. İ.Qasımov xəstədir. İki dəfə ürək əməliyyatına məruz qalıb. General Müqəddəs Sultanov kimilər qərarverici idarələrdə əyləşib, bizim səsimizin yuxarı getməsinə imkan vermirlər. Biz, sadəcə, ədalət istəyirik”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info









Xəbərin oxunma sayı : 3160




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap