|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Hakim komandanın bir hissəsi islahat paketini həyat keçirməklə məşğuldur, bir hissəsi isə...“ - Deputat
Tarix 04.01.17, 23:45 |
|
Yanvarın 3-də Milli Məclisin deputatı Əli Məsimlinin 64 yaşı tamam oldu. Doğum günündə deputatla əlaqə saxlayıb onu təbrik etdik, fürsət düşmüşkən doğum günündən başlayan söhbətimizi ölkə iqtisadiyyatının mövcud durumdan xilas yollarına qədər davam etdirdik.
– Əli bəy, doğum gününüzü necə qeyd etdiniz? Sizi ilk təbrik edən kimlər oldu?
– Biz doğum gününü ailə üzvləri çərçivəsində qeyd etdik. İlk təbriklər gecə sosial şəbəkə vasitəsilə başladı. Səhər ailə üzvlərim, universitet yoldaşlarım, Elmlər Akademiyasındakı iş yoldaşlarım, Milli Məclisdəki həmkarlarım və digər dostlar təbrik etdilər. Hamıya təşəkkür edirəm.
– Anadan olduğunuz günü daha çox harada qeyd etməyi sevirsiniz, Bakıda, Şəkidə, ya xaricdə?
– Xaricdə ad günü keçirməyi təsəvvür belə edə bilmirəm. Çünki mən xaricə yalnız beynəlxalq tədbirlərdə iştirak etmək üçün gedirəm. Ad günü tarixində Şəkidə oluramsa da, ad günü keçirmirik. Heç yada düşmür. Yəni Şəkidə ad günü keçirməyə zamanım olmur. Başqa işlərlə məşğul olmağa üstünlük verirəm. Bakıda isə ailə üzvlərim mənə demədən nəsə hədiyyə alır və stol açır, axşam oturub qeyd edirik.
– Maraqlıdır, keçmiş cəbhədaşlarınızdan da təbrik gəldimi?
– Bəli, əvvəllər cəbhəçi dostlar telefonla zəng edirdilər, son illər sosial şəbəkə xətti ilə cəbhəçilərdən də təbriklər gəlir.
– Sizin doğum tarixiniz (1953-cü il) nədənsə mənə Stalinin ölüm ilini xatırladır. Bu barədə nə vaxtsa düşünmüsünüz?
– Mənim üçün stalinizmin qurbanlarının itkisi daha ağrılı olduğundan, düzü, bu haqda düşünməmişəm. Amma bu barədə mənə çox-çox xatırladıblar ki, "ayağın düşmədi, sən anadan olan ili Stalin öldü”. (gülür)
– Əli bəy, 2016-cı ili bədbin əhval-ruhiyyədə başa vurduq və 2017-ci illə bağlı da nikbin proqnozlar demək olar ki, yoxdur. Bir iqtisadçı kimi bu illə bağlı gözləntləriniz nədir?
– 2016-cı il müstəqil Azərbaycan tarixinin ötən əsrin 90-cı illərinin birinci yarısını – 1991-1995-ci illəri əhatə edən transformasiya böhranından sonra ən ağır keçən böhranlı il oldu. Hazırkı şəraitdə iqtisadi böhrana qarşı mübarizədə nəzərəçarpan pozitiv dəyişikliklərə nail olunmasının magistral yolu cəmiyyət həyatının bütün sahələrində radikal və sistemli, həm də real nəticələri cəmiyyətə görünən islahatlardan keçir. Sistemli islahatlar aparılmayacağı təqdirdə, iqtisadiyyatımızın həm maliyyə, həm real, həm də sosial sektorlarında böhran dərinləşməkdə davam edəcək. Əgər sistemli islahatlar həyata keçirilsə, 2017-ci il Azərbaycan iqtisadiyyatında sonuncu böhran ili olacaq və Azərbaycan tədricən öz inkişafının yeni trayektoriyasına çıxacaq.
– Manatın taleyi ilə proqnozunuz necədir?
– 2016-cı ilin sonlarına manatın rəsmi kursu 1dollar = 1,75 manat ətrafında "rəqs” elədi. Amma "qara bazar”da manatın məzənnəsi hazırkı zaman üçün real kurs hesab olunan həddə – yəni 2 manata yaxınlaşdı. İqtisadiyyatımızda böhran davam etdiyi müddətdə manat bundan sonra da ucuzlaşmaqda davam edəcək.
Məsələ bundadır ki, manat ətrafında çox paradoksal bir vəziyyət yaranıb. Bir tərəfdən tam üzən məzənnəyə keçmək labüddür, digər tərəfdən isə iqtisadiyyatımız və maliyyə sektorumuz tam üzən məzənnəyə keçməyə hazır deyil. Belə şəraitdə manatın nə qədər ucuzlaşması aidiyyatı orqanların davranışlarından asılı olacaq. "Strateji Yol Xəritəsi”ndə deyildiyi kimi, 2017-ci ildə tam üzən məzənnəyə keçilsə və valyuta siyasəti də buna uyğun dəyişdirilsə, onda manatın dollara nisbətdə kursu sıçrayışli şəkildə aşağı düşə bilər. Tədiyyə balansındakı vəziyyət düzəlməsə, kapital axını səngidilməsə və həm də indiki ssenarı davam etdirilsə, dollara nisbətdə manat hələ bir neçə il orta hesabla 12-15 faiz dəyər itirəcək.
– Sizin və deputat həmkarınız Vahid Əhmədovun hökumətə təqdim etdiyiniz təkliflər açıqlanan "Yol xəritələri”ndə nəzərə alındımı?
– Bizim təklif etdiyimiz təkliflər tam olmasa da, müəyyən məqamları hökumətin siyasətində nəzərə alınır.
– Bu arada Azərbaycanın xarici borcları artır, gəlirləri azalır. Siz xaricdəki ehtiyatlarla bağlı nə təklif edirsiniz?
– Bizim xaricdəki valyuta ehtiyatları ilə bağlı təkliflərimiz yenə də eynidir. Yəni 2-3 milyard dollarlıq vəsaitdən, həmin maliyyə vəsaiti yırtıcıların yeminə çevrilməsin deyə, ciddi nəzarət mexanizmi yaratmaq şərtilə qeyri-neft sektorunun perspektivli sahələrinə yönəltmək lazımdır. Bununla yanaşı, müxtəlif yollarla ölkədən çıxarılan pullar da ölkəyə gətirilməlidir. Onda nisbətən qısa zaman kəsiyində ölkədə güclü, şaxələnmiş və rəqabətə davamlı qeyri-neft sektoru yaratmaq, deməli, manatın nisbi sabitliyini etibarlı şəkildə təmin etmək, çoxsaylı iş yerləri açmaq, regionları qaldırmaq və həyat səviyyəsini yüksəltmək olar.
– Bu yaxınlarda mətbuatda qeyd olunmuşdu ki, Norveçin 900 milyardlıq valyuta ehtiyatları olsa da, beynəlxalq yarışlara ev sahibliyi etməkdən imtina edir. Necə bilirsiniz, Azərbaycan da gələcəkdə belə yarışlardan imtina etməlidirmi?
– Azərbaycan yetərincə sayda iri beynəlxalq tədbirlərə ev sahibliyi edib və hələ bir neçəsinə də etməlidir. Azərbaycan, valyuta gəlirləri çox olan vaxtlar qəbul etdiyi öhdəliklərə təbii ki, əməl etməli və həmin tədbirlərdən sonra isə fikrimizcə, ta iqtisadiyyatımız özünə gələnə qədər iri məbləğlı xərcləmələr tələb edən tədbirlərə ev sahibliyini öz üzərinə götürməməlidir.
– Gözləntilər var ki, fevral-mart aylarında vitse-prezidentlər təyin olunacaq. Siz bu təyinatlardan sonra nə gözləyirsiniz? O zaman yenə də indiki komanda iş başında olacaq, ya tərkib yenilənəcək?
– Hazırda komandanın bir hissəsi prezidentin islahatlar paketini həyat keçirməklə məşğuldur. Bir hissəsi isə gözləmə mövqeyindədir. Bu baxımdan hazırda Nazirlər Kabinetinin fəaliyyətinin ən qüsurlu cəhəti onda deyil ki, bu kabinetə daxil olanların bir hissəsi Azərbaycan iqtisadiyyatının problemlərinin həllini günün tələbləri səviyyəsində görmürlər. Bəla ondadır ki, onların bir hissəsi hələ də Azərbaycan iqtisadiyyatının neft gəlirlərinin gəlhagəlli vaxtının nostaljisinin təsirindən çıxa bilmədiklərindən, "bəlkə də qayıtdı” hisslərinə qapılıb iqtisadiyyatımızın ciddi böhran yaşadığı dövründə də heç bir problem görmürlər. Problem görmürlərsə, həllinə də yetərli səviyyədə girişmirlər.
Bu isə ölkəni daha dərin böhranlara, sistem böhranına apara bilər. Ona görə də Nazirlər Kabinetinin bundan sonra da fəaliyyətini bu cür davam etdirməsini dövlətçiliyimiz üçün təhlükəli hesab edirik. İslahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır ki, itkilərimizi minimuma endirməklə, yenidən sürətli inkişaf trayektoriyasına çıxa bilək. Azərbaycanın buna potensial imkanı yetərincədir. Çatışmayan yeganə məqam isə islahatçı, mobil və çevik hökumət modelinə keçidin sürətləndirilməsidi ilə bağlıdır. Vitse-prezidentlər institutunun uğurlu formalaşdırılması buna impuls verə bilər. Hazırkı dövrün problem, təhlükə və çağırışlarına adekvat cavab verə bilən, islahatçı, optimal ölçülü, makroiqtisadiyyatı günün tələbləri səviyyəsində bilən və Azərbaycan reallıqlarını da nəzərə almaqla tətbiq etməyi bacaran, çevik hökumət modelinə keçidi sürətləndirmək lazımdır. Yalnız bu halda 2017-ci il qeyd etdiyimiz kimi, Azərbaycanda son böhran ili olacaq və iqtisadiyyatımız iqtisadi artımım keyfiyyət və səmərəlilik göstəricilərinin yüksəlməsi ilə müşayiət olunan inkişafın yeni trayektoriyasına yön alacaq.
– Ölkədə bahalaşma davam edir. Ekspertlərsə deyir ki, bu, qlobal bir məsələ deyil. Deyək ki, Yeni Zelandiyada 2-3 manata olan kərə yağı bizdə 12 manatdır. Bəs, bu vəziyyəti necə dəyişmək olar?
– Qiymət artımını səngitməkdən ötrü çox iş görmək lazımdır. İlk növbədə inhisarçılığı aradan qaldırmaqla ölkədə yerli istehsalı inkişaf etdirmək, xaricdən gətitilən malların mümkün hissəsinin istehsalını ölkəmizdə təşkil etmək, qeyri-neft sektorunun eksport imkanlarını genişləndirmək və əlavə valyuta qazanmaqla bazara böyük həcmli valyuta çıxaranların sayını artırmaq və beləliklə də manatın nisbi sabitliyinə nail olub, idxal inflyasiyasını zəiflətmək lazımdır.
– Əli bəy, ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün vaxtaşırı təkliflər verirsiniz. Maraqlıdır, sizə hökumətdə hansısa vəzifəni tutmaqla bağlı təklif olubmu? Əgər olmayıbsa və bundan sonra təklif gəlsə, mandatı vəzifəyə dəyişərsinizmi?
– Xeyr, hökumətdən mənə vəzifə təklif olunmayıb. Bizim üçün vəzifə yox, ölkənin böhrandan çıxarılması daha böyük önəm daşıyır. Antiböhran tədbirlərini həyata keçirən islahatçı komanda formalaşsa, belə komandaya istənilən məqbul formada və vəzifə tutmadan dəstək verə bilərik.
Musavat.com
Xəbərin oxunma sayı : 271
Müsahibə
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV