Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Özcan ermənicə oxumasından danışdı: “Siyasət mənim işim deyil“

Tarix 08.01.17, 1:44

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz ermənicə "Kamança" mahnısını oxumasına aydınlıq gətirib


Musavat.com xəbər verir ki, erməni dilində  mahnı oxuduğu üçün azərbaycanlıların sərt reaksiyası ilə qarşılaşan müğənni fikirlərini sosial şəbəkədə bölüşüb: "Sevgili azərbaycanlı qardaşlarım, təxminən 10 il öncə "Mədəniyyət körpüləri" adlı konsertimiz var idi.  Bu konsertdə bir çox dildə mahnılar oxuduq. Yayılan video  həmin konsertin tanınması üçün iştirak etdiyim proqramdandır. Hətta repertuarda ispan və ingilis dilində mahnılar da vardı. Kanal24-də yayımlanan "Kafa dengi" proqramına da həmin dövrdə çıxmışdım. Proqramda oxuğum türkü əzbərimdə idi. Orada Emin Sabitoğlundan bəhs etməliydim, haqlısınız. Sadəcə buna görə sizdən üzr istəyirəm. Məlumatsızlığıma sayın.

Sözügedən proqramı heç xatırlamıram. Sənətin dini, irqi, dili olmaz.  Sizə orada hər hansı yayım orqanı nə deyir, bilmirəm. Hər şey birtərəfli anladılır. Mən sənətçiyəm, yer üzündəki heç bir  mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu səhv təqdimat məni də sizlər qədər kədələndirdi və  qəzəbləndirdi. Keçmişdə yaşadığınız acıları sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir ki, Xocalı soyqırımının hər il dönümündə  acınızı bölüşürəm. Bir neçə dəfə Şəhidlər Xiyabanına gedib dua etmiş biriyəm. Allah bilir ki, çəkildiyim seriallarda Azərbaycan xalqını xor görəcək hər ssenariyə qarşı çıxmışam. Biz qardaşıq, sizlərlə mənim bağlılığım fərqlidir. Türk filmlərini Azərbaycana ilk gətirən mənəm.  Türkiyədə azərbaycanlı müğənnilərin ilk konsertini də keçirən mənəm. Hazırda azərbaycanlı dostlarımla  iki qardaş ölkənin ortaq dəyəri olan "Koroğlu" dastanını ekranlaşdırmaq üçün  çalışırıq.  Bakı hər zaman mənim ikinci şəhərim, azərbaycanlılar dostlarım olacaq. Buna zərər vermək istəyənlər öz pislikləri ilə qalacaqlar.  Sizləri sevirəm, məkrli niyyəti olanlara deyil, mənim qəlbimə inanın. Allaha əmanət olun". 

Qeyd edək ki, proqramların birində qonaq olan ifaçının erməni əsilli aşıq Sayat Novaya məxsus olduğu iddia edilən "Kamança" adlı mahnını ifa etməsi birmənalı qarşılanmayıb. Azərbaycanlılar, xüsusilə sənət adamları sosial şəbəkədə Özcana öz etirazını bildiriblər. Onlar eyni zamanda "Kamança"-nın musiqisinin azərbaycanlı bəstəkar Emin Sabitoğlunun "Dağlar" mahnısından oğurlandığını qeyd ediblər.



Xəbərin oxunma sayı : 433




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap