Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yıldırımın Bağdad səfəri:Türkiyədən nəticəsi müəmmalı “at gedişi“ – Təhlil

Tarix 10.01.17, 0:57

Font ölçüsü : - / +
bitmap-img6


İraq baş naziri Heydər əl-Abadinin türkiyəli həmkarı Binəli Yıldırımla görüşünün nəticələri üzrə bəyanatını sensasiyalı tipə aid etmək olar. Bu, son iki il müddətində Türkiyə nümayəndə heyətinin bu səviyyəli ilk səfəri idi.

Və budur, əl-Abadi bildirib ki, Bağdad və Ankara Bəşik şəhərinə yaxın düşəgədəki Türkiyə kontingentini İraq ərazisindən çıxartmaq haqda məsələni nizamlamağa nail olub. Onun sözlərinə görə, “bu məsələ qısa bir vaxtda lazımi şəkildə həll olunacaq”.

Xatırladaq ki, məhz türk hərbçilərinin Bəşik rayonunda olmağı əvvəllər İraq və Türkiyə arasındakı münasibətlərdə gərginliyin artmasına səbəb olmuşdu. Ankara bildirirdi ki, türk hərbçiləri Türkiyənin terrorizmdən müdafiəsi və terrorçularla mübarizə üçün yerli döyüşçülərə təlim keçməkdən ötrü orada yerləşir. Daha dəqiqi, İraqın şimalındakı əsasən etnik türkmanların məskunlaşdığı Sincar rayonunun PKK-nın nəzarətinə düşə bilmək əndişəsi üzündən ora yüksək diqqət yetirilirdi. İctimaiyyətə bu cür deyilirdi. Bəşikdəki düşərgə qeyri-ictimai şəkildə türk hərbçilərinin hərbiləşdirilmiş sünni ərəb güclərinə təlim keçməsi üçün istifadə edilirdi ki, bu da Ankara və Bağdad arasında sərt bəyanatlar mübadiləsinə şərait yaratmışdı. Lakin Türkiyə hökumətinin başçısı Binəli Yıldırım bu gün təkcə İraqın suverenliyinin saxlanması vacibliyini deyil, həm də “Bağdadın PKK döyüşçülərinin Türkiyəyə ziyan vurmaq üçün İraq ərazisindən istifadə etməyinə yol verməyəcəyini” vurğulayıb, “çünki bu, terrorizmlə birgə mübarizə” kontekstinə sığır.

Bundan başqa, Yıldırımın İraq Kürdüstanının inzibati mərkəzi Ərbildə muxtariyyətin başçısı Məsud Bərzani ilə görüşdən sonra bəyan olunub ki, Ərbil PKK dəstələrinin İraqın şimalındakı Sincar rayonundan çıxmağına yardım etməyə hazırdır. Qeyd edək ki, PKK-nın İran, Türkiyə və İraq sərhədindəki üçbucaqda Qəndil dağlarında sığınacağı var. Türkiyə təyyarələri və artilleriyası burada PKK bazalarını dəfələrlə atəşə tutub. Buna görə də hazırda sual meydana çıxır ki, Ankara və Ərbil PKK-nı Şimali İraqdan hara və hansı istiqamətə sıxışdırmaq niyyətindədir?

Ankara dəfələrlə qeyd edib ki, Suriya kürdlərinin əsas siyasi qüvvəsi – Demokratik Birlik Partiyası (DBP) Türkiyədəki PKK-dan şaxələnib, buna görə də hər iki təşkilatı “terrorçu” qurumlara aid edir və Suriyada onlara qarşı vuruşur, Türkiyədə isə hərbi və polis əməliyyatları keçirir. Lakin problem burasındadır ki, kürdlər Suriya və İraq üçün başlıca problem və vətəndaş müharibəsinin qaynağı deyillər. Hətta Suriya və Ərbil ABŞ və başqa Qərb tərəfdaşlarının hərbi dəstəyini alır. PKK-nı İraq düşərgələrindən Suriyaya sıxışdırsalar, bu, hər şeydən əvvəl Suriyanın özündə qüvvələr balansını gözə çarpacaq dərəcədə dəyişdirəcək. Bununla yanaşı Ankara İraqda Bağdadla dialoq vasitəsilə Ərbillə münasibətləri qaydaya salmaq və möhkəmləndirməyə can atdığı halda Suriyada Dəməşqi mötərizə daxilinə salmaqla kürdlərlə vuruşur. “Paralel” deyilən kurs göz qabağındadır və Türkiyə variantında praktik olaraq İŞİD-lə mübarizəyə bağlı deyil.

Bu cür Türkiyə siyasətininn opponentləri əks-hücuma keçirlər. Məsələn, İraqın keçmiş baş naziri, “Dava” şiə islam partiyasına başçılıq edən  Nuri əl-Maliki Tehranda mətbuat konfransında bildirib ki, “İraq ərazisi İŞİD yaraqlılarından azad edildikdən sonra “Həşdi əş-Şaab” şiə könüllüləri Suriya hökumət qüvvələrinə yardım etmək üçün Suriya sərhədini keçəcəklər”.

Bundan başqa, o, hesab edir ki, peşmərgə qüvvələri İraq Kürdüstanının 2003-cü ilədək mövcud olmuş sərhədlərinə qayıtmalıdır. Buna artıq İraq Kürdüstanı peşmərgə nazirliyi reaksiya verərək bildirib ki, əl-Malikinin “2003-cü ilədək sərhəd adlandırdığı sərhəd deyil, yalnız peşmərgə ilə bəəsçi rejim ordusu arasında toqquşma xətti olub”, “İŞİD-dən azad edilmiş rayonların sakinləri isə öz gələcəklərini referendum vasitəsilə müəyyən edəcəklər”.

İraqda müstəqil kürd dövləti yaratmaq uğrunda ciddi mübarizənin bütün əlamətləri göz qabağındadır. Bu, Suriya kürdləri üçün hələlik gündəlikdəki başlıca maddə deyil, lakin onların Suriyada muxtariyyət tələb etmək haqları var və Ankara öz ərazisində yaşayan kürdlərin də eyni şeyi tələb edəcəyindən əndişələnib buna qarşı qəri şəkildə çıxış edir.

Türkiyəli politoloq Serhat Sermen bununla bağlı 2016-cı il dekabrın 20-də Moskvada üçtərəfli görüşün (İran, Rusiya, Türkiyə) gedişində razılaşdırılmış, ABŞ-sız qəbul edilmiş birgə bəyannaməyə diqqət yetirməyi zəruri sayır. Bəyannamədə Türkiyənin əsas rolu kürdlər və İŞİD yaraqlılarına qarşı “Fərat qalxanı” əməliyyatı deyil, Ankaranın Suriya müxalifətinə təsiri göstərilib.

Sermenin dəyərləndirdiyinə görə, danışıqlar masasının arxasında Amerika təmsilçisi də olsaydı, şübhələnməyə gərək yox idi ki, ehtimal ki, Suriyanın suverenlik və ərazi bütövlüyünün saxlanması formatında  bəyannaməyə kürd məsələsi də daxil ediləcəkdi. Lakin Vaşinqton müxtəlif səbəblərdən hələlik “oyundan kənar”dadır. Və hazırda mürəkkəb və ağlasığmaz alyanslar formalaşır ki, bu da həm Suriya, həm də İraqda münaqişənin dinamikasına təsir edir.

Türkiyə öz hərbi bölmələrinin Şimali İraqdan çıxarılacağını bildirməklə nəticələrini hələlik hətta qısamüddətli perspektivdə də qiymətləndirmək çətin olan ciddi gediş edib.

Stanislav Tarasov

REGNUM İA, 08.01.2017

Strateq.az



Xəbərin oxunma sayı : 127




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap