Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Fazil Mustafa Sərdar Cəlaloğluna 3 gün vaxt verdi: “Əks təqdirdə...”

Tarix 12.01.17, 19:02

Font ölçüsü : - / +
bitmap-img6


"Sərdar Cəlaloğlu belə bir açıqlama verib ki, guya mən bütün şiələrin siğədən doğulduğunu demişəm. Əhsən İran xüsusi xidmət orqanlarına! Düşünüblər ki, mənim üzərimə daha həyasız bir böhtançını salsalar, öz ölkəmizə qarşı hücumlara müqavimətimizi azalda bilərik. Mən isə xeyli konkret adamam. Sərdar Cəlaloğluna və onun kimi düşünənlərə üç gün vaxt verirəm!" 

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. F.Mustafa qeyd edib ki, hansısa kitabında, məqaləsində, statusunda belə bir cümləni tapıb bu müddət ərzində ortaya çıxarmasalar, bu sözü birbaşa və yalnız Sərdar Cəlaloğluna aid edəcək:

"Hər yerdə Sərdar Cəlaloğlu adı gələndə sadəcə “şərəfsiz bir böhtançı” sözünü işlədəcəyəm. Çünki bu böhtançı ifadə ilə Sərdar Cəlaloğlu mənim də əziz insanlarımı təhqir edib. Adama Qumdan çox təlimat gələr, açıb bir içərisini oxuyub düşünər ki, nəyi açıqlayım, nəyə susum. İddia edir ki, guya bizim tərəfimizdən Azərbaycana Suriya ssenarisi gətirilir. Buna da Suriyada yalançı cihad çağrışları ilə gedənlərə qarşı mövqeyimi ifadə edən bir neçə il ərzindəki yazıları və statusları dərc etməklə cavab verəcəyəm. Qum saatı ilə işləyənlər elə bilirlər ki, yalan və böhtan üzərindən bu ölkədə öz təbliatlarını genişlədə biləcəklər. Azərbaycanın sağlam düşüncəli vətəndaşları öz dövlətinə və vətəninə sədaqətlə bu ssenarilərin qarşısını almağa qadirdir". 



Xəbərin oxunma sayı : 214




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap