|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
General əmlak tələb edib,azadlıq vəd edir! - İş adamının vəkilindən Prezidentə müraciət
Tarix 13.01.17, 15:22 |
|
“Müqəddəs Sultanovun İlham Qasımovu həbs etdirməkdə əsas məqsədi onun MTK-dakı payını ələ keçirməkdir”.
Son vaxtlar KİV-lərin diqqət mərkəzində olan mövzulardan biri də “Real MTK”-nın keçmiş təsisçisi, hazırda həbsdə olan İlham Qasımovun yaxınlarının mətbuata verdiyi sensasiyalı açıqlamalardı. İş adamının anası və bacısı tərəfindən ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına və mediaya ünvanlanan müraciətlərdə bu il noyabrın 30-da 15 il müddətinə azadlıqdan məhrum edilən İlham Qasımovun həm istintaq zamanı, həm də məhkəmədə haqsızlıqlarla üzləşdiyi, sifarişlə həbsə alındığı bildirilib. Sifarişçinin isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat-Analitik İdarəsinin rəisi, general Müqəddəs Sultanov olduğu iddia edilir. Həmin müraciətlər saytımızda da dərc olunduğundan təkrarlamaq niyyətində deyilik.
Qısaca xatırladaq ki, İlham Qasımovun barəsində bu il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev tərəfindən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. İş adamının adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçsə də, özü hazırda həbsdədir.
Yaxınları İlham Qasımovun həbsinin general Müqəddəs Sultanovun və onun biznes şəriki, iş adamı Gülağa Tənhanın sifarişi ilə baş tutduğunu iddia edir. Məhkəmə prosesinə sədrlik edən Zeynal Ağayevin isə bu sifarişi yerinə yetirdiyini, sahibkarı günahsız yerə həbsə aldığını söyləyirlər.
“Hakim mülki işlə cinayət işi arasındakı fərqi bilmir?”
Elə Qasımovun vəkili Mərdəli Süleymanov da bu hökmün qanunsuz olduğunu, iş adamının sifarişlə həbs olunduğunu bildirir. O, bununla bağlı Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Müracətin surəti Baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş Şöbəsinin müdiri Fuad Ələsgərova da göndərilib.
Bir nüsxəsi də “AzPolitika.info”ya da daxil olan müraciətdə vəkil “Real MTK”-nın həbsdə olan keçmiş təsisçisi İlham Qasımovun günahsız olduğunu qeyd etməklə yanaşı, məhkəmə prosesi zamanı yol verilən qanunsuzluqları da açıqlayıb.
Müraciətdə ilk növbədə İlham Qasımovun günahsız həbsə alınmasına diqqət yetirilərək qeyd olunur: “Hörmətli Prezident! İş adamı İlham Səfəralı oğlu Qasımovun qeyri-qanuni, məmur sifarişi ilə həbs edilməsilə bağlı bütün dövlət orqanlarına ailə üzvləri tərəfindən ünvanlanmış müraciətlər nəticəsiz qalmışdır. Görünür bəzi dövlət orqanlarının rəhbərləri üçün insan həyatı heç bir əhəmiyyət kəsb etmir. Bu üzdən də Sizə müraciət edərək, kömək istəmək məcburiyyətində qaldıq.
Müvəkkilim İlham Qasımov 20 iyun 2016-cı ildə heç bir şirkətdə rəhbər vəzifə tutmadığı halda Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs olunub. Hansı ki, həbs olunmazdan əvvəl həmin işə Binəqədi rayon Məhkəməsində mülki iddia kimi baxılıb. Belə şıxır ki, Binəqədi rayon Məhkəməsinin hakimi Fərrux Qasımov qanunvericilikdə mülki işlə cinayət işi arasındakı fərqi bilmir.
Halbuki müvəkkilim İlham Qasımov 2014-cü ildən bu günə kimi, dövlət strukturları tərəfindən səlahiyyətli və vəzifəli şəxs kimi tanınmır. Şikayət edən, Rusiyada azərbaycanlı milyonçu kimi tanınan Gülağa Qəmbərov isə müvəkkilim İlham Qasımovla ortaq olublar. Bu ortaqlığa vəsilə olan onların digər biznes şəriki, Respublika Baş Prokurorluğunun Təşkilat-Analitik İdarəsinin rəisi general Müqəddəs Sultanovdur.
İttiham aktında cinayət işinin başlanmasının səbəbi kimi göstərilir ki, guya İlham Qasımov “Real MTK”-nın vaxtı ilə həmtəsisçisi olduğu zaman Gülağa Qəmbərov adlı şəxslə qarşılıqlı fəaliyyət haqqında Bakı şəhəri Yusifbəyli küçəsi 39-41 ünvanında yerləşən ərazidə 25 mərtəbəli ev tikmək barədə müqavilə imzalayıblar. Guya G.Qəmbərov həmin tikintinin aparılması üçün İ.Qasımova nağd formada pul ödəyib. İ.Qasımov isə guya heç bir tikinti işi aparmadan həmin pulları mənimsəyib.
Ancaq G.Qəmbərovun verdiyi pulların hamısı sözügedən tikinti ücün təyinatı üzrə xərclənib. Sual olunur: əgər doğrudan da işdə cinayət tərkibi vardısa, niyə ortaqlar arasında daxili müqavilələr bağlanırdı?
“General MTK-dakı payını baldızının adına sənədləşdirib”
İkinci tərəfdən, Yusifbəyli küçəsindəki torpaq ərazisi “Real MTK” tərəfindən tikinti aparılması üçün müqavilə əsasında “Odlar Yurdu” MTK-ya verilmişdir. Hansı ki, bu MTK-da Müqəddəs Sultanov və Gülaga Tənha şərikdirlər. Müqəddəs Sultanov “Odlar Yurdu” MTK-dakı payını baldızı Nəzakət Əliyevanın adına sənədləşdirib. Həmin MTK-da İlham Qasımovun və ailəsinin də payı var. “Odlar Yurdu” MTK-nın adından Qasımovlar və digər şəxslərə verilən onlarla maliyyə borc arayışı da bunu təsdiqləyir (Bu arayışlardan bəzilərinin fotosurətləri yazıya əlavə olunur-red). Elə Müqəddəs Sultanovun İlham Qasımovu həbs etdirməkdə də əsas məqsədi onun və ailəsinin MTK-dakı payını ələ keçirməkdir. Bununla əlaqədar müvəkkilimin ailəsi Müqəddəs Sultanovun onlara müəyyən sifarişlər göndərdiyini də bildirir. Müqəddəs Sultanov müvəkkilimin ailəsinə sifariş göndərərək, bildirib ki, “Odlar Yurdu” MTK-dakı paydan imtina etsələr, İlham Qasımovun azadlığına qovuşmasını təmin edə bilər. Bu isə müvəkkilimin Baş Prokurorluğun İdarə rəisinin sifarişi ilə qanunsuz həbsə alındığını bir daha sübut edir”.
Vəkil İ.Qasımovun sifarişlə həbs olunduğunu bir daha vurğulayaraq, bu işdə hakimin xüsusi roluna diqqəti çəkib: “Hörmətli cənab Prezident! İş adamı İlham Qasımovun həbsi sifarişlə həyata keçirilib. Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məhkəmənin mülki qaydada baxdığı iş üzrə cinayət işi başlayıb. Bununla da mülki iş cinayət işinə çevrilib.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tez-tələsik 18 cilddən ibarət cinayət işini məhkəməyə göndərib. İş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin icraatına verilib. Hansı ki, bu hakim işdə maraqlı tərəf olan general Müqəddəs Sultanovun yaxın qohumudur.
Elə ortada olan faktlar da, yaxınlarının dedikləri də göstərir ki, müvəkkilim İlham Qasımovun həbsi bilavasitə general Müqəddəs Sultanovun sifarişi ilə həyata keçirilib.
Bu, Zeynal Ağayevin sədrlik etdiyi məhkəmə prosesində də bir daha özünü göstərdi. Belə ki, məhkəmənin gedişində hakim Zeynal Ağayev bir dəfə də olsun dəymiş ziyan barədə fikir bildirmədi. Hakim heç olmasa ədalət məhkəməsi adını daşıdığını xatırlayaraq, Azərbaycan Respublikası CPM-in 308.2 və 313-cü maddələrinə nəzər salsaydı, görərdi ki, İlham Qasımovun həmin şirkətdə hər hansı vəzifə tutduğunu təsdiq edən heç bir sənəd yoxdur.
Bundan əlavə məhkəmənin gedişində heç bir şikayətçi aşkar olunmadı. İttiham aktında ”zərərçəkən” kimi təqdim edilən şəxslər məhkəmədə “biz heç bir zərər çəkməmişik, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət etməmişik, bizi idarəyə məcbur aparıblar. İlham Qasımova qarşı heç bir şikayətimiz yoxdur” demişdilər. Hakim isə bunları belə nəzərə almadı.
“Mən barışığa gəlmişəm…”
Eyni zamanda ittihamda İlham Qasımov tərəfindən külli miqdarda pulunun mənimsənildiyi iddia edilən Gülağa Qəmbərov da müvəkkilimə qarşı hər hansı iddia ilə çıxış etməyib. Məhkəmə prosesində cəmi bir dəfə iştirak edən Gülağa Qəmbərovun müdafəçilər tərəfindən verilən suala cavabı belə olub: “Mən bura barışığa gəmişəm. Mən heç kimi həbs etdirmirəm, həbsdən azad edirəm”.
Pulu mənimsənildiyi iddia edilən Gülağa Qəmbərov müvəkkilim İlham Qasımovdan heç bir şikayətinin olmadığını bildirir. Ancaq hakim Zeynal Ağayev bunu da nəzərə almayaraq, müvəkkilimə 15 il azadlıqdan məhrumetmə cəzası verir. Bu fakt da hakim Zeynal Ağayevin müvəkkilim, iş adamı İlham Qasımov barəsində qərəzli olduğunu, sifarişli qərar çıxardığını təsdiqləyir”.
Daha sonra vəkil hakim Zeynal Ağayevin sifarişli və qərəzli qərar çıxarıldığını təsdiqləyən faktları qeyd edir: “Hörmətli Prezident! Hakim Zeynal Ağayev tez-tələsik qərar çıxardığından məhkəmə protokolunda 11 adda bağışlanılmaz səhvə yol verib. Bunlar aşağıdakılardır:
1) Cinayət işinin 12-ci cild 4-14-cü səhifələrində proses iştirakçılarına məhkəmə bildirişlərinin, qanundan hüquq və vəzifələrə dair çıxarışların göndərilməsi barədə qeyd edilən sənədlərin surətləri vardır. Bildirirəm ki, həmin göndərişlər içərisindən məhkəmə bildirişi, hüquq və vəzifələrə dair qanundan çıxarışların İ.Qasımova göndərilməsini təsdiq edən hər hansı sənəd yoxdur. Hesab edirəm ki, həmin sənədlər İ.Qasımova göndərilməmişdir. Sadəcə olaraq, həmin sənədlərin surətləri cinayət işinə əlavə edilmişdir ki, guya həmin sənədlər İ.Qasımova göndərilmişdir.
2) Məhkəmənin 20 sentyabr 2016-cı il tarixli iclasında İ.Qasımovun adından qeyd edilib ki, guya o, məhkəmə aktını və məhkəmə bildirişini aldığını bildirir. Belə bir hal mövcud olmamışdır.
3) Müdafiəçilər tərəfindən vəsadətlər 20 sentyabr 2016-ci il tarixli iclasda deyil, 23 sentyabr tarixli iclasda verilmişdir. Həmin hal məhkəmə iclas protokolunda düzgün əks etdirilməmişdir.
4) Protokolda qeyd edilir ki, guya tərəfimdən verilmiş vəsadətlərdən müvafiq sənədlərin sübutlar siyahısından çıxarılması, əlavə şahidlərin dindirilməsi barədə vəsadətlərin cinayət işinin hazırki mərhələdə araşdırılmadan saxlanılması barədə qərar alınmışdır. Məhkəmə iclasında belə bir qərar qəbul edilməmişdir. Müvafiq sənədlərin sübutlar siyahısından çıxarılması barədə vəsadət rədd edilmişdir. Əlavə şahidlərin dindirilməsi barədə vəsadət təmin olunmuş və həmin şahidlər növbəti məhkəmə protokollarında həmin qərarların müzakirə edilməsi və müvafiq qərarların qəbul edilməsi barədə hər hansı qeyd yoxdur.
5) Gülağa Məmi oğlu Gəmbərovun ifadəsi düzgün yazılmamışdır. O, məhkəmədə yalnız bir dəfə iştirak etmiş, ittiham aktının surətini və məhkəmə bildirişini aldığı, onun iştirakı olmadan keçirilmiş məhkəmə iclas protokolu ilə tanış olduğu barədə hər hansı ifadə işlətməmişdir. İş materiallarında onun ittiham aktının surətini və məhkəmə bildirişini alması və onun iştirakı olmadan keçirilmiş məhkəmə iclasının protokolu ilə tanış olmasını təsdiq edən hər hansı sübut yoxdur.
6) G.Gəmbərov ifadəsində göstərir ki, o məhkəmə iclasına birbaşa hava limanından gəlir, cinayət işi və mülki işlə onun vəkilləri məşğul olurlar.
7) G.Gəmbərov ifadəsində göstərir ki, o, İ.Qasımov ilə yaxın tanışları, hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunda çalışan Müqəddəs Sultanov vasitəsi ilə tanış olublar. O, M.Sultanovu gənclik illərində tanımış və Moskva şəhərində təhsil alarkən ona kostyum almışdır. G.Qəmbərovun həmin ifadəsi məhkəmə iclas protokolunda öz əksini tapmamışdır.
8) G.Qəmbərov ifadəsində “05.09.2014” yazıları ilə başlayan “1.500 verilib” sözləri ilə bitən qeydə istinad etməmişdir. Həmin ifadə məhkəməyə sədrlik edən və məhkəmə iclas katibi tərəfindən yazılmışdır.
9) G.Gəmbərov ifadəsində göstərir ki, İ.Qasımovu həbsdə gördüyü üçün ürəyi ağrıyıb və ona şeir həsr edib. O, şeiri oxumaq istəyib, lakin sədrlik onun sözlərini kəsərək mahiyyət üzrə ifadə verməsini tələb edib. G.Qəmbərov ifadə verdikdən sonra İ.Qasımov da ifadə verib və onlar arasında polemika başlayıb. Sonunda G.Qəmbərov İ.Qasımovdan şikayəti və tələbi olmadığını bildirib. Həmin faktlar məhkəmə iclas protokolunda öz əksini tapmamışdır.
10) Məhkəmənin 14.11.2016-cı il tarixdə iclas protokolunda qeyd edilib ki, guya sənədlər elan və tədqiq olunur. Həmin fakt doğru deyildir. Biz sənədlərin tədqiq edilməsini sədrlikdən xahiş etsək də, vəsadətimiz rədd edilmişdir. Hər hansı video və audio səslənmədən istifadə olunmamışdır.
11) Məhkəmənin 30.11.2016-cı il tarixli iclas protokolunda qeyd edilir ki, guya müdafiəçilər məhkəmə iclasında iştirak etmişlər. Həmin fakt doğru deyildir. İ.Qasımovun müdafiəçiləri rəsmi şəkildə 30.12.2016-cı il tarixdə başqa–başqa yerlərdə məhkəmə iclaslarında olmuşlar”.
“Prokuror 13 il istədi, hakim 15 il verdi…”
Vəkil müraciətinin sonunda hakim Zeynal Ağayevin qohumunun sifarişini qanunlardan üstün tutduğunu vurğulayır: “Tanınmış hakim Zeynal Ağayev dövlər ittihamçısı 13 il istədiyi halda 15 il hökmünü necə oxuyur? Deyək ki, hakim Z.Ağayevin öz vicdanı və ədaləti yoxdur. Bəs bizim Azərbaycanımızın qanunları hakim Z. Ağayevə şamil edilmir? Cəza tədbiri seçilən zaman ədalət məhkəməsi yüngülləşdirici hallardan, alternativ cəza tədbirlərindən istifadə etməməlidirmi?
Qohum general M.Sultanovun tapşırığı və sifarişi dövlətimizin qanunlarından vacibdirmi? İnsan taleyi sizin üçün çox ucuzdurmu?
Niyə hörmətli Məhkəmə Şurası bu sualları hakim Z.Ağayevə verərək tədbir görmür?
Möhtərəm Prezident, məhkəmə prosesində müvəkkilimin – İ.Qasımovun tam günahsız olduğu, sifarişlə tutulduğu təsdiqləndi. Ancaq hakim tam ədalətsiz qərar verdi.
Odur ki Sizdən işin yenidən araşdırılması, ədalətli və qanuni qərar çıxarılmasına dair göstəriş verməyinizi xahiş edirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.
R.Əliyev
AzPolitika.info
Vəkilin iddialarını sübut edən sənədləri təqdim edirik:
Xəbərin oxunma sayı : 1549
Gündəm
Xəbərlər
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
TOP 10
ARXİV