Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İlham Əliyev Ərdoğana təbrik göndərdi

Tarix 13.01.17, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

AzFakt.com-un məlumatına görə, məktubda deyilir: " Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

14 yanvar 1992-ci il tarixi Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması günüdür. Bu əlamətdar hadisənin 25 illiyi ilə əlaqədar Sizi təbrik edir, dost və qardaş Türkiyə xalqına ən xoş və səmimi arzularımı çatdırıram.

Müstəqil Azərbaycanın tarixində qardaş Türkiyə diplomatik əlaqələr yaratdığımız ilk dövlətdir. Xalqlarımız və ölkələrimiz arasındakı münasibətlər dərin tarixi köklərə əsaslanır. Ötən illər ərzində “bir millət-iki dövlət” prinsipi dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə etmişdir.

Dostluq və qardaşlıq üzərində qurulmuş əlaqələrimiz bu gün birgə səylərimizlə strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə tərəfdaşlığı xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir. Əminəm ki, Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına isə daim sülh və firavanlıq arzulayıram”.



Xəbərin oxunma sayı : 439




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap