Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kəşfiyyat: Kremlin əlində Trampın bir yox, bir neçə intim videosu var

Tarix 14.01.17, 17:07

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-n yeni seçilmiş prezidenti Donald Tramp belə görünür ki, hələ səlahiyyətlərinin icrasına başlamağa imkan tapmamış sarsıdıcı qalmaqalla üzləşmiş və reytinqini kəskin itirmiş ilk prezident olacaq.

Virtualaz.org xəbər verir ki, Trampın Rusiya ilə gizli əlaqələri və onun Moskva tərəfindən iyrənc seks videoları ilə şantaj edilərək ələ alınması barədə iddialar getdikcə böyüməkdədir. Və az qala hər gün Trampın və yaxın ətrafını Moskva ilə şübhəli əlaqələrinə dair yeni faktlar üzə çıxır.

“Reuters” və “Assosiated press” agentlikləri üzə çıxarıb ki, prezident Barak Obama Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə cavab olaraq bu ölkənin 35 diplomatını ölkədən qovanda və Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəndə Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmağa namizəd, general Maykl Filinn Vaşinqtondakı Rusiya səfiri Sergey Kislyakla intensiv telefon danışıqları aparıb. Özü də ABŞ administrasiyasına xəbər vermədən.

Flinn və Kislyak arasında əlaqələr barədə ilk dəfə “The Washington Post” yanvarın 12-də xəbər vermiş və yazmışdı ki, Tramp komandasının Rusiya rəsmiləri ilə sıx əlaqələri Vaşinqtonun bir çox siyasi dairələrində ciddi narahatlıq doğurub. Qəzet adının çəkilməsini istəməyən ABŞ rəsmisinə istinadən bildirirdi ki, Flinn Kislyaka dekabrın 29-da Rusiya səfirinin Türkiyədə qətlə yetirilməsi və Rusiya hərbi xorunun təyyarə qəzasında həlak olması ilə bağlı başsağlığı vermək üçün zəng edib.



Trampın mətbuat katibi Sin Spayser yanvarın 13-də Flinn və Kislyak arasında telefon söhbətinin olduğunu təsdiq edib, lakin bildirib ki, bu, Obamanın sanksiyaları elan etməsindən bir gün əvvəl baş verib. Spayser deyib ki, dekabrın 28-də Flinn və Kislyak inaqurasiyadan sonra Tramp və Putin arasında telefon söhbətinin təşkilini müzakirə ediblər.

Lakin AP və Reuters ABŞ rəsmilərinə istinadən qətiyyətlə bildirirlər ki, telefon söhbəti dekabrın 28-də olub. ABŞ mediası yazır ki, əslində Tramp komandası ilə Kreml arasında təmaslar onun bütün seçki kampaniyası dövründə davam edib. 8 noyabr seçkisindən sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İnterfax” agentliyinə demişdi ki, Rusiya hökuməti seçki kampaniyası boyunca Trampın siyasi komandası ilıə təmasda olub.

Flinnin özü ötən il Moskvada Rusiyanın “Russia Today” agentliyinin yubileyində iştirak etdiyinə görə kəskin tənqid olunur. Tədbirdən çəkilən fotolarda Flinnin Putinlə eyni masada oturduğu görünür. Ağ Evin sözçüsü Coş Ernest deyib ki, administrasiyaya Flinnin telefon söhbətləri barədə əvvəlcədən xəbər verilməyib.



ABŞ mediası yazır ki, Amerikada 218 yaşı olan və Logan Aktı kimi tanınan qanun fərdi vətəndaşların Birləşmiş Ştatlarla mübahisəsi olan hökumətlərlə hər hansı danışqılarını qadağan edir.

Bu arada "The İndependent" qəzetinin daha bir məqaləsində deyilir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyada Donald Trampa qarşı bir yox, bir neçə şantaj materialı ola biləcəyinə inandığını bildirib.

Donald Tramp və Kreml Britaniya casusu tərəfindən toplanmış olduğu düşünülən sənəddə adı çəkilən seksual xarakterli rüsvayedici materialın ola biləcəyi barədə iddianı rədd ediblər. Lakin BBC müxbiri bildirib ki, ona bir neçə mənbəyi olan agentlikdən verilmiş iddialar barədə Mərkəzi Kəşfiyyat İdarəsinə sorğu verib. Bu mənbələr iddiaların "həqiqi" olduğuna inanırdılar.

BBC müxbiri Paul Vud Vaşinqtondan verdiyi canlı reportajda deyirdi ki, ehtimallara görə "bir neçə tarixə aid, təkcə Moskvada yox, həm də Sankt Peterburqda əldə olunmuş və heç də təkcə video yox, həm də audio olan bir yox, bir neçə materialların olduğu söylənir".



Vud bildirib ki, o MKİ-dən dosyedəki iddialar barədə soruşub. Onun sözlərinə görə, bu dosyedəki iddialar artıq aylardır ki, əsas media qurumlarında dövriyyə etsə də, onları yalnız “Buzzfeed” çap etdikdən sonra üzə çıxarıblar.

"Mən noyabrın əvvəllərində MKİ-yə mesaj göndərərək bu iddialar barədə soruşmuşdum”-BBC müxbiri bildirir. Jurnalist bildirir ki, onunla hər hansı rəsminin bu barədə danışması qanunsuz əməl sayıla bilərdi, lakin o sonradan vasitəçilərin köməyi ilə öz sorğusuna cavab alıb. Cavabda deyilirdi ki, bu iddiaların həqiqət olduğuna inanılır və Britaniya kəşfiyyatçısı bu iddilar barədə məlumatın yeganə mənbəyi olmayıb.

"The İndependent" keçmiş MI6 zabiti Kristofer Stil barədə bəzi yeni məlumatları da verir və yazır ki, o, FİFA-dakı korrupsiya iddialarının araşdırılmasında Federal Təhqiqatlar Bürosuna kömək edib, kifayət ciddi casus sayılır.



Qalmaqalın böyüməsi ilə bağlı Demokratlar partiyasından olan konqresmenlər Trampın Rusiya ilə əlaqələri və onun şantaj olunması barədə araşdırma aparılmasını tələb edirlər. Demokratların Konqresdəki fraksiyasının rəhbəri, keçmiş spiker Nensi Pelosi bildirib ki, Federal Təhqiqatlar Bürosu Rusiyanın yeni administrasiyaya təsir rıçaqlarından necə istifadə edə biləcəyini araşdırmalıdır. “FTB bu ittihamları araşdırmalıdır. Rusların əlində nə var?”-Pelosi bildirib.

Son rəy sorğularına görə Trampın reytinqi 38 faizə düşüb və bu, onun prezident seçkiləri kampaniyasına qatılandan bəri ən aşağı reytinqidir.

“The Washington Post” qəzeti Moskvanın əlində Trampın seks videolarının olması barədə iddialara toxunaraq yazır ki, əslində bundan təəcüblənmək lazım deyildi. Çünki Tramp 2013-cü ildə “Dünya gözəli” müsabiqəsini keçirmək üçün Moskvada olanda Rusiya kəşfiyyatı heç bir şəkk-şübhəsiz onu izləyib.  Digər tərəfdən Rusiya və bir sıra keçmiş sovet respublikalarında seks videolarından siyasi məqsədli şantaj kimi istifadə olunması praktikası çoxdan var. Bu, əslində KQB-dən qalma təcrübədir və Tramp kimi pleyboy imicinə malik biri barədə belə kompromatların toplanması tamamilə ağlabatan görünür.



Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəsmisi deyib ki, Moskvaya səfəri zamanı Trampın qaldığı "Ritz Carlton" oteli əslində otel yox, hər tərəfi gizli kameralarla izlənilən telestudiyadır. Moskvaya səfər edən xarici rəsmilər bir çox hallarda bu oteldə yerləşdirilir və xüsusi xidmətlər onları izləmək fürsətini əldən buraxmaz.



Xəbərin oxunma sayı : 202




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap