Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Məcburi köçkünlər kommunal xidmətləri özləri ödəyəcək

Tarix 16.01.17, 21:01

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gündür ki, məcburi köçkünlərin kommunal xidmətləri üzrə tətbiq edilən xüsusi limitin ləğv edilməsi ilə bağlı məsələ gündəmdə müzakirə olunur

Bununla bağlı məsələyə "Qaçqınkom" un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov aydınlıq gətirmişdi. 

O bildirmişdi ki, limitin ləğv edilməsi ilə bağlı hər hansı qərar yoxdur.

Bu gün isə qafqazinfo.az-a oxuculardan biri "Azərsu" ASC tərəfindən vurulmuş elanla bağlı müraciət edib. Elanda bildirilir ki, 2017- ci ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Su və kanalizasiya haqqının ödənilməsi bölməsi" üzrə Qaçqınların və Məcburi Köçüknlərin İşləri üzrə Dövlət Komitəsinə məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənişinin nəzərdə tutulmaması ilə əlaqədar 01.01.2017-ci il tarixindən bütün proqramlar üzrə məcburi köçkünlərə verilən güzəştlər( limitlər) ləğv edilib .

Məsələni aydınlaşdırmaq üçün "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlanılıb. A.Cəbrayıllı qeyd edib ki, elanda göstərildiyi kimi hər hansı limitin ləğvindən söhbət getmir: "Ancaq elanın yuxarı hissəsində qeyd olunduğu kimi, məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənilməsi məsələsi ləğv olunub. Belə ki, bu günə kimi məcburi köçkünlərin su və kanalizasiya haqqı "Qaçqınkom" tərəfindən "Azərsu" ya ödənilirdi. Bundan sonra isə həmin vəsait pul şəklində büdcədən köçkünlərin öz hesablarına ödəniləcək. Köçkünlər həmin limitlər üzrə ödəniş haqqlarını özləri "Azərsu" ya ödəyəcəklər. Yəni güzəştli limitin ləğvindən söhbət getmir".

"Azəriqaz" Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev də sayta açıqlamasında bildirib ki, qərar öz təsdiqini tapdıqdan sonra artıq məcburi köçkünlər xidmət haqqını özləri ödəyəcəklər.

"Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirib ki, bununla bağlı onlarda məlumat yoxdur: "Hazırda əvvəlki qaydada ödənişlər həyata keçirilir". 



Xəbərin oxunma sayı : 70




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap