Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İspanağın faydaları və ziyanı

Tarix 17.01.17, 0:07

Font ölçüsü : - / +
bitmap-img6


İspanaq milli kulinariyada ən çox istifadə edilən göyərti növlərindən biridir

İspanağın vətəni İran sayılır və orta əsrlərdə səlib yürüşündən qayıdan cəngavərlər tərəfindən Avropaya aparılıb. Rusiyada isə ispanağın cəmi 200 il yaşı var.

Bu bostan məhsulunun faydaları və ziyanları barədə Ölkə.Az-ın yeni araşdırmasında tanış olun.

Tərkibi

İspanağın yarpaqları P, B6, B2, B1, C, D, A, PP və E vitaminləri ilə, zülal, mikroelement və sellulozla zəngindir. İspanağın tərkibi eyni zamanda dəmirlə zəngindir. Dəmirdən başqa maqnium, kalsium və kalium maddələri də var.

Faydası

Orqanizmində yod çatışmazlığı olan adamlara məsləhət görülür. İspanağın yarpaqları bu maddəyə görə ancaq lobya və noxuddan geri qalır.

Müntəzəm olaraq ispanaqdan istifadə etmək bədxassəli şişlərin yaranması və qan azlığının qarşısını alır.

Artıq çəkidən qurtulmaq istəyənlərə ispanaq məsləhət görülür. Çünki tərkibində sellulozun miqdarı çoxdur və kalori miqdarı azdır.

İspanaq qəbzliliyi aradan qaldırır və bağırsaq sisteminə müsbət təsir edir. İspanaq bağırsağı təmizləyir.

Əsəb sistemi xəstəliklərində, qan azlığı, yorğunluq, gipertoniya, qastrit, diabet, enteroklit vaxtı ispanaqdan istifadə etmək məsləhət görülür.

Tərkibində E vitamini olduğu üçün də gözəllik üçün faydalıdır. Müntəzəm olaraq ispanaqdan istifadə etmək dişləri möhkəmləndirir, saçlara müsbət təsir göstərir və dərini cavan və elastik edir.

Yarpaqların tərkibində olan dəmir sellilütün yaranmasının qarşısını alır.

Ziyanı

İspanaq ancaq müəyyən hallarda ziyan ola bilər. Sidik kisəsi xəstəliyi olanlara ispanaq yemək məsləhət deyil. Çünki ispanağın tərkibində şavel turşusu var.

Bəzi hallarda isə ispanaq allergiyaya səbəb ola bilər. Podaqra xəstəliyindən əziyyət çəkənlər ispanaqdan tez-tez istifadə etməməlidirlər. Çünki ispanağın tərkibində purin maddəsi var.

Son olaraq, ispanağı ətlə birlikdə qəbul etmək məsləhət görülür. Çünki dəmir və zülallar ətlə birlikdə qəbul ediləndə daha faydalı olur.



Xəbərin oxunma sayı : 103




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap