Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Dərman bazarında xaos hökm sürür

Tarix 17.01.17, 4:39

Font ölçüsü : - / +
bitmap-img6


“Bizim Yol” qəzeti iqtisadiyyat naziri və vətəndaşın söylədiklərindəki ziddiyyəti ortaya qoyub.

Dərman və dərman vasitələrinin qiyməti bütün məhsullar kimi durmadan bahalaşır. Bizimyol.info-nun araşdırmasına görə, buna təkan verən Tarif Şurasının qərarına əsasən qiymətin dolların kursuna uyğunlaşdırılmasıdır. Artıq dərmanlar da ABŞ valyutası kimi hər gün bahalaşır. 

Картинки по запросу iqtisadiyyat naziri Şahin Mustafayev

Nazir: “bir qutu dərmanın idxal qiyməti 1,4 dollara enib”

Belə bir qərarı imzalayan Şuranın sədri, iqtisadiyyat naziri Şahin Mustafayev müsahibələrinin birində deyib ki, "dərman vasitələrinin çox hissəsinin qiymətləri əvvəlkindən dəfələrlə aşağıdır". Onun tam olaraq mövqeyi belə olub: “Böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri bazarının tənzimlənməsinə 2015-ci ilin ortalarından başlanılıb, proses intensiv şəkildə davam etdirilib, müxtəlif doza və qablaşdırma miqdarı nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10166 dərman vasitəsinin qiymətləri təsdiq edilib. 2016-cı ilin 1 sentyabr tarixindən etibarən yalnız qiymətləri təsdiq edilmiş dərman vasitələrinin satışına icazə verilir. Manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin çox hissəsinin qiymətləri tənzimləmədən əvvəlki qiymətlərdən yenə də dəfələrlə aşağıdır. Pərakəndə satış qiymətlərinin təhlili göstərir ki, daha çox tələbat olan, məsələn, xolesterin tənzimləyici, qan durulaşdırıcı, ağrıkəsici, təzyiq, diabet, allergiya və astma əleyhinə, mədə-bağırsaq və sinir sistemi xəstəliklərində istifadə olunan və s. dərmanların qiymətləri dəfələrlə, bir sıra hallarda 5-10 dəfə aşağı salınıb. Nəticədə həm əhalinin xərclərinə, həm də dərman idxalı ilə bağlı ölkədən valyuta çıxışına qənaət olunur. Konkret rəqəmlərə istinad etsək, 2014-cü ildə bir qutu dərman vasitəsinin orta idxal qiyməti 3 dollar təşkil etdiyi halda, həmin göstərici tənzimləmədən sonra 1,4 dollar səviyyəsinə enib. Təhlillər göstərir ki, tənzimləmə nəticəsində əhalinin və dövlət büdcəsinin dərmanla bağlı xərclərinə il ərzində 400 milyon dollardan çox, idxal olunan dərmanlara görə xaricə ödənilən valyuta vəsaitinə isə 250 milyon dollardan artıq qənaət edilir”. 

Vətəndaş: “Bir qutu dərmanı 32.25 manata aldım”

Əvvəla, qiymətin əvvəlkindən ucuz olması prinsipcə ona görə mümkün deyil ki, dərmanın asılı olduğu dolların qiyməti bir yerdə durmur. Ikincisi də bir qutu dərmanın orta idxal qiymətinin 1.4 dollar səviyyəsində enməsi barədə söylənən fikirlər gülüncdür. Biz dərmanların qiymətinin baha olduğunu və dayanmadan artdığını faktlarla sübut edəcəyik, gerçəkdən uzaq quru statistik rəqəmlərlə yox.  

Dekabrın 29-da, qrip virusunun tüğyan etdiyi bir vaxtda apteklərə üz tutduq. Müşahidə etmək yox, dərman almaq üçün. H3N2 virusunun xroniki xəstəlikləri oyatdığını araşdırmışdıq. Və həqiqətən də həmin vaxt evdə xroniki xəstəliyi olanlar, yaşlılar və uşaqlar bu xəstəliyi daha ağır keçirtdi. Içi mən qarışıq. Amma apteklərdə qarşılaşdığımız vəziyyət bizi daha çox heyrətləndirdi. Vacib dərmanlar qəhətə çəkilmişdi və əksər hallarda onların daha bahalı olan əvəzləyicilərini təklif edirdilər. Allergik astma xəstələri üçün Lukastinin qiymətini dövlət tənzimləyir. 10 mg-lıq film tabletlərdir, bir qutuda 28 film tablet var. Hər kurs müalicə müddəti 3 aydır. Deməli bundan üçünü almalıydıq. Bir ay əvvəl onu 12 manat 41 qəpiyə almışdıq. Indi 13 manat 72 qəpik olib. Ay ərzində 1 manat 31 qəpik və ya 10.5 faizlik bir artım var. Heç dollarda artım bu qədər olmayıb. Bu səbəbdən də dərmanın qiyməti nəyə görə tənzimləndiyi məlum deyil. Maliyyə qıtlığı səbəbindən məcburən ikisini aldıq. 

Əksər aptekərdə inhalyasiya üçün Symbicort Turbuhaler (160/4,5) yoxa çıxmışdı. Bir çoxlarında olmadığını dedilər. Astma xəstələri üçün ən vacib mini inhalyasiya aparatıdır. Onu istifadə etdikdən sonra müvəqqəti sakitləşdirir. Şəhərdə bütün aptekləri gəzdik, dedilər “artıq bu dərmanı gətirmirlər”. Əvəzedicisi Seretid-i təklif edirdilər. Onun da qiyməti 55-60 manat civarında idi. Halbuki sözügedən dərmanın bizim axtardığımız analogiyasını bir ay əvvəl iki dəfə ucuz almışdıq. Nəhayət bir aptekdə 38, başqa birində 45 manata Symbicort təklif etdilər. Ən son üçüncüdə 32 manat 25 qəpiyə tapa bildik. Təsəvvür edin ki, ondan əvvəlki ay onu 23 manat 80 qəpiyə almışdıq. Arada 8 manat 45 qəpik və ya 35.5 faizlik bir bahalaşma var. Dedilər ki, “qiyməti hər gün qalxır”. Əslində, ehtiyatdan ikisini almaq lazımdı - biri gündəlik evdə qəbul, o biri də qəfil boğulma zamanı ehtiyat üçün üstündə gəzdirməkdən ötəri. Amma imkansızlığın üzü qara olsun,  biri ilə kifayətləndik. Gələn dəfə hansı qiymətə satacaqlar, “Allah bilir”, deməyəcəm, bazara bağlıdır. 

Bu dərmanın istehsalçı şirkəti AstraZeneca Türkiye İlaç Sanayi ve Ticaret Ltd-dir. Maraq üçün Türkiyədə pərakəndə satış qiymətlərini də araşdırdıq. Bir saytda bu dərmanın qiyməti 41.73 türk lirəsidir. Bugünkü məzənnə ilə 19 manat 83 qəpik. Topdan alındığında xeyli aşağı qiymətə başa gəlir. Başqa bir saytda qiymət 36,1 TL, o birində də 33.77 TL-dir. Yəni, 16-17 manat.  

Həkimin yazdığı Flemoksin də 12 manat 77 qəpik oldu. O da sağolsun, hər dəfə yazdığı dərmanların sayını artırmaqla bərabər dozasını da çoxaldır. Bu dəfə də dörd dərmanın hərəsindən bir neçəsini yazmışdı, onun üçünü ala bildik. O da yarımçıq. Yəni tam kurs yox, üçdə birini. Cəmi 3 dərman 60 manat tutdu və beləliklə, minimum əmək haqqının 60 faizini apardı. Nazir hansı ucuzluqdan danışır? 

Nazir: “Aptek təşkilatlarının təchizatı ilə bağlı problem aradan qaldırılıb”

Nazir dərman qıtlığı ilə bağlı söylənənləri də təkzib etmişdi. Ş.Mustafayev: “Qanunvericilikdə həm topdansatış əczaçılıq müəssisələri, həm də aptek təşkilatları üçün mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla məqbul səviyyədə - hər biri üçün 20 faizədək marja nəzərdə tutulur ki, bu da normal rentabelli fəaliyyəti təmin edir və dərman vasitələrinin idxalı və təchizatı baxımından heç bir problem yaratmır. Ötən il ərzində 2015-ci illə müqayisədə qutu sayı ilə ifadədə ölkəyə dərman vasitələrinin idxalı 20 faiz artıb. Buna baxmayaraq, manatın dollara olan rəsmi məzənnəsinin dəyişməsi və idxalçıların banklardan xarici valyuta alışındakı çətinliklər səbəbindən ötən ilin noyabr ayının ikinci yarısında dərman vasitələrinin aptek təşkilatlarına təchizatında müvəqqəti problemlər yaranmışdı. İdxalçıların xarici valyuta alışındakı çətinlikləri həllini tapdıqdan və Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problem aradan qaldırılıb”. 

Vətəndaş: “20 aptekdən cəmi 3-də lazım olan dərmanı tapa bildik”

Problem-filan aradan qaldırılmayıb. Dərman alışına biz ən son dekabrın axır günləri çıxmışıq və vəziyyət yazdığım kimi idi, Mustafayevin iddia etdiyi kimi yox. Piştaxtalar boşalmışdı. Xəstə sayının çoxalmasına rəğmən dərmanlar azalmışdı. Həmin günlər aptekçilər də etiraf edirdilər ki, onlara müraciətlərin sayı birə-beş artıb. Amma dərman təchizatında problemlər hələ də mövcuddur. 20 aptekdən cəmi 3-də lazım olan dərmanı tapa bildik. Hətta bir aptekdə bizə dərman gətirməyə söz verdilər, depoya zəng elədilər, yarım saat gözlətdilər, axırda da məlum oldu ki, lazım olan dərman preparatlarının ikisi onlarda yoxmuş.   

Nazir: “Ucuz aptek axtarmaq zərurəti aradan qalxır”   

İqtisadiyyat naziri onu da deyib ki, “tənzimləmədən sonra bu sahədə şəffaflıq təmin edilib, ictimai və dövlət nəzarəti güclənib, artıq hər bir vətəndaş hansı dərmanın hansı qiymətə olduğunu bilir və dərmanlar bütün apteklərdə eyni qiymətə satılmaqla, vətəndaşların ucuz aptek axtarmaq zərurəti tam aradan qalxır və süni qiymət artımının qarşısı alınır. Xüsusilə, uzun illər sabit məzənnə rejiminin tətbiq edildiyi ölkəmizdə dəyişən məzənnə rejimində dərman vasitələrinin qiymətləri ilə manipulyasiya etmək halları tam aradan qaldırılıb. Belə ki, Tarif Şurasının qərarı olmadan dərman vasitələrinin qiymətlərində hər hansı bir dəyişiklik, o cümlədən qiymətlərin bahalaşması qanunaziddir. Təsəvvür edin ki, tənzimləmədən əvvəl məzənnənin sabit olduğu bir dövrdə dərman vasitələrini dəfələrlə baha satan “marketinq firmaları” tənzimləmə aparılmasaydı, məzənnənin belə dəyişməsindən istifadə edərək dərman vasitələrini hazırkı qiymətlərdən dəfələrlə baha qiymətə satacaqdılar”.  

Vətəndaş: “Qiymət fərqi çox olduğundan aptek-aptek gəzdim”

Bu da yoxlamadığı məlumatlara nazirin təsəllisidir. Yuxarıda ərz elədim ki, dərmanların qiyməti müxtəlif apteklərdə bir-birindən fərqlidir. Ona görə də bir gündə ən azından 20 aptekdə qiymətlərlə maraqlanmışıq. Dərmanlar fərqli qiymətlərlə satılmasaydı, dəli deyilik ki, gün boyu aptekləri gəzək? Bəzən aralarında az qala iki dəfə fərqin olduğunu da yuxarıda misal çəkərək yazdım.  




Xəbərin oxunma sayı : 1027




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap