Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Nardaran: Geridə qalan 1 ilə baxış... – 14 ayda qəsəbədə nə dəyişdi?

Tarix 18.01.17, 18:12

Font ölçüsü : - / +
bitmap-img6


Bakının 25 kilometrliyində yerləşən və daim özünəməxsus adət-ənənələri ilə seçilən Nardaran qəsəbəsi 1 ildən çoxdur ki, həyatının ən böyük dəyişiklik mərhələsini yaşayır. Uzun illər dini radikalizmin kök atdığı və qapalı ərazi kimi ad çıxarmış bu qəsəbədə 2015-ci ilin 26 noyabrında keçirilmiş xüsusi əməliyyatın ardınca başlanmış sürətli quruculuq-abadlıq işləri bir neçə ay içərisində Nardaranı, gerçəkdən, büsbütün dəyişib.

Və sevindiricidir ki, indi bu dəyişiklik təkcə yeni çəkilən dördzolaqlı asfalt yollarda, salınan gül-çiçəkli parklarda, göz oxşayan memarlıq üslubuyla tikilən bina və obyektlərdə, genişləndirilən və zülmətləri yaran çilçıraqlarla bəzədilən küçə və səkilərdə deyil, həm də və ən əsası, qəsəbə sakinlərinin beynində, düşüncə və həyat tərzində daha çox müşahidə edilməkdədir…

Gəlin, bircə anlıq göz önünə 14 ay əvvəlki Nardaranı gətirək: dövlət qurumlarından daha çox, “Ağsaqqallar Şurası”nın müəyyənləşdirdiyi qaydalarla idarə olunan qəsəbə hər cür yenilik və tərəqqidən uzaq tutulduğundan, ciddi şəkildə ölkənin və paytaxtın digər ərazilərindən həm sosial-iqtisadi inkişaf, həm də hüquqi, mənəvi baxımdan xeyli geridə qalırdı; uşaqlar məktəblərdən, dünyəvi təhsildən yayındırılır, evlərini mədrəsəyə çevirmiş müxtəlif dini icma təmsilçilərinin yanına göndərilir, dini ayinləri yerinə yetirməyə borclu varlılqar kimi yetişdirilirdilər; qızlar 4-5-ci sinifdən sonra ümumiyyətlə, məktəblərə buraxılmırdılar; bütün mülki və cinayət xarakterli mübahisələr, ailədaxili münaqişələr hətta boşanmalar, əmlak və mülkiyyət münasibətləri belə, məhkəmələrdə, dövlət qurumlarında yox, ağsaqqalların “şəxsi söhbətlər”ində, bəzənsə “kriminal araşdırmalar"da həll edilirdi; işıqpulu, qazpulu, supulu ödənmədiyindən, tez-tez sahə təmsilçiləriylə vətəndaşlar arasında ciddi konfiliktlər yaşanırdı və qəsəbə kommunal xidmətlər göstərilməsi sarıdan da bərbad bir duruma düşmüşdü…



Sözsüz ki, təhsildən uzaq salınmış, öz qayda-qanunları ilə yaşayan və xurafatın hökm sürdüyü bu bölgə getdikcə həm müxtəlif xarici dairələrin, həm də ayrı-ayrı kriminal qrupların rahat fəaliyyət göstərə biləcəyi əraziyə çevrilmişdi: 10 min nəfərdən çox əhalisi olan qəsəbədə böyük bir işsizlər ordusu əmələ gəlmiş, xüsusən gənclər arasında narkomaniyaya və müxtəlif cinayətkar qruplara qoşulmaq meyli hədsiz artmış, hərbi xidmətdən yayınma halları isə görünməmiş dərəcədə yüksəlmişdi…

Ancaq indi – cəmisi 14 aylıq işlərdən sonra gözümüz önündə bam-başqa, əvvəlkindən tamam fərqli bir Nardaran durub.

Tam məsuliyyətlə demək olar ki, təkcə son 1 ildə Nardaranda, SSRİ-nin dağıldığı 1991-ci ildən ta bugünədək ötən 25 il ərzində görülən işlərdən daha artıq iş görülüb, daha uzun yol qət edilib.



Sözsüz ki, belə sürətli dəyişikliyin kökündə bir tərəfdən dövlətin özünün bu qəsəbədə planlı şəkildə sürətli nizam və inkişaf yaratmaqla bölgəni paytaxtın digər ərazilərinə çatdırmaq siyasəti durursa, o biri tərəfdən də bu dəyişikliklərin yerli əhali tərəfindən böyük məmnunluq və razılıq hissiylə qarşılanması da çox önəmli rol oynayır. Xüsusən də ötən ilin iyunun 21-də ölkə başçısının qəsəbəyə gəlişi, əhaliylə görüşü və daha hansı problemlərinin həll edilməsinin zəruri olduğu haqda birbaşa camaatın öz dilindən fikirlərini dinləmək istəyi, həyata keçirilən quruculuq-abadlıq işlərinin daha sürətlə aparılmasını təmin etməklə yanaşı, sakinlərin özünün də bu işlərdə fəallığını stimullaşdırıb. Məsələn, qəsəbə ərazisindəki orta məktəblər əsaslı şəkildə təmir edilməkdən əlavə, uzun illərdən bəri ilk dəfə olaraq, burada şagirdlərin tam şəkildə dərsə davamiyyəti də təmin edilib.

Eyni zamanda, həmişə münaqişəli situasiya yaradan hal kimi göstərilən qəsəbənin qaz, işıq, su, kanalizasiya problemləri də, demək olar, tamamilə həllini tapıb: həm əhalinin köhnədən yığılıb qalan bütün borcları silinib, yeni xətlər çəkilb, həm də əhalinin sərfiyyata və xidmətlərə görə ödənişləri qaydaya düşüb…



Ən əhəmiyyətli dəyişiklik isə, yuxarıda da vurğuladığımız kimi, qəsəbə əhalisinin özünün həyat fəlsəfəsində, dünyagörüş və baxışlarında üzə çıxan və gələcəyə xeyli ümidlər yaradan müsbət tendensiyalardır.

Məsələn, əvvəlki dövrlərdə ciddi problem kimi qələmə verilən məsələlərdən biri – dövlət qurumları ilə yerli camaat arasında qarşılıqlı etimad və inama əsaslanan münasibətlərin qurulması işi, demək olar, gözlənildiyindən də tez və effektli başa gəlib. Artıq Nardaran sakinləri  nəinki əvvəllər o qədər də əhəmiyyət vermədikləri şəxsiyyət vəsiqələriylə təmin olunma, torpaqlarının və əmlaklarının qeydə alınması, sənədləşdirilməsi ilə bağlı işləri başa çatdırmaq üzrədirlər, həm də dövlət üçün əhəmiyyətli tədbirlərin təşkilində də xeyli fəallıq göstərirlər. Əgər əvvəllər təkcə qəsəbə üzrə hərbi xidmətdən yayınma halı 700 nəfəri keçmişdisə, indi valideynlər övladlarını hərbi xidmətə yola salmanı həmin ailəyə şərəf gətirən böyük bir şadyanalıq tədbirinə çevirirlər.

Hüquq-mühafizə orqanlarına qəbul olunmaq üçün qəsəbə gənclərinin müraciətlərinin sayında isə indiyədək görünməmiş şəkildə artım və fəallıq qeydə alınıb.

Və yaxud, əvvəllər məhkəməyə, hüquq-mühafizə orqanlarına müraciət “pis davranış” nümunəsi kimi qəbul edilirdisə və bu da qəsəbə ərazisində cinayətkarlığın sayının artmasına, miqyasının genişlənməsinə gətirib çıxarırdısa, son aylarda qəsəbə ağsaqqallarının və sağlam düşüncəli vətəndaşların da təşviqi ilə bu sahədə də xeyli dönüş yaradılıb. İndi nəinki hər hansı hüquqpozma faktı ilə bağlı birbaşa hüquq-mühafizə orqanlarına müraciət olunur, hətta vətəndaşlar özləri  cinayətkarlığın qarşısının vaxtında alınması üçün məlumatların zamanında müvafiq orqanlarda olmasına təşəbbüs göstərirlər.

Qeyd edək ki, bu hal xüsusən də qanunsuz silahların yığılmasında və əvvəllər qəsəbədə geniş yayılmış nakotiklərin kökünün kəsilməsi istiqamətində aparılan əməliyyat və maarifçi xarakterli tədbirlərdə hüquq-mühafizə orqanlarının xeyli köməyinə gəlib. Nəticədə ona nail olunub ki, indi Nardaranda ictimai asayişin və təhlükəsizliyin qorunması, əmin-amanlığın yaradılması tam şəkildə təmin edilib.

Əlbəttə, təkcə geridə buraxılan 1 ildə görülən işlər Bakının bu qədim və maraqlı tarixi abidələrə, ziyarətgahlara, bərəkətli torpaqlara, böyük turizm potensialına malik qəsəbəsində həyat şəraitinin də sürətlə yüksəlməsinə yol açacaq bünövrə deməkdir. Artıq bu bünövrə üzərində qəsəbənin tarixi-coğrafi, təsərrüfat və mədəni xüsusiyyətlərini, turistik imkanlarını nəzərdə tutan yeni inkişaf proqramları, iqtisadi, mədəni layihələr hazırlanıb və yəqin ki, çox yaxın gələcəkdə icrası da yüksək səviyyədə təmin ediləcək.

Ümid edirik ki, cəmisi 1 ildə 25 illik yolu qət etməyi bacaran Nardaran üçrəngli bayrağımızın dalğaları altında Azərbaycanın digər bölgələrinin inkişaf tempi ilə tam şəkildə ayaqlaşacaq, qısa müddətdə paytaxtımızın ən zəngin və rifah içərisində yaşayan qəsəbələrindən birinə çevriləcək!

Strateq.az




Xəbərin oxunma sayı : 583




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap