Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

«Azərsu» sədrinin qardaşına talançılıq ittihamı

Tarix 19.01.17, 18:57

Font ölçüsü : - / +
bitmap-img6


İşdən çıxarılan rəis müavini Faiq Hüseynov tərəfindən təhdid olunduğunu deyir.

Uzun müddət SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini vəzifəsində işləmiş Elnur İsmayılov işdən azad olunmasından şikayətçidir.

“Bizim Yol”a müraciət edən E.İsmayılov deyib ki, o, idarə rəisi, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun qəzəbinə tuş gəlib: “Mən “ştat” ixtisarı adı altında qanunsuz olaraq işdən çıxarıldım. Hüququmun pozulması ilə bağlı Prezident Administrasiyasına, Baş Prokurorluğa və Milli Məclisinin İnsan Haqları Komitəsinin sədri Bahar Muradovaya müraciət etdim. Müraciətlərim şikayətçi olduğum SOCAR-a göndərilib”.

E.Hüseynov iddia edir ki, etdiyi müraciətlərə görə o təhdid olunub: “Faiq Hüseynov tərəfindən külli miqdarda dövlət əmlakının talan olunması barədə müvafiq qurumlara faktların bir hissəsini təqdim etdim. Bundan sonra Faiq Hüseynov məni ölümlə təhdid etdi. Şikayətimlə bağlı 12-ci polis bölməsində dindirildim. Bir ildən çox vaxt keçsə də, mənim şikayətim baxılmadı.

Milli Məclisdən, Sənaye və Energetika Nazirliyindən və Dövlət Təhlükəsizlik Xidmətindən Baş Prokurorluğa 13 dəfə təqdimat və göstəriş göndərilib. Baş Prokurorluq da mənim ərizələrimi SOCAR-a ünvanlayıb. Mənim ünvanıma bu qurumun vitse prezidentləri Mikayıl İsmayılovun və Xaliq Məmmədovun, eləcə də Hüquq Departmentinin rəisi Eldar Orucovun imzaları ilə məktublar daxil olub.

Məktubda bildirilib ki, guya işdən çıxarılmadan öncə mən xəbərdarlıq məktubu almışam, mənə vəzifə təklifi edilib. Eldar Orucov sonuncu məktubunda hüququmun  pozulduğunu düşünürəmsə, məhkəməyə müraciət etməyimi təklif edib”.
 
Şikayətçi deyir ki, Geofizika və Geologiya İdarəsinin strukturuna 4 idarə, 1 elmi tədqiqat institutu daxildir: “Satınalmalar həyata keçirilərkən əsas vəsaitlər və materialların qiyməti 60.000.000 manatdan çox  şişirdilib, bunun da 20.0000.00 manatı Faiq Hüseynov tərəfindən tanışları və qohumlarının vasitəsi ilə mənimsənilib. Adıçəkilən idarə üçün 2011, 2012, 2013-cü illərdə alınmış materialın və əsas vəsaitlərin faktiki və şişirdilmiş qiymətlərini aidiyyatı orqanlara təqdim etməyə hazıram”. 



Xəbərin oxunma sayı : 1816




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap