Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Deputat Rafael Cəbrayılov: “... bu bir mesajdır”

Tarix 09.02.17, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


A.Lapşinin Belarus Respublikasında tutularaq Azərbaycana ekstradisiya olunması cəmiyyətdə ciddi rezonansa səbəb olub. Məsələni hüquqi baxımdan şərh etmək üçün Milli Məclisin deputatı, hüquqşünas Rafael Cəbrayılovla etdiyimiz müsahibəsini təqdim edirik


-Rafael müəllim, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə A.Lapşinin hüquqi məsuliyyəti nədən ibarətdir?

A.Lapşin separatizmi dəstəkləyən ermənipərəst bir insan olmaqla yanaşı Azərbaycan xalqının düşmənidir. Amma hüquqi müstəvidə Azərbaycanın dövlət sərhədini dəfələrlə qanunsuz keçmiş və  Azərbaycan dövləti əleyhinə yönəlmiş açıq çağırışlar edərək öz çıxışlarında Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim etmişdi. Son 5-6 il ərzində onun törətdiyi bu əməllər cinayət hesab olunduğu üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən onun barəsində C.M-nin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2 ( Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə ) maddələri ilə cinayət işi başlanılaraq ona ittiham elan edilmişdir. İnterpol xətti ilə axtarışa verilən A.Lapşin Belarus Respublikasında həbsə alınmış və haqlı olaraq Azərbaycana ekstradisiya edilmişdir. 

-Bu neçə il ərzində Lapşin müxtəlif ölkələrdə olsa da, amma tutulmamışdı. Bu barədə nə deyə bilərsiniz ?

Tamamilə haqlısınız. A. Lapşin interpol xəttilə axtarışa veriləndən sonra bir neçə ölkədə olub, amma əfsuslar olsun ki, onun həbsə alınması həmin dövlətlər tərəfindən həyata keçirilməyib. Çünki, bir sıra dövlətlər hüquqi məsələləri siyasiləşdirirlər ki, bu da yolverilməzdir. Bu gün demək olar ki, dünyanın bütün qabaqcıl ölkələrində dövlət əleyhinə açıq çağırışlar və dövlət sərhədini qanunsuz keçmə cinayət hesab olunur. Bu əməli törədən şəxs kimiliyindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ona görə də bu məsələdə beynəlxalq hüququn norma və prinsiplərinə habelə, dövlətlərarası müqavilələrə görə hərəkət olunmalıdır. Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında qarşılıqlı hüquqi yardım haqqında müqavilə mövcuddur ki, bu müqavilə də cinayət törətmiş şəxslərin ekstradisiyasını da nəzərdə tutur. Belə ki, Belarus Respublikasının bu hərəkəti həm hüquqi, həm də  siayasi baxımdan tədqirəlayiqdir. 

-Bəs necə düşünürsünüz, bundan sonra Dağlıq Qarabağa qanunsuz səfər edənlərin sayı  azalacaqmı ?

A.Lapşin barəsində Azərbaycan Respublikasında cinayət işinin başlanılması, onun Belarus Respublikasında həbs olunaraq Azərbaycana ekstradisiya olunması bir mesajdır. Dağlıq Qarabağa qanunsuz olaraq gələn hər bir şəxsə verilən mesajdır. Həmin şəxslər bilməlidilər ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir və bura Azərbaycanın müvafiq dövlət orqanlarının icazəsi olmadan gələn hər kəs Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmiş olur. Bu isə ağır cinayətdir. Həmin insanların Dağlıq Qarabağa konsert verməkdən tutmuş müxtəlif biznes fəaliyyətinə qədər hansı məqsədlə gəlməsindən aslı olmayaraq onların cinayət məsuliyyətini istisna etmir. 

-Bu iki ölkə Prezidentlərinin  dostluğu ekstradisiya məsələsinə təsir edə bilərmi ?

Belarus Respublikası Azərbaycanla dostluq münasibətində olan ölkədir. Bu respublikaların Prezidentləri cənab A. Lukaşenka və cənab İ.Əliyev arasında dostluq münasibətləri var. Rəhbərlər arasındakı səmimi dostluq münasibətləri dövlətlər arasında anoloji münasibətlərin formalaşmasına da səbəb olur. Fürsətdən istifadə edib öz adımdan və seçicilərim adından cənab A. Lukaşenkoya obyektiv siyasi iradə nümayiş etdirdiyinə görə təşəkkür edirəm.

AzFakt.com



Xəbərin oxunma sayı : 3502




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap