|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
“3 ermənini öldürdü, yaraladığı da sonra öldü“ – Çingizin qəhrəmanlıq dastanı
Tarix 11.02.17, 5:51 |
|
- Yaxşıyam, ana, hər şey yaxşıdır. Yox, ac deyiləm. Elə indicə yemişik. Bir azdan posta gedəcəm. Ver qardaşıma telefonu… Sən necəsən? Mən əla. Həmişəki kimi. Hava soyuqdu olmağına, amma əynimiz yaxşıdır. Hə, vaxt çatıb. Məzuniyyətə gələcəm. Nə isə, öpdüm hamınızı. Posta getməliyəm. Hələlik…
Dekabrın 28-i saat 21 radələrində zəng vurub, hamıyla danışmışdı. Nə anası, nə atası, nə də qardaşı – heç kim bir də onunu səsini eşitməyəcəkdi. Amma onun elədiklərinin səs-sorağından bir neçə gün sonra bütün Azərbaycan xəbər tutacaqdı…
***
Həzrədəyik. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailəsində.
Atası Salman kişi qarşılayır bizi. Bakıdan təzə qayıdıblar Qurbanovlar, ölkə prezidenti şəxsən qəbul edibmiş onları. Elə Çingizin Mili Qəhrəman ulduzu və vəsiqəsini də şəxsən təqdim edib onlara. İndi ən qiymətli əşyadır bu evdə.
– Düz 40 gün gözlədim. 40 gün. Sən şəhid olmuş əsgərin meyitini 40 gün saxla?! Bu şərəfsizliyin adı yoxdur. Amma ürəyimdə əmin idim ki, Çingiz bunlara od qoyub ki, belə edirlər. Bilirdim ki, balam bunlara elə belə can verməyib. Bilirdim…
Köks ötürür. Amma nə qəhərlənir, nə də kövrəlir. Çox qürurludur Salman kişi.
– 28-i axşam danışmışdıq. Posta gedəcəkdi. Səhər mən işdəydim. Televizorda ermənilərin sərhədi pozaraq təxribat törətdiyini və nəticədə Çingiz Salman oğlu Qurbanovun itkin düşdüyü barədə xəbər veriblər. Bir də gördüm, yoldaşım zəng edib, ağlayır. Dedim, niyə ağlayırsan, nə olub? Dedi, xəbərlərdə dedilər ki, Çingiz itkin düşüb. Tez qaçıb evə gəldim. Axşam saat 8 xəbərlərində yenə dedilər. Səhər tezdən hərbi hissəyə gedib, komandirlə görüşdüm. Orda bildim ki, oğlum şəhid olub, meyitini isə ermənilər aparıblar. Sən demə, dekabrın 29-u gecə yarısı erməni kəşfiyyat-diversiya qrupu sərhədimizi pozmaq istəyib. Bizim uşaqlar dərhal reaksiya veriblər. Atışma başlayıb. Ermənilər məcburən geri çəkilməyə başlayıb. Atışma vaxtı düşməni geri oturtmaq üçün Çingiz postdan çıxaraq, onları təqib edib. Nəticədə 3 erməni hərbçini öldürüb. Aralarında zabit də olub. Sonradan erməni saytları yazdı ki, Çingizin yaraladığı bir erməni də yanvarda ölüb. Çingizi isə böyründən vurmuşdular. Bilirsən, övlad itkisini Allah heç kimə göstərməsin. Mən oğlumla qürur duyuram. Onun bu cür qəhrəmanlıqla şəhid olması mənim ürəyimi dağa döndərdi. Onun dəfninə minlərlə adam gəlmişdi. Qusarda heç vaxt belə qələbəlik olmamışdı. Mən oğul itkisindən çox, ermənilərin vəhşiliyi ağrıtdı. Onun meyiti gələnə kimi nə yediyimizi bildik, nə içdiyimizi. İndi çox rahatam, çox. O ağır günlərdə dövlət də yanımızda durdu. Prezident məsələni diqqətində saxladı. Çingiz nəinki Həzrənin, bütün ölkənin başını uca elədi. Bax, balkonumuza. Azərbaycanını bayrağını asmışam. O bayraq həmişə orada duracaq. Nə qədər mən sağam. Nə qədər bu ailə burada yaşayır.
Qurbanovlar ailəsində iki uşaq böyüyüb. Çingiz və ondan iki yaş kiçik qardaşı Beytulla. Beytulla da Çingiz kimi Texniki Universitetdə təhsil alır.
– Qardaş kimi əvəzsiz idi. Çox mehriban, sirrini də ancaq mənimlə bölüşürdü. Hər ikimiz təhsil aldığımıza görə, ailəliklə köçmüşdük Bakıya. Dərsə də bir yerdə gedib-gəlirdik. Məndən iki kurs yuxarıda oxuyurdu. O qədər mehriban idi ki, hətta mənim kurs yoldaşlarım da onunla dostluq edirdi. Uşaqlığımız da elə bu kənddə keçib. Burada böyümüşük. Nə deyim, elə bir qardaşı itirdik ki… Amma mən xoşbəxtəm. Bilirsinizmi niyə? Milli Qəhrəman qardaşıyam. Bu ada görə ölməyə də dəyər!
Salman kişi də Çingizin uşaqlığından danışır. Deyir, uşaq vaxtı çox nadinc imiş. Haqsızlıqla barışmırmış. Özündən böyüklər belə nahaq iş görəndə dillənərmiş ki, siz düz demirsiniz.
– Amma dərslərini çox yaxşı oxuyurdu. Məktəb Azərbaycan dilindəydi, amma özü sərbəst şəkildə rus dilini də öyrənirdi. İdmanla məşğul olurdu. Texnik fənlərə xüsusi marağı vardı. Ona görə də Texniki Universiteti seçmişdi. Çingizin oxuduğu fakültə Müdafiə Sənayesi Nazirliyinin kurasiysındyadı. Çingiz universitetə girən il açılmışdı, xüsusi texnika və texnologiya fakültəsi. Bütün respublika üzrə cəmi 14 nəfər qəbul planı vardı. O uşaqlardan biri Çingiz idi.
Salman kişinin dediyinə görə, fakültə təzə açıldığından lazımi ədəbiyyat da yox imiş Azərbaycan dilində.
– Ona görə də bütün günü internetdə rus dilində ədəbiyyat axtarırdı. Sonrada onları konspektləşdirib Azərbaycan dilinə çevirirdi, qrup yoldaşlarına verirdi ki, imtahanlara hazırlaşsınlar. Universitetdən də gəlmişdilər, dedilər, çox istedadlı bir mühəndisi itirdik…
İltifat Qurbanovların qonşusudur. Oğluyla Çingiz dost olublar, həm də bir yerdə oxuyublar.
– Bu kəndin yetişdirdiyi nadir istedadlardan biriydi. Körpəliyi belə gözümün qabağındadır. Nadinc, dəcəl uşaq idi. Amma böyüdükcə, dəcəllikdən də əsər-əlamət qalmadı. Çox istiqanlıydı. Kənddə hamı xətrini çox istəyirdi. Özünü istədən uşaq idi. Siz bir görəydiz onun dekanı necə hönkür-hönkür ağlayırdı qəbri üstə. Eləcə də müəllimləri. Öz oğlumuzu itirdik deyirdilər. Çingiz hamımızın oğluydu. Həzrənin başını uca elədi balamız.
Salman kişinin dediyinə görə, şəhid olmasaydı, bir-iki günə məzuniyyətə gəlməliydi. On gün qalacaqdı.
- Gözaltısı vardımı?
– Məncə yox, təhsilini davam etdirmək istəyirdi. Magistraturaya girəcəkdi. Fikirləşirdim ki, bəlkə anasına deyər, amma yox imiş. Həm də bizə deyirdi ki, nə evlənmək, təhsilimi bitirim, işə girim, işləyim sonra. Keçən ilin yayında bitirdi. Dedi, əsgərliyə gedim qayıdım. Hamı əsgərliyə gedir, mən yox? Deyirdi ki, bizim qrupumuz bu sahədə Azərbaycanda ilk buraxılış olacaq. Universitetdən də demişdilər ki, hamınızın təyinatı, iş yeri hazırdır. Görünür qismət beləymiş. Nə biləydim ki, balamın diplomunu da özüm alacam. Sonuncu dəfə andiçməsinə getmişdik anasıyla. Avqust ayında. Elə son gördüyümüz də o oldu. Ancaq gələcək dərslərindən danışırdı. Planlarını cızırdı, arzularını deyirdi. “Konspektlərimdən muğayat olun” – deyib, gülürdü. Baxın, bütün şəkillərində gülür. Elə bir şəkli yoxdu əlimizdə ki, gülməsin, gülümsəməsin. Gülə-gülə getdi oğlum, həm də alqışlarla. Hamı alqışladı balamı, son mənzilinə gedəndə. Hamı, bütün Qusar, Həzrə, hər yerdən gələnlər. Mən necə ağlaya, kövrələ bilərdim bu alqışları arasında. Deyirsiz, çox qürurluyam. Əlbəttə, Çingiz kimi oğlu olan necə olmalıdır?!
Dediyimiz kimi, Qurbanovlar Azərbaycan prezidentinin qəbulunda olublar. Prezident Milli Qəhrəman qızıl ulduzunu təqdim edib Salman kişiyə.
– Prezident Çingizin məsələsini həmişə diqqətdə saxladı. Mənə dedi ki, belə gözəl övlad böyütdüyünüzə görə, sizə minnətdaram. Qayıtdı ki, dünən üç mərasimini vermisiz deyə, bu gün sizi dəvət elədim, onun halal haqqını Milli Qəhrəman qızıl ulduzunu sizə təqdim edim. Dedi ki, bütün Azərbaycan Çingizlə fəxr edir, onun adı əbədiləşdiriləcək. Mən də dedim ki, bu qiymət bütün şəhidlərimizə verilən yüksək qiymətdir. Dedim, mən çox xoşbəxtəm ki, şəhid atasıyam. Onu əmin etdim ki, sizin əmrinizlə bu saat da silah götürməyə, torpaqlarımızı azad etməyə, oğlumun, şəhidlərimizin qisasını almağa hazıram.
***
Həzrə kənd məktəbində isə Çingizin oxuduğu sinifdə onun əyləşdiyi partaya qərənfillər düzülüb. Sinif rəhbəri Svetlana Rəhimxanova onun xatirəsinin həmişə yaşayacağını deyir.
– Onu unutmayacağıq. Bizim məktəbin, kəndin adını uca tutdu. İndi Həzrə deyəndə ilk yada düşən Çingiz olacaq. Bizim tərbiyəli, vətənpərvər şagirdimiz, Çingiz.
***
İndi Çingizin məzarı həzrəlilərin ziyarət yerinə çevrilib. Üç mərasimi bitsə də qarlı-çovğunlu havaya baxmayaraq, hələ də insanlar Həzrəyə axışır.
Anar Şıxızadaylə rastlaşırıq. Xaçmazdan gəldiyini deyir.
– Nə qohumumdur, nə yaxınım. Düzü, bu kəndin yolunu da bilmirdim, ilk dəfəydi gəlirəm. Amma özümə borc bildim. Ən azı təskinlik verə bildimsə, xoşbəxtəm.
Elə biz də ilk dəfəydi Həzrədəydik. Anar kimi, yolunu belə bilmirdik. Şəhidlərin yeri cənnətdir, sözsüz. Və bu kəndin özü sözün həqiqi mənasında cənnət kimi bir yerdir. Bu kənddə Şeyx Cüneydin məqbərəsi var. Şah İsmayılın babası Cüneydin. Çingizin böyüyüb başa çatdığı evin 100 addımlığında. Çingiz Həzrənin ilk şəhididi. Elə Cuneyd də şəhid idi. Bu isə tamam başqa bir tarixdi.
Səbuhi Məmmədli
(Lent.az)
Xəbərin oxunma sayı : 2323
Sosial
Xəbərlər
-
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
-
Xalq artisti görünüşü ilə təəccübləndirdi - VİDEO
-
Futbolumuzun yeganə xilas yolu - Yalnız o gəlməlidir
-
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”: Generalın istintaqı bitdi
-
Səfirin qardaşı oğlu yüzlərlə insana qarşı dələduzluq edib: Bulut Bağcı kriptovalyuta işini necə “qurub?”
-
Dərman vasitələrinin farmakonəzarət qaydası ilə bağlı YENİLİK
-
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
-
Sərnişindaşımaya dair müsabiqələrdə iştiraka görə ödəniləcək məbləğlər - SİYAHI
-
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
-
“Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram” - Prezident
-
AFFA 4 nəfəri futboldan ömürlük uzaqlaşdırdı - RƏSMİ
-
Nura Suridən Xəyyam Nisanov barədə şok sözlər - VİDEO
-
Jurnalsit İstanbul Klinikasını ittiham etdi: “Anamı öldürdülər“
-
Ermənistanın keçmiş müdafiə naziri: “Hindistandan alınan silahlar yararsız vəziyyətdədir”
-
Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır
-
Əfv və amnistiya olacaq! - Hüquq müdafiəçisi tarixi açıqladı
-
Azərbaycanda ilk dəfə cəzaçəkmə müəssisəsində üztanıma sistemi yaradılıb - FOTO
-
“Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik” - İlham Əliyev
-
Zəngilanın bu kəndi yenidən qurulacaq - 1,1 milyon ayrıldı
-
Hikmət Hacıyev Çinə niyə gedib? - TƏHLİL
-
“Azpetrol“ məntəqələrində yolxlama: İnsanların həyatı təhlükəyə atılıb!
-
Yerli və idxal kərə yağları cüzi bahalaşıb – Son qiymətlər
-
Xalası onu təhqir etdiyini deyən müğənnini məhkəməyə verdi: 30 min təzminat istədi
-
Özəl universitetlərdə tibb təhsili bərpa olunacaqmı? - VİDEO
-
Rumıniyada NATO-nun ən böyük hərbi bazası tikilir: Minlərlə hərbçi yerləşdiriləcək
-
“Bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir” - Prezident
-
Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - “Rang Rover“lə qəza...
-
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Rusiyada səslərin 100 faizi sayıldı: Putindən mütləq qələbə
-
“Əfsuslar olsun ki, bu, Ermənistana dərs olmadı“ - Azərbaycan lideri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub
-
“Azəriqaz”da Cahid Hüseynov ruzigarı: direktor müavininin bacısı oğlu yeni vəzfəyə təyin edildi
-
Xətai rayonunda saxlanılan narkokuryerlərdə 10 kq marixuana aşkar edilib - VİDEO
-
“İnflyasiya ilə əlaqədar zəruri tədbirlər davam etdiriləcək“ - Nazirlər Kabineti
-
Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT
-
Prezident Azərbaycan xalqını təbrik etdi - MƏTN
-
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - Nəticələr elan olundu
-
Polis gücləndirilmiş iş rejimində çalışacaq - DİN
-
Azərbaycanda işsizlərin sayı artdı – Son 20 ilin statistikası
-
İkitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürü
-
“Manatın məzənnəsi Mərkəzi Bankdan asılı olacaq“ - Millət vəkili
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb - Xalqı təbrik edib + FOTOLAR
-
Nazirlik “Araz Supermarket”i cərimələdi - Məhsulu üzərində göstərilən qiymətdən baha satıb
-
İşdən çıxarılan Ruslan Əliyev Badamdardakı villasını satışa çıxarıb - FOTOLAR
-
Martın 20-də geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Dünyanın ən isti yeri: burada hətta bakteriyalar belə yaşaya bilməz
-
İlham Əliyev Vladimir Putini təbrik etdi - Prezident seçkisində qələbəsinə görə
-
Xırdalan dairəsində ev adı altında tikilən obyekt restoran kimi fəaliyyət göstərəcək - FOTOLAR
-
“Bakı otis lift“ valyuta vəsaitini xaricdən geri qaytarmayıb - PROTOKOL
-
Füzuli şəhərinə daha 34 ailə yola salınıb - FOTOLAR
-
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasındadır - REYTİNQ
-
Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərlə bağlı brifinq keçirilib - VİDEO
-
Hikmət Hacıyev Pakistanın Çindəki səfiri ilə görüşüb - FOTO
-
“Putin prezident seçkilərində qalib gəldi“ - Rusiya MSK
-
Dövlətə məxsus 10 avtomobil hərraca çıxarılır – Qiymətlər 1 300 manatdan başlayır (SİYAHI)
-
Bakıda həll yolunu tapmayan səki problemi - VİDEO
-
Məktəb təhsili əlavə hazırlıqlara sövq edir? - VİDEO
-
Deputat Erkin Qədirlinin köməkçisi ölkədən qaçıb? - İDDİA
-
Əli Əsədovdan qeyri-müntəzəm sərnişin daşınması ilə bağlı QƏRAR
-
“Rusiya ilə NATO arasında müharibə mümkündür“ - Putin
-
Bakıda eyni rayon ərazisində fərqli qiymətə satılan mənzillər - ARAŞDIRMA
-
“Ukrayna üçün hərbçilərin göndərilməsi, silah və sursat təchizatı yoxdur“ - Avstriyanın XİN
-
Novruz Bayramı ərəfəsində Azərbaycana turist axını gözlənilir - VİDEO
-
“Biz onu dəyişmək istəyirdik, amma o, öldü“ - Putin
-
Lənkəranda sərnişin avtobuslarının əksəriyyəti istismara yararsızdır - VİDEO
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - FOTOLAR
-
Binəqədidə söküntü problemi: Mənzil sahibləri tikinti şirkəti ilə razılaşmırlar - VİDEO
-
“Rəsmi nikahım yoxdur“ - Vəfa Şərifova
-
“Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq” - Qurban Qurbanov
-
“Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var“ - Prezident İlham Əliyev
-
Rusiyada prezident seçkisinin ilkin nəticələri: Putin qalib gəlir
-
“Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq“ - Prezident
-
Gəncə sakinləri mavi yanacaq problemi yaşayırlar - VİDEO
-
Prezidentin NATO-nun Baş katibi ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub - VİDEO
-
Mənzil almaq istəyənlər bankların daxili ipotekasından niyə istifadə edə bilmir? - VİDEO
-
“COP-29 dönüş nöqtəsi olacaq“ - Stoltenberq
-
Dövlət Baxçalı Ərdoğana çağırış etdi - “Ayrıla bilməzsən! Türk millətini yalnız buraxa bilməzsən!
-
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
-
“Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik“ - NATO-nun Baş katibi
-
Xocavəndin əsrarəngiz Tuğ kəndi: Yeni görüntülər - VİDEO
-
Messi Argentina millisinin qarşıdakı oyunlarını buraxacaq - SƏBƏB
-
Prezident İlham Əliyevin Yens Stoltenberqlə təkbətək görüşü başlayıb - FOTOLAR
-
Ukraynaya hərbi yardım ABŞ-nin silah ehtiyatlarını azalda bilər - Ağ Ev
-
Xəzər dənizi yox olacaq? - “Proses 2050-ci ilə qədər davam edəcək“
-
NATO baş katibi Azərbaycanda səfərdədir - FOTO
-
Pravoslav kilsəsinin lideri müsəlmanların boynuna xaç asmağa çağırıb - Patriarxın qorxulu fətvası
-
“Tramp prezident olmaq üçün çox yaşlıdır” - Baydendən məzəli ittiham
-
“Hökumət inflyasiyanı birrəqəmli həddə endirəcək“ - Ərdoğan
-
“Azəriqaz“ı onlar idarə edirmiş...- Sədr müavini Cahid Hüseynovun qohumları
-
İslandiyada şəhər boşaldıldı: Turistlər və yerli sakinlər təxliyə edildilər
-
Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib - 2 nəfər imtahandan xaric edilib
-
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?
-
Dövlət Baxçalı yenidən MHP sədri seçildi - 11-ci dəfə
-
“Bitcoin” alaq, yoxsa qızıl? - ARAŞDIRMA
-
Ermənistanda narazı əhali ayağa qalxdı - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Sumqayıtda tank mərmisi aşkarlandı - FOTO/VİDEO
-
Havanın temperaturu aşağı düşəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
Moskvada hava limanları bağlandı: Ukrayna dronlarının hücumları
-
Dumanlı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
-
NATO tükənir: Pul yoxdur
-
Kiberdələduzların yeni fırıldağı: bu keçidlərə daxil olmayın! (VİDEO)
-
Zeytun yağı xilaskara çevrilir: 5 yaşınadək uşaqlarda...
-
Bakıda bu küçələrə avtomobillər buraxılmayacaq - Bu gündən qadağa qüvvəyə minib
-
Dünyanın ən böyük təyyarəsi yaradılacaq - FOTO
-
Kim Çen In hava-desant təlimlərinə qızı ilə birlikdə rəhbərlik etdi - FOTOLAR
-
“Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək” - Tramp
-
Bakı və Parisin Gürcüstanda mübarizəsi - Tbilisi vədləri, yoxsa reallığı seçəcək?
-
“Fransa Ukraynada Rusiyaya qarşı əməliyyat keçirə bilər” - Makron
-
İpoteka ilə ev alanlara sevindirici xəbər - VİDEO
-
Sudanda milyonlarla insanı dəhşətli aclıq gözləyir - BMT
-
Dövlət qulluğu vəzifələri üzrə test imtahanları keçiriləcək - DİM məlumat yaydı
-
Azərbaycanda boşanmış kişiyə fantastik məbləğdə aliment kəsildi - VİDEO
-
Ramazan ayı ilə bağlı suallara cavab: Azan oxunarkən yemək olar? - VİDEO
-
Ən dəbli məşhurlar onlardır - SİYAHI
-
Neymar haqda qorxunc proqnoz - Həkimi açıqladı
-
HƏMAS-ın Qəzzadakı atəşkəs planı məlum olub - TƏFƏRRÜAT
TOP 10
ARXİV