Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Yol qəzasına çarpayıda düşməzlər

Tarix 21.02.17, 22:08

Font ölçüsü : - / +
bitmap-img6


Bu yaxınlarda bir gənc müxalifətçi Avropaya mühacirət elədi, ordan bəyanat verib həbsdə olarkən Dövlət Təhlükəsizlik Xidməti tərəfindən zorla agent düzəldildiyindən danışdı

Daha sonra başqa bir gənc məhkəmədə hakim köməkçisi işinə düzəldi, bu isə ölkənin yetərincə aktiv, son illərin demək olar bütün etiraz aksiyalarında iştirakçı və bəzən təşkilatçı olmuş NİDA-dan çıxmışdı. Əlavə edim ki, əvvəlki agent etirafı edən gənc də NİDA üzvü olmuşdu, hətta bu üzvlüyə görə şərlənib türməyə salınmışdı.

Mən o məsələlər ətrafında “gördüün”, “bunlar elə hamısı belədir” tipli mənasız demaqoqiyaları müzakirə eləmək istəmirəm. Sadəcə bir bənzətmə ilə fikrimi bildirim.

Hesab edin ki, siz də mənim kimi iki-üç ildən bir təyyarə ilə harasa səfərə çıxan, səyahət sevməyən və üstəlik buna imkanı olmayan adamsınız. Ancaq başqa bir dostumuz var, dünyada gəzmədiyi nöqtə qalmayıb, hətta Qvatemala tipli ekzotik ərazilərə də gedibdir. Həyatı yalan olmasın, havada keçir. İndi belə bir xəyal edək: həmin adamın uçaq qəzasından ölmək ehtimalı daha çoxdur, ya sizlə mənim? Əlbəttə, onunku! Bu axı iki vur iki qədər aydın məsələdir. Özü heç bir iş görməyən, ya da işini çox passiv görən adamlar aktivlərin düşdüyü, çox vaxt da qəsdən salındığı qəzalara lağ edirlər - Anadolu türkləri demiş, gəldiyimiz nöqtə budur. 
Yol getməyən qəzaya düşməz. Hər yolun öz qəza ehtimalları da var. Bu, bizim atalar sözlərində təsvir edilmişdir: “İş igidlər başına gələr”, “İş olan yerdə nöqsan da olar” və sairə. Ancaq yuxarıda yazdığım kimi, bu demaqoqiyalara qoşulmaq istəmirəm. Məni düşündürən ayrı məsələdir.

Əgər fikir verdinizsə, adamlar dövlət orqanına agentlik etmək, gizli xəbərçilik-filan temasında müzakirə edildilər, ancaq bir nəfər jurnalistin də ağlına gəlmədi ki, həmin dövlət qurumundan buna münasibət öyrənsin! Bəlkə ağlına gələn oldu, amma belə suallara imkanların qalmadığı cəmiyyətdəyik artıq. Sözü gedən orqanın sələfi (bəlkə də xələfi - açığı, bu sözlərin ikisindən də zəhləm gedir və çox zaman qarışıq salıram, guya “atası”, “övladı” yazsaq üzüyümüzün qaşı düşəcəkdir) MTN-in Arif müəllim adlı mətbuat katibi yenə hərdən “Məlumatımız yoxdur” tipli çox “gərəkli” açıqlamalar verərdi, indi idarədən heç səs-səmir gəlmir. Düz də eləyirlər - biz kimik bizə məlumat versinlər? Biz heç kimik. Bələdiyyə kimi bir şeyik.

Bir məsələ də var ki, Azərbaycanda kiminsə harasa agentlik edib məlumat ötürməsi söhbətləri həmişə bişmiş toyuq üçün komediya teatrı müstəvisindədir. Nə sirrimiz var axı? Hansı gizli işimiz var? Müxalifətli-iqtidarlı, gəncli-qocalı, istənilən təbəqə və səviyyədən adamlarımızın sirri ola bilməz. Maşının sürət qutusunu 2-ci sürətə atanda ölkə sərhədinə çatırsan, burda nə sirr? O cümlədən, aşağıdan yuxarı, qərbdən şərqə, cənubdan şimala hər kəs üçün yelçəkər bir ərazidir.

“Əli və Nino” əsərində yazılan kimi: “İki kişinin bildiyi sirr deyil”. Biz isə nəinki iki kişilik, multikulturist bir dövlətik, qapımız hər kəsin üzünə açıqdır, hətta özümüz bəzi versiyalara görə Şərqlə Qərb arasında qapıyıq. Doğrusu, mən düşünürəm ki, hazırda dünyada xalqların bir-biri ilə ünsiyyət qurmaq çətinliyi, bunun üstündə yaranan münaqişələr elə bizim - qapının - yaxşı işləməməyimiz, daha doğrusu, möhkəm şəkildə çərçivəyə mıxlanmağımızdır. Bu qapını açmaq üstündə neçə adamımızın başı partlayıb, ancaq çox bərkdir, nə qırılır, nə açılır.

Bayaq “sələf-xələf” söhbətini qəsdən elədim. Hazırda cəmiyyətimizdə bir xeyli adam da var ki, bunların əsas dərdi “da ayrı yazılır”, “vergülü hara qoyaq” tipindədir. (Hikmət Hacızadənin 1990-cı illərdə yazdığı “Vergül” absurd pyesi təxminən bu temaya həsr edilib). 

Yoldaşlar, millətin ağzı tamam yumulub, danışmağına imkan verilmir, hətta qırıq səslər çıxardanları da zindana salırlar, burda orfoqrafiya qaydalarından, düzgün yazılışdan dəm vurmaq yüngül yazsam, gülməli deyilmi? “Da, də”ni yazmaq hüququ əldə edək, sonra ayrıdır, bitişikdir, buna gələrik. Əslində heç o zaman buna ehtiyac qalmır. 
Azad adamın yazısında “da” ayrı olanda da gözəldir, bitişik olanda da.

Zamin HACI(musavat.com)



Xəbərin oxunma sayı : 109




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap