|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Bəşəriyyətin uçan maşın sevdası reallaşır
Tarix 22.02.17, 4:33 |
|
180-lə göydə uçmaq üçün maketlər hazır, qiymətlər hazır, qalır bircə...
90-ların sonu, 2000-ci ilin əvvəllərində dünya kinematoqraflarının ən çox sevdiyi mövzu heç şübhəsiz ki, uçan maşınlar idi. İlk vaxtlar tamaşaçıları hədsiz dərəcədə təəccübləndirən bu mənzərə daha sonra adiləşdi. İndi isə artıq insanlar səbirsizlənməyə başlayıblar. Artıq filmlərdə görmək bəs etmir. İnsanlar reallıqda da onu görmək istəyirlər. Xüsusən də nəzərə alanda ki, son illər dünyanın bütün ölkələrində tıxac problemi özünün pik həddinə çatıb və insanların bir nöqtədən digər nöqtəyə çatması müşkülə çevrilib. Nədir son durum? Alimlər, işbazlar... nə üçün hələ də bu kəşfi insanlıq aləminə ərməğan edə bilmirlər?
Öncə son yeniliklərdən başlayaq. Dubayda keçirilən forumda sərgilənən “Uçan avtomobillər” artıq 2017-ci ilin iyul ayından istifadəyə buraxılacaq. Bu haqda Dubayın Matar şəhərinin Yol və Nəqliyyat İdarəsinin rəhbəri Əl-Tair (Al-Tayer) World Government Summit-dəki çıxışında bildirib. “Sürücüsüz daşıma nəqliyyat xərclərini il ərzində 22 milyard dirhəm (6 milyard dollar) azaltmağa imkan yaradacaq. Bununla yanaşı, bu növ daşıma zərərli tullantıları və yol nəqliyyat hadisələrinin sayını da azaltmış olacaq” - deyə əmir bildirib.
Əl-Tairin sözlərinə görə, avtonom nəqliyyat vasitəsi üçün ümumi qayda-qanunlar da qəbul ediləcək. Əl-Tair onu da qeyd edib ki, 2030-cu ilə Dubay avtonom nəqliyyat sahəsində “pioner” olacaq.
İlkin maketin göstəriciləri - standart sürəti saatda 100 km, maksimal sürəti 160 km
Samitdə Çin şirkəti Ehang tərəfindən istehsal edilən “avtonom uçan cihaz” (AAV) təqdim edilib. Avtomobilin uzunluğu 3.9 m, eni 4.02 m, hündürlüyü isə 1.60 m olmaqla, ümumi çəkisi 250 kq-dır (sərnişinlə 350-360 kq). Bu avadanlıq innovativ və ekoloji nəqliyyat vasitəsi olaraq sərnişinləri qısa məsafəli məkana çatdırmağa qadirdir - maksimal 30 dəqiqəlik məsafə. Standart sürətdə saatda 100 km, maksimal sürəti isə saatda 160 km-ə çatır. Yolda olan tıxac problemini dəf edə bilən maşının videosu YouTube sosial şəbəkəsində artıq yer alıb.
Hər nəqliyyat vasitəsinin xüsusi giriş açarı var. Sərnişinlər lazımi dayanacağı maşına təchiz edilmiş naviqasiya sistemində sensor displey üzərinə qeyd edə biləcəklər. İstehsalçılar bu aparatla uçuşun hamar və maksimal dərəcədə təhlükəsiz olacağını əmin edirlər.
Sözügedən avtomobil elektrik enerjisi ilə çalışır, “qanadları” isə havada olmayanda yığılaraq onu yığcam formaya gətirir. Bununla yanaşı, avtomobillərdə sürücülər olmayacaq, onu həvəskarlar da qalxış və eniş düyməsini basaraq asanlıqla idarə edə biləcəklər. Havanın pis olduğu şəraitdə isə avtomobillərin hərəkətlərini xüsusi komanda mərkəzi nəzarətə götürəcək.
Hollandiyanın “PAL-V” şirkəti dünyada ilk dəfə “Liberty” uçan avtomobillərinin satışına başlayıb."PAL-V Liberty" avtomobil yolunda getmək və uçuşlar üçün müvafiq olaraq iki mühərriklə təchiz olunub. İstehsalçılar qeyd edirlər ki, avtomobilin uçan aparata çevrilmə prosesi 5 dəqiqədən 10 dəqiqəyə qədər vaxt alır. Pərli dirək avtomatik çevrilir, ancaq sürücü quyruq hissə və əsas vintin qanadlarını özü çıxarmalıdır. Uçmaq üçün nəqliyyat vasitəsinə 200x200 metr ölçülü ərazi lazımdır.
Uçan avtomobil maksimal 3500 m yüksəklik və 180 km/saata qədər sürət yığa bilər. Tam enerji ilə yenilik 500 km-dən çox məsafə qət edə bilər. “PAL-V Liberty” yerdə hərəkətə 100 at güclü mühərriklə gəlir. Maksimal sürət 160 km/saat göstərilib, ilk yüzlüyü isə model 9 saniyəyə yığır.
Komplektasiyadan asılı olaraq maşının qiyməti 399-599 min dollar təşkil edir. Avtomobillərin böyük miqyaslı istehsalı yaxın zamanlarda başlayacaq, ilk yeni maşınlar isə sifarişçilərə 2018-ci ildə çatdırılacaq.
ABŞ-ın "Terrafugia" şirkəti hər kəsin idarə edə biləcəyi uçan avtomobillərin dizaynını hazırlayır.
Şirkət “TF-X” markalı maşını 2020-ci ildə satışa çıxarmağı planlaşdırır. Maşın-vertolyot-təyyarə qarışığı olan avtomobil ən dəbli nəqliyyat vasitələrindən biri olacaq. Karbon-fiber adlı maddədən hazırlanan uçan maşının qanadları elektriklə çalışacaq. Maşın havaya qalxdığı zaman arxasındakı qazlı motor çalışmağa başlayacaq. Hava şəraiti normal olarsa, uçan maşınla saatda 800 kilometr yol getmək mümkün olacaq. Mütəxəssislər deyir ki, bu maşınları idarə etməyi öyrənməyə 5 saat kifayətdir. TF-X markalı maşının 270 min dollara satışa çıxarılması planlaşdırılır. 2015-ci ildə hazır olması planlaşdırılan uçan maşınlar 2020-ci ildən etibarən satışa çıxarılacaq. Uçan maşına hər kəsdən əvvəl sahib olmaq istəyənlər indidən onun pulunu ödəyə bilərlər. TF-X-dən sonra Hollandiyada “PAL-V” markalı uçan idman maşınları hazırlanacaq.
"Terrafuja" firması TF-X model uçan maşınlar üzərində testlərini hazırda müxtəlif cəhətlərdən davam etdirir. 2013-cü ildən bu yana modelini daha da təkmilləşdirən şirkət artıq təyyarələr kimi qalxma əməliyyatına ehtiyac duymadan, birbaşa şaquli yuxarı qalxma və yerə enmə əməliyyatını yerinə yetirə bilən modelini təqdim edib. Təhlükəsiz qalxış üçün 33 metrlik bir sahəyə ehtiyac duyan TF-X 4 nəfərə qədər sərnişin daşıya bilir. Birbaşa yuxarı qalxması üçün modelin qanadlarında hər biri 300 at gücündə olan elektrik motorlar var. Aspiratorlu turbin motoru ilə təchiz edilmiş modelin sürəti saatda 322 km olacaq. Qalxış və eniş əməliyyatlarının avtomatik yerinə yetirilməsi üçün kompüter əsaslı sistemlə işləyən TF-X hal-hazırda Massaçusets Texnologiya İnstitutunda Wright qardaşları tərəfindən süni külək tunelində hava sürtünməsi, qalxış, eniş kimi müxtəlif aerodinamik parametrlər üzrə test edilir. Həmçinin, qalxış və eniş simulyasiyaları belə hazırlanıb. Bütün testlərin uğurlu keçəcəyi təqdirdə ilk dəfə kütləvi istifadəyə, yaxın 8-12 il ərzində verilməsi gözlənilir.
5,8 metrlik maşın yerdə saatda 105 km sürətlə, havada isə 500 km/saat sürətlə hərəkət edəcək.
Anons verirlər, amma qiyməti elan etmirlər
“Aeromobil” avtomobil kompaniyası uçan maşınların 2017-ci ildən kütləvi istehsalına başlayacaq. Bu barədə “Aktualne” məlumat yayıb.
3.0 litrlik mühərriklə təchiz olunan avtomobil 100 at gücünə malik olacaq. Maksimal sürət isə 160 km/saat olacağı qeyd edilib. Avtomobilin qiyməti barədə məlumat verilməyib.
Və sonda... Gördüyünüz kimi, dünyanın nəhəng firmaları bu istiqamətdə xeyli iş görüblər və görməkdə də davam edirlər. Və dünya da bu yeniliyin bəhrəsini görmək üçün günləri sayır.(musavat.com)
Xəbərin oxunma sayı : 346
Maraqlı
Xəbərlər
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
TOP 10
ARXİV