Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Deputat: Ermənilərə o dərsi yenidən keçməyə hazırıq

Tarix 27.02.17, 22:29

Font ölçüsü : - / +
bitmap-img6


“Cəbhə xəttində təxribatlar törətmək, Azərbaycan mövqelərinə məqsədli şəkildə hücumlar təşkil etmək, əldə edilmiş razılıqları pozmaq Ermənistana xas olan bir məsələdir”.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, son günlərdə cəbhə xəttində baş verən gərginlik ilk növbədə Ermənistanda qarşıdan gələn parlament seçkilərində əlavə siyasi dividentlər qazanmaq üçün nəzərdə tutulub:

“Amma Ermənistan yaddan çıxarır ki, bu gün onların qarşısında artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil. Dövlətimiz iqtisadi baxımdan kifayət qədər güclənib, beynəlxalq birlikdə böyük nüfuza malikdir. Bundan başqa, bu gün Azərbaycan Ordusu ən müasir texnikalara malikdir. Son günlər cəbhə xəttində törətdiyi təxribatlar Ermənistana baş ucalığı gətirməyəcək. Bütün əməllərinə, tökdüyü qanlara görə, Ermənistan cavab verməli olacaq”.

Deputat qeyd edib ki, son hadisələr göstərir ki, Ermənistan rəhbərliyi ötən ilin aprel hadisələrindən heç bir nəticə çıxarmayıb: “Əgər belədirsə, biz o dərsi yenidən keçməyə hazırıq”.



Xəbərin oxunma sayı : 97




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap