Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hərbçilərimizin meyitləri neytral ərazidən çıxarıldı

Tarix 27.02.17, 21:18

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, fevralın 24-dən 25-nə keçən gecə təmas xəttinin Xocavənd istiqatmətində hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu düşmənlə döyüşdə həlak olub.



Müdafiə Nazirliyi ermənilərin həlak olan Azərbaycan hərbçilərinin meyitlərinin qaytarılmasına hazır olduqları barədə yaydıqları məlumatlara münasibət bildirib. (APA)

Müdafiə Nazirliyindən  bildirilib ki, bu, erməni tərəfinin hadisəni spekulasiya etməsidir: “Həlak olan hərbçilərimizin meyitləri ermənilərin əlində deyil ki, onlar da cəsədləri bizə qaytarsınlar. Həmin ərazi Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Beynəlxalq vasitəçilərin orada olması isə əlavə qan tökülməməsi üçün atılan addımdır”.

Nazirlik bildirir ki, Ermənistan tərəfinin bu cür məlumatlar yayması hazırda həyata keçirilməkdə olan humanitar əməliyyatın pozulmasına yönəlmiş addımdır.  

Qeyd edək ki, bundan əvvəl ermənilər-qondarma “dqr” rejimi döyüş meydanında qalan Azərbaycan hərbçilərinin meyitlərini qaytarmağa hazır olduqlarını açıqlayıblar. 



Xəbərin oxunma sayı : 1477




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap