Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İşıqpulu borcuna görə 117 saylı bağçada uşaqlar soyuqdan donur

Tarix 28.02.17, 0:18

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Yasamal rayonunda 117 saylı uşaq bağçasının elektrik enerjisi borca görə kəsilib. Körpələr soyuqdan donmamaq üçün otaqlarda üst geyimləri ilə əyləşiblər. Bu barədə virtualaz.org-a valideynlər məlumat veriblər.

Onların sözlərinə görə, uşaq bağçasında istilik sistemi yoxdur, bağça elektrik enerjisi ilə qızdırılır. Borc səbəbindən bu gün səhər saatlarından elektrik enerjisi kəsildiyindən uşaqların bağçada qalmasını mümkünsüz olub. Müəllimlər bir-bir valideynlərə zəng edərək uşaqlarını bağçadan aparmalarını xahiş ediblər.

“Bağçaya təhlükəsizliyə görə qaz verilmir, elektriklə qızdırılır. Bu gün də elektriki kəsiblər. Müəllimə zəng elədi, gedib uşağı götürdüm. Uşaqlar hamısı soyuqdan donmuşdu, otaqda palto ilə oturmuşdular. Elektrik olmadığına görə, onlara isti çay da verməyiblər”, - deyə valideyn qeyd edir.



Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. Səhmdar Cəmiyyətin rəsmisi bildirdi ki, həmin uşaq bağçasına elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi üçün ötən həftənin cümə günündən xəbərdarlıq olunub, borcun qarşıdakı iki gün ərzində ödənilməyəcəyi təqdirdə elektrik enerjisinin verilməsinin dayandırılacağı haqda bildiriş verilib.

“Biz əvvəlcədən onları xəbərdar etmişdik ki, elektrik enerjisinin verilməsi bazar günündən dayandırılacaq. Çünki bağçada körpə uşaqların olduğunu nəzərə alıb belə vaxt seçdik ki, elektrik enerjisinin kəsilməsi bağçanın işləmədiyi gündən başlasın. Bütün borclular istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borcu vaxtında ödəməlidir, borcların ödənilməsinin gecikdirilməsi bizim maliyyə-təsərrüfat fəaliyyətimizə problem yaradır. Həmin uşaq bağçası hansı təşkilatın tabeçiliyindədirsə təbii ki, yaranmış borcun ödənilməsi də onların üzərindədir”-T.Mustafayev deyib.

Borcun niyə vaxtında ödənməməsi və uşaqların soyuqda qalmasına aydınlıq gətirmək üçün 117 saylı bağçaya və Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə zəng vursaq da, telefon zənglərimizə cavab verən olmadı.

Qeyd edək ki, 117 saylı 12 qruplu uşaq bağçası 1966-cı ildən fəaliyyət göstərir.




Xəbərin oxunma sayı : 67




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap