Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Şabranda torpaq sürüşməsi: 5 evə ziyan dəyib

Tarix 28.02.17, 1:25

Font ölçüsü : - / +
bitmap-img6


Şabran rayonununda torpaq sürüşməsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Qazbabalı kəndində qeydə alınıb. Kənd icra nümayəndəsinin sədr müavini Fürsət Təhməzov həmin kənddə yaşamağın təhlükəli olduğunu bildirib: "Son günlər aramsız yağan yağış və qar sürüşmə prosesini aktivləşdirib. Təbii fəlakət nəticəsində beş evə ziyan dəyib və kəndə gedən yol dağılıb. Sürüşmə zamanı kənd sakinləri - Yehya Əliyev, Əlikram Əliyev, İmaməddin Əliyev, Faiq Əliyev və Naziyyət Mirzəyevaya məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərdə çatlar əmələ gəlib və yaşamaq mümkün olmadığı üçün ailə üzvləri qohumlarının evlərində məskunlaşıblar".

Qeyd edək ki, Qazbabalı kəndi rayon mərkəzindən 12 kilometr aralıqda yerləşir. Kənddə 80 təsərrüfat var. Rayon mərkəzi ilə kəndi birləşdirən yeganə yol sürüşmə nəticəsində tamamilə dağılaraq sıradan çıxıb.





Xəbərin oxunma sayı : 82




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap