|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
`Lənkəranın taleyində Taleh Qaraşovun “izi” haqda müdhiş - Faktlar`
Tarix 28.02.17, 5:18 |
|
Mərkəzi Qala küçəsində yol üstü, Nizami kinoteatrının yeri, uşaq xəstəxanasının binası, gimnaziyanın həyəti, Şilavar torpaqları satılıb.
Lənkəran taleyində Taleh Qaraşov qədər rayonu tar-mar edən ikinci icra başçısı görməmişdi. Hətta indi Süleyman Mikayılova şükür edən rayon sakinləri hazırkı icra hakiminin əməllərindən cana doyub. Çünki Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar.
Elə axırıncı dəfə Lənkəran rayon Mərkəzi Xəstəxanasının qabağı satılıb. “Gündəm-Xəbər”ə verilən məlumatda deyilir ki, icra başçısının sərəncamı ilə satılan yerdə aptek, dükan və s. iaşə obyektləri tikilir. Səhiyyə Nazirliyi də təsdiqləyib ki, ərazinin satan tərəf Lənkəran RİH-dir. Azərbaycanın heç bir bölgəsində xəstəxanaya gedən yolun qabağı satılmayıb. Ona görə də lənkəranlılar T.Qaraşov kimi icra başçısı görməkdiklərini qeyd edirlər. Onların sözlərinə görə, rayonda boş yer qalmayıb. Ərazinin neçəyə satıldığı bilinməsə də, ortda böyük bir məbləğ olduğu məlumdur. Xəstəxana şəhərin mərkəzi küçələrindən birində yerləşir. Bu yol iki istiqamətdə həm Şəhidlər Xiyabanına, həm də Lənkəran RİH-nin qarşısına qədər aparır. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısı satılandan sonra ərazidə nəqliyyatın hərəkəti iflic olub Sakinlərin verdiyi məlumata görə, tikinti meydançasına çevrilmiş tibb ocağının qabağında hərəkət etmək mümkün deyil. Hazırda xəstəxananın önündə şıdırğı tikinti işləri gedir və redaksiyamıza göndərilən fotolarda da bu fakt öz əksini tapıb.
Lənkəranın icra başçısı Taleh Qaraşov analoqsuz bir hadisəyə imza atmaqla cənub şəhərinin yaddaşında qalıb. İlk icra hakimidir ki, xəstəxananın qabağını da satır. Bir müddət əvvəl tikinti işləri dayandırılmışdı və səbəb mətbutatın yazması idi. Elə ki sakitlik çökdü, təzədən iş başlandı. Nəticədə nəqliyyatın hərəkəti çətinləşib, gediş-gəlib mümkünsüz olub. Satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir. Xəstəxananın həyətindən kənar hissəyə rəhbərlik cavabdeh deyil. Həmin ərazini yerli icra hakimiyyəti sata və ya icarəyə verə bilər. “Gündəm-Xəbər”ə verilən məlumatda deyilir ki, T.Qaraşov Qala deyilən mərkəzi küçədə yol üstünü satıb və iki mərtəbəli bir bina tikilib. Bundan başqa, Nizami kinoteatrının binası da sökülüb və yerində tikinti aparılıb. Eyni zamanda Lənkəran uşaq xəstəxanasının binası satılıb və yerində hotel-restoran tikilib. Bu binanın özəlləşdirilməsində deputat Hadı Rəcəblinin adı keçir. Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır. İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır. Üstəlik, dotasiyaların kəsilməsi Lənkəran RİH-ni kasıblaşdırıb və icra başçısı çıxış yolunu daxili resursların xərclənməsində görür. Taleh Qaraşov rayondakı bütün əraziləri peşkəş etdikdən sonra Xarici Dillər Təmayüllü Gimnaziyanın ərazisinə göz dikib. Məktəb rəhbərliyinə isə meydançadan istifadə etmək qadağan edilib.
Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda stadionun ərazisi hasara alınacaq, təmir işlərinə start veriləcək. Bundan sonra da həmin stadion özəl obyekt kimi yüksək məbləğdə icarəyə veriləcək. Sözügedən təhsil ocağının stadionu təqribən 1 hektar sahəni əhatə edir. Gimnaziya ərazisinin isə satışa çıxarılması və təhsil zərbə vurulması Qaraşovun Lənkərana münasibətinin göstəricisi hesab edilir. Əhali həm sosial problemlərdən, həm məmur özbaşınalığından, həm yaşıllıqların məhvindən cana doyub. Uzun müddət Lənkəranın Böyük Bazar yolunun bərbad olması haqda yazıldı. Nəhayət, başdansovdu olsa da yol düzəldildi. Gələn xəbərlərə görə, icra başçısı yolun təmirində də əlini cibinə salmayıb. İddialara görə, bu vəzifəni Lənkəran RMX-nın baş həkiminin boynuna qoyublar və yazıq öz hesabına yolu düzəltdirib.
“Gündəm-Xəbər”ə verilən məlumatda deyilir ki, bir neçə il Neftçala və Astara rayonlarında icra başçısı olan, bu illər ərzində daşı daş üstünə qoymayan Taleh Qaraşov indi Lənkəranda eyni əməllərini davam etdirməkdədir. Əslində Taleh Qaraşovun rayonları hansı sistemlə idarə etdiyi, daha doğrusu nə etməık istədiyi heç kimə bəlli deyil. Hələ Neftçalada olarkən torpaqları kimə və neçəyə gəldi satan T.Qaraşov indi bu əməlini Lənkəranda da davam etdirir. Əlbəttə, sonluq Neftçalada olduğu kimi, Lənkəranda da onu qətiyyən maraqlandırmır. Mətbuatda yayılan xəbərlərə görə, Qaraşov indi də Lənkəradakı limon və narıngi bağlarına əl qoyub. İnsanların ata-babalarından qalan bu bağların plana düşdüyünü deyən icra başçısı bağ sahibləri ilə “razılaşmaq” istəyir. Məlumata görə, bu günə kimi, hektarlarla limon və narıngi bağları ələ keçirən T.Qaraşov indi sayı bir qədər də artıqmaq istəyir. Buna etiraz edən bağ sahiblərinə isə elə bir şərait yaradılır ki, onlar bağdan yararlana bilmirlər. Nəticədə hektarlarla bağlar məhv olur.
Qaraşov Taleh Azay oğlu 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirib. İxtisası inşaatçı-mühəndis və Politoloqdur. T.Qaraşov demək olar ki, bütün həyatı boyu vəzifələrdə olub. Həm Mütəllibov, həm Elçibəy, həm Heydər Əliyev, həm İlham Əliyevin prezidentliyi dövründə vəzifədə işləyib.1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı “Şirvanmeliosutikinti” trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı olub.1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri işləyib. 1991-1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı çalışıb.2011-2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezidentin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ailəlidir, 3 övladı var.
“Gündəm-Xəbər”ə yada salır ki, bir müddət əvvəl Taleh Qaraşov icra hakimiyyətinin binası qarşısındakı xiyabanı dağıtmaqla gündəmə gəlmişdi.Həmin vaxt mediada dərc olunan məlumatlardan aydın olurdu ki, icra başçısının göstərişilə nadir ağaclar kütləvi şəkildə məhv edilir. Kəsilən ağacların yerində isə ticarət obyektləri tikilir. Ekologiya və Təbii Sərvətlər Hazirliyi də xiyabanın məhv edilməsinin qanunsuz olduğunu bildirmişdi. Lakin bununla belə Taleh Qaraşov bu qanunsuzluğu dayandırmamışdı. İş o yerə çatdı ki, Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondununu vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi etdiyi İDEA təşkilatı məsələyə qarışdı. Təşkilat üzvləri Lənkəranda məsələ ilə bağlı araşdırma apardıqdan sonra mediaya məlumat verildi ki, Lənkəranın hakimiyyət orqanları kəsilən ağacların yerində yeni ağaclar əkməyə və burada ticarət obyektlərinin tikintisinin qarşısını almağa söz veriblər.Onu da xatırlatmaq yerinə düşər ki, Lənkəranda kanalizasiya sisteminin qurulmasına da ayrılan vəsait mənimsənilib. Məlum olub ki, rayon icra başçısı Taleh Qaraşov bu layihənin icrasına ayrılan büdcə pullarının taleyini həll edib. Hələ bir neçə il bundan qabaq dövlət büdcəsindən vəsait ayrılsa da şəhər üçün lazımlı olan bir sistem hələ də öz həllini tapmayıb. Halbuki, rayon rəhbərliyi bir vaxtlar şəhər sakinlərinin bərbad kanalizasiya sistemindən şikayətçi olduqlarını, mərkəzi küçələrdə səngər kimi qazılan, əsl müharibə şəhərlərinə bənzəyən istehkamların tezliklə aradan qaldırılacağını dilə gətirirdi, rahatsız olmağa əsas yoxdur, yeni su və kanalizasiya sistemi 2014-də hazır olacaq, deyirdi. Şəhər sakinləri qeyd edirlər ki, yağmurlu region olduğuna görə burada yağışdan sonra Lənkəran su altında qalır. Çirkab sular və tullantılar şəhərin küçələrinə tökülür. Əhalini yağış sularının axması üçün çoxdan qazılmış açıq xəndəklər xilas edir. Lənkəran şəhər İcra Hakimiyyətinə su təchizatı və kanalizasiya sisteminin qurulması istiqamətində 2011-ci ilin avqustunda 210 milyon manatlıq layihə təqdim olunub. Bu işin 2014-cü ildə yekunlaşması nəzərdə tutulub. Amma heç bir iş görülməyib. Lahiyəyə görə yollar qazılıb tökülsə də layihənin icrasına başlanılsa da işlər yarımçıq qalıb. Bu işin çətin proses olduğunu görən Lənkəran RİH-nin başçısı Taleh Qaraşov göstəriş verib ki, şəhərin küçələrində kanalizasiya üçün qazılan xəndəklər torpaqlansın.
Bütün bu iddialar və problemlərlə bağlı Lənkəran RİH-nin mövqeyini dərc etməyə, reportaj hazırlamağa, icra başçısından müsahibə almağa və tam aydınlıq gəlməsinə hazırıq.
Xəbərin oxunma sayı : 856
Sosial
Xəbərlər
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
-
Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
-
“Liverpul“la fəxr edirəm“ - Pep Qvardiola
-
Azərbaycanda yenidən zəlzələ ola bilərmi? - RƏSMİ
-
Yollar Zəngəzura aparır - VİDEO
-
Meteohəssas insanlarda narahatlıq hissi yarana bilər - Sabahın havası
-
Əhaliyə ən çox hansı banklar kredit verib? – Tam siyahı
-
Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? - VİDEO
-
Aygün və Namiq toyda hərəkətləri ilə diqqət çəkdilər - VİDEO
TOP 10
ARXİV