|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Qərb Qarabağda sülh istəyir, amma əvəzində...
Tarix 10.03.17, 14:21 |
|
Minsk Qrupunun keçmiş həmsədri Ceyms Uorlikin tənzimlənəmənin zəruriliyi barədə verdiyi açıqlama yeni suallara yol acıb; politoloq: “Azərbaycana qarşı təzyiqlər var...”
Qarabağ danışıqlarının dalana dirəndiyi bir ərəfədə ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Ceyms Uorlikin tənzimlənmənin zəruriliyi barədə verdiyi açıqlama yeni suallara yol acıb.
Həmsədrlik fəaliyyəti dövründə daha çox “turist” funksiyasını yerinə yetirən, işğala son qoyulması ilə bağlı prinsipial mövqe sərgiləmək əvəzinə, bölgəyə səfəri zamanı Kəlbəcərə yağan qar haqqında sentimental fikirlərini bölüşən diplomatın “dilinin indi açılması” maraqlıdır.
Düzdür, C.Uorlik elə də sensasiyalı açıqlama ilə çıxış etməyib. Ancaq hər halda, onun öz funksiyasını başqa həmkarına ötürməsindən sonra Qarabağ cəbhəsində baş verən gərginliklərə reaksiya verməsi təsadüfə də bənzəmir. “Amerikanın Səsi”nə müsahibəsində o deyib ki, Azərbaycan və Ermənistan prezidentləri xalqlarını sülhə hazırlamalıdırlar. “Anlamaq zəruridir ki, Dağlıq Qarabağın statusu müzakirə edilməlidir, lakin bununla birlikdə, ərazilərin Azərbaycana qaytarılmasından danışmaq lazımdır. Hər iki prezident irəli getməyə hazır olmalıdır. Hər ikisi - yalnız biri, yaxud digəri sülhün vaxtının çatmasına qərar verməməlidir. Sülh isə risklə bağlıdır” deyə, Uorlik əlavə edib.
Diplomatın prezidentlərə xitabən xalqları sülhə hazırlamaq çağırışı etməsi də yenilik deyil. Bundan əvvəl də belə çağırışların şahidi olmuşuq. Lakin amerikalı diplomat yenə də ənənəsinə sadiq qalaraq işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyub ki, bu da qəbulolunmazdır.
“Mən insanları eşitmək istərdim, çünki Ermənistanda və Azərbaycanda insanlar hesab edirlər ki, sülhün və prezidentləri tənzimlənmə yolu ilə getməyə vadar etməyin vaxtı çatıb” - deyən Uorlik əlavə edib ki, onun təəssüratlarına görə, Ermənistan və Azərbaycan liderləri münaqişənin bərpasının çox təhlükəli olmasını dərk edirlər. “Bu günə kimi də məlum deyil ki, Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində nə baş verir. Belə ki, kimin ilk atəşi açması barədə dəqiq məlumat verəcək müstəqil informasiya qaynağı yoxdur. Ötən ilin aprelində çoxsaylı itkilər olmuşdu, bu günə qədər də qurbanların dəqiq sayı məlum deyil” deyə, Uorlik bildirib.
Onun sözlərinə görə, “status-kvo”nun qorunub saxlanması sülhə gətirməyəcək. “Status-kvo” qeyri-sabitdir, o, müharibə təhlükəsini daha inandırıcı edir, sülh isə regionda hər şeyi dəyişəcək. Bu, Ermənistana yeni imkanlar açacaq, iqtisadi artıma səbəb olacaq" deyə, Uorlik əlavə edib. Keçmiş həmsədr hesab edir ki, tənzimlənmə yolunda əsas maneə tərəflərdə siyasi iradəsinin çatışmamasıdır.
Amerikalı diplomat sülh hazırlıqlarından bəhs edərkən ən azı Bakıda təsis olunan, ermənilərin də iştirak etdiyi “Ermənistan-Azərbaycan Sülh Platforması”ndan bəhs etməli idi. Göründüyü kimi, Azərbaycan rəhbərliyi yenə də sülhə sadiqdir və İrəvandan qaçan erməni fəalların Bakıda fəaliyyətinə, onların erməni xalqına, Qarabağdakı hərbçilərə sülhü dəstəkləmək, silahı yerə qoymaq üçün çağırış etmələri üçün efir imkanı yaradıb. Lakin həmsədrlər, beynəlxalq təşkilatlar kimi, C.Uorlik də bu mühüm faktı “unudub”.
Ermənistan prezidenti isə yenə də o fikirdədir ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməz . Serj Sərkisyanın seçki ərəfəsində gah müharibə bəyanatı verməsi, gah da sülhdən bəhs etməsi isə yalnız daxili auditoriyaya hesablanıb.
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Uorlik hazırda prosesdə iştirak etmədiyi üçün daha açıq danışır: “Keçmiş həmsədrin açıqlamasını bütövlükdə Qərbin, o cümlədən Birləşmiş Ştatların mövqeyi kimi qəbul etmək doğru olmazdı. Unutmaq lazım deyil ki, Ceyms Uorlik həmsədrliyə Obamanın prezidentliyi dövründə gətirilmişdi və o, öz fəaliyyətində sabiq prezidentin komandasının Cənubi Qafqazla bağlı siyasətinin əsas elementlərini də nəzərə alırdı. İndi ABŞ-da hakimiyyətdə Donald Trampdır və onun komandasının Cənubi Qafqaz siyasətinin bütün detalları aydın olmasa da, hər halda, Obamadan fərqli olduğu şübhəsizldir. Bu baxımdan, indi Uorlikdən daha çox, yeni həmsədr Riçard Hoqlandın deyəcəklərini nəzərə almaq daha doğru olardı”.
Siyasi təhlilçinin qənaətinə görə, Uorlikin yanaşmasında onun korporativ maraqları da yer alıb: “Adətən ABŞ diplomatları postlarını tərk etdikdən sonra lobbiçilik fəaliyyəti ilə də məşğul olurlar. Hər halda, yaxın zamanlarda Uorlikin ermənilərlə işbirliyində olduğu ortaya çıxarsa, bundan təəccüblənmək lazım deyil. Sabiq həmsədrin Dağlıq Qarabağın statusu ilə bərabər Azərbaycan torpaqlarının işğaldan azad edilməsini də dilə gətirməsi manipulyativ xarakter daşıyır və birmənalı olaraq Ermənistanın mövqeyini ifadə edir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi aydındır. Dağlıq Qarabağın statusu yalnız işğalçı qüvvələr geri çəkildikdən və məcburi köçkünlər öz yaşayış yerlərinə qayıtdıqdan sonra müəyyənləşə bilər. Uorlik status və torpaqların geri qaytarılması ilə bağlı müzakirələrin eyni vaxtda aparılmasını dilə gətirməklə münaqişənin paket həllinin vacibliyini önə çəkir ki, bu da rəsmi İrəvanın mövqeyini ifadə edir. Münaqişənin paket həlli isə o zaman mümkün ola bilər ki, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar bölgə statusunu qəbul etsin və bununla bağlı öz üzərinə müvafiq öhdəliklər götürsün”.
E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycana qarşı təzyiqlər var və hər zaman da olacaq: “Amma bu, ölkəmizin təzyiqlər qarşısında geri çəkiləcəyi anlamına gəlməməlidir. Azərbaycan prezidenti torpaqlarımızın bir qarşının da Ermənistana verilməyəcəyini ən yüksək beynəlxalq tribunalardan dəfələrlə bəyan edib. Paris görüşünün isə Uorlikin açıqlaması ilə hər hansı bir formada əlaqəli olduğunu düşünmürəm. Ceyms Uorlik provakator kimi danışıb və onun açıqlamaları daha çox ictimai rəyə hesablanıb. Uorlik deyir ki, ”Ermənistanda və Azərbaycanda insanlar hesab edirlər ki, sülhün və prezidentləri tənzimlənmə yolu ilə getməyə vadar etməyin vaxtı çatıb". Göründüyü kimi, Uorlik “vadar etməkdən”, yəni təzyiq göstərməkdən danışır. Sabiq həmsədrin açıqlamasında təhdid və ictimai təzyiqə çağırış elementləri var. Uorlikin Azərbaycanda kimlərin fikirlərinə əsaslandığını bilmirəm. Ola bilsin ki, Uorlik Azərbaycandan kənarda yaşayan, yaxud xarici qüvvələrin nüfuz müvəkkilliyini yerinə yetirən hansısa 1-2 satqınla bu barədə danışıb. Amma Azərbaycan vətəndaşlarının 99,9 faizi torpaqların bir qarışının belə güzəştə gedilməsini istəmir və bu məsələdə siyasi hakimiyyətə açıq dəstək verir. Bu yanaşmanın nə zamansa dəyişə biləcəyini də düşünmürəm".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Uorlikin açıqlamasında yeni heç nə yoxdur: “O, həmsədr olanda da Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması gərəkliyini bir neçə dəfə təkrarlamışdı. Uorlik ”status-kvo"nun da bölgədə gərginliyi azaltmadığını söyləmişdi. Ancaq o, budəfəki dediklərinə “status da müzakirə olunmalıdır” cümləsini əlavə edir. Erməni separatçıları da Uorlikin və ya Rusiyanın xarici işlər naziri Sergey Lavrovun eyni tip açıqlamasını əllərində rəhbəri tutaraq “rayonların boşaldılması əvəzinə status” formulunu irəli sürürlər. Bu formul isə Azərbaycanın maraqlarına cavab vermir. Dağlıq Qarabağın statusu sonrakı mərhələnin müzakirə predmetidir. Uorlik indi həmsədr deyil və Dağlıq Qarabağla bağlı fikirlərini sərbəst şəkildə ifadə edir. Ancaq indi onun dediklərinin çəkisi yoxdur. O, həmsədr olan dövrdə tərəflərin mövqelərini uzlaşdırmağa çalışmalı idi". E.Şahinoğlu qeyd etdi ki, masa üzərindəki danışıqların hazırkı durumu sülhü yaxınlaşdırmır: “Ona görə də cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalacaq. Bunu Ermənistan prezidenti Serj Sərkisyan da anlayır. Təsadüfi deyil ki, Ermənistan prezidenti son müsahibəsində müharibənin hər an başlaya biləcəyini deyib. Sərkisyan haqlıdır, belə vəziyyətdə toqquşmaların davamı labüddür”.
Ekspertin sözlərinə görə, Uorlik və digər Qərb diplomatların formulu Rusiyanın formulundan fərqlənmir: “Ermənistan işğal altında saxladığı 7 rayonu mərhələ-mərhələ boşaltsın, bunun əvəzində Azərbaycan yaxın gələcəkdə Dağlıq Qarabağın müstəqilliyinə razılaşsın”. Azərbaycan heç zaman bu formulu qəbul etməyəcək. Yeganə güzəşt Dağlıq Qarabağa aralıq statusun verilməsidir ki, bu həm Azərbaycanın, həm Dağlıq Qarabağda yaşayan ermənilərin, həm də Ermənistanın maraqlarına zidd deyil".
Ermənistan prezidenti Serj Sərkisyanın Parisdə Fransa prezidenti Fransua Ollandla görüşü və müzakirə predmetidir. Rəsmi məlumata görə, tərəflər ikitərəfli münasibətlər, beynəlxalq vəziyyətlə yanaşı, Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə ediblər. “Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Fransa ABŞ və Rusiya ilə birgə Minsk Qrupunun həmsədridir. Biz son zamanlar baş verən insidentlərin təkrarlanmaması və münaqişənin siyasi yolla həllində maraqlıyıq”, deyə S.Sərkisyanla görüşün yekunlarını şərh edən F.Olland bildirib. (APA) Hər halda, Parisin münaqişənin həllinə nə dərəcədə “töhfə” verə biləcəyini Ollandın ötən ay ermənilərlə görüşündə sərgilədiyi mövqe də “isbatlayır”. Həmin toplantıda Olland Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə hüququ”ndan danışmaqla əslində tərəf olduğunu ortaya qoydu. Bir neçə gün sonra isə Azərbaycan prezidentinin də Parisə səfəri gözlənilir. Bu mənada Qarabağ danışıqlarında Parisin təşəbbüsü ələ aldığı görüntüsü yaranır. Ancaq Rusiya prosesləri diqqətlə izləyir. Bir neçə gün əvvəl Azərbaycan XİN başçısı Elmar Məmmədyarov rusiyalı həmkarı ilə görüşdü və nikbin hansısa açıqlaması olmadı. Martın 14-də S.Sərkisyan Moskvaya səfər edəcək.
Politoloq Elçin Mirzəbəyli də hesab edir ki, Paris görüşlərindən münaqişənin həlli ilə bağlı ciddi nə isə gözləməyə dəyməz: “Ola bilsin ki, danışıqlar prosesində müəyyən dinamika yaransın. Amma bu dinamika yalnız Ermənistanda keçiriləcək seçkilərdən sonra və Rusiyanın iştirakı ilə yarana bilər. Nə ABŞ, nə də Fransa bugünkü geosiyasi reallıqlar müstəvisində Dağlıq Qarabağ münaqişəsinə həlledici təsir imkanlarına malik deyillər”.
E.Şahinoğlu da bu fikirdədir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycan və Ermənistan prezidentlərinin Parisə səfərləri ciddi əhəmiyyət kəsb etmir: “Birincisi, Fransanın hazırkı prezidenti Fransua Olland təxminən bir aydan sonra dövlət başçısı vəzifəsini daşımayacaq. Fransada apreldə prezident seçkisidir və başqa siyasətçi ölkəyə rəhbərlik edəcək. Odur ki, Fransua Olland istəsə belə, bir ayda Dağlıq Qarabağ münaqişəsinin həllinə yenilik gətirə bilməz. Ona görə də Ermənistan, ardından isə Azərbaycan prezidentinin Fransaya səfərləri faktiki Fransua Ollandla sağollaşmaq mahiyyəti daşıyır. İkincisi, Azərbaycan və Ermənistan prezidentlərinin Parisə səfərləri daha çox iqtisadi amillərlə bağlıdır. Ermənistan prezidenti Parisdə fransalı iş adamları ilə görüşüb. Eyni görüşü Azərbaycan prezidenti də həyata keçirəcək. Sadəcə, fərq ondadır ki, Ermənistanın indiki ağır vəziyyətində Fransa iş adamları cazibədar nəsə təklif edə bilməz. Azərbaycan isə böyük layihələrin iştirakçısı olduğundan fransalı iş adamlarının investisiyalarına gəlir imkanları saxlaya bilər”.
Aprelin 2-də Ermənistanda parlament seçkiləri baş tutacaq. Seçkilərin önəmi ölkənin ötən il dekabrın 6-da yeni konstitusiya qəbul etdikdən sonra parlament respublikasına keçməsi ilə bağlıdır. Yəni seçkilərdə qalib gələn siyasi partiya geniş səlahiyyətlərə malik olacaq və faktiki olaraq yaxın 5 il ərzində ölkənin gündəmini müəyyən edəcək.
Xəbərin oxunma sayı : 154
Analiz
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV