Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“8 ildir ki, gecə həyatım yoxdur” - Zamiq

Tarix 14.03.17, 20:52

Font ölçüsü : - / +
bitmap-img6


Zamiq hər zaman düşünüb danışdığını deyib

"Baxmıram, eşitmirəm. Mən ağıllı insanam. Hər addımımın cavabını bilirəm, iki gün öncədən fikirləşirəm. Geyimimi də, danışığımı da düşünürəm. Zamiq öz yaşayışını, nə yeyib, nə içdiyini bilən insandır. Bu, dünən, bu gün yaranmayıb ki...".

Axşam.az-ın məlumatına görə, “Şou-məkan” proqramının növbəti qonağı müğənni Zamiq Hüseynov olub.

Zamiq hər zaman düşünüb danışdığını deyib:

“Harasa gedəndə bilmirik ki, nə danışacağıq. Hər zaman fikirləşirəm ki, bir balaca da olsa, heç kimin xətrinə dəyməyim. Səbrim tükənəndə çox pis olur. Mən öz ətrafıma da deyirəm ki, ən son nöqtəyə kimi səbrli olmalıyıq”.

İfaçı sevgidən də söz açıb:

“Sevgi elə bir şey deyil ki, ömürlük olsun. İnsanıq sevirik, olmur, yenidən sevirik, olacaq yenidən sevəcəyik. Xoşuma gələn insan var. Ancaq tam o sevgini hiss etmirəm. Hiss edəndə elan eləyəcəm.

Mən hamı ilə ünsiyyətdə ola bilmirəm, çox adam görmürəm. Tədbirlərə, məclislərə gedirəm, mən adam görmürəm. İşim ancaq oxumaqdı. Başım musiqiyə qarışır. Mən klublara, kütləvi yerlərə getmirəm. 8 ildir ki, gecə həyatım yoxdur. Ola bilsin ki, hansısa tədbir olsun, ordan evə gec gəlim, ancaq gedim gecələr oturum, səhərə qədər vaxtımı orda keçirim olmur. Bir vaxtlar olurdu, uşaqlıq idi..."



Xəbərin oxunma sayı : 208




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap