Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanın futbol bataqlığı... - Milyonlar necə gömülür...

Tarix 27.03.17, 17:04

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycanda təkcə iki klubun – “Qarabağ” və “Qəbələ”nin AFFA-nın “barmağı” olmadan fəaliyyət göstərdiyi məlumdur. 

Hər iki klub rəhbərlərinin şəxsi imkanları sayəsində inkişaf edir. Yeniçağ.az iş adamı Abdulbari Gözəlin klubu “Qarabağ” və Tale Heydərovun rəhbəri olduğu “Qəbələ”nin qapıçılarına xərclədiyi pulun məbləği ilə bağlı bəzi məlumatlar əldə edib.

Bu gün “Qəbələ”də əsas komandada 2 qapıçı var: ukraynalı Dmitri Bezotosni və polşalı David Pietrzkieviç. Klub ukraynalı qapıçı üçün təxminən 800 min dollar, polşalı qolkiperə isə 200 min dollar xərcləyib. Tale Heydərovun hər iki “çərçivə” qoruyucuları üçün xərclədiyi pulun ümumi məbləği təqribən 1 milyon dollardır.

Azərbaycanın futbol BATAQLIĞI...

Abdulbari Gözəlin rəhbəri olduğu Ağdam təmsilçisində isə 3 qapıçı var. Onlardan ən əsası İbrahim Sehiçdir. Bosniya və Herseqovinalı Sehiçdən başqa komandada köməkçi iki qapıçı isə Boyan Şaranov və Şahruddin Məhəmmədəliyevdir.

“Qarabağ”lılar Sehiçi 2013-cü ildən heyətlərinə qatıblar. Onun komandada qalması üçün təxminən 900 min dollar xərcləndiyi deyilir.

Bir ildir ki “Qarabağ”da olan serbiyalı Şaranov üçün 600 min dollar, yerli ehtiyat qapıçı Məhəmmədəliyevə görə isə 100 min manata yaxın pul ödənilib. Ümumi məbləğ isə 1 milyon dollardan çoxdur.

Beynəlxalq futbol yarışlarında Azərbaycanın üzünü ağardan komandaların da məhz “Qarabağ’ ilə “Qəbələ” olduğunu nəzərə alsaq, verilən pulun boşa getmədiyini görmək mümkündür. 



Xəbərin oxunma sayı : 181




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap