Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ayda nəhəng yeraltı tunellər tapıldı

Tarix 28.03.17, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Yapon alimləri Ayda nəhəng yeraltı tunel aşkarlayıblar. Onlar çoxkilometrli keçidi Kagula aparatının apardığı çəkilişlərin köməyi ilə müəyyən ediblər.

Trend Sputnik-ə istinadən xəbər verir ki, hələ 2009-cu ildə alimlər Yerin təbii peykindəki “Marius hills”in (Marius təpələri) platosundakı çuxurların öyrənilməsinə başlayıblar. Sözügedən tunel də elə həmin platonun öyrənilməsi zamanı üzə çıxıb.

Daha sonra NASA-nın Gravity Recovery and Interior Laboratory missiyası sözügedən rayonda qravitasiya anomallığı müşahidə edib. Bu anomallıq isə Ayın səthi altındakı böyük boşluqlardan ibarətdir. Alimlər həmin tunelə Ay çuxurları adlandırılan yerlərin tədqiqatı prosesi zamanı gedib çıxıblar. Alimlər hələlik o tunelin nəyi ehtiva etdiyini tam əminliklə ayırd edə bilməyiblər. Onların bir neçə variantı var: lava kanalları, maqma çıxışları və yaxud üfüqi keçid.

Lakin mütəxəssislər hesab edirlər ki, sözügedən tunellərdən insanların ilk yaşayış yeri kimi istifadə oluna bilər. Bu sığınacaq radiasiya və yüksək temperaturdan müdafiə üçün yararlıdır.

“Onlar gələcək yaşayış üçün əsaslar sırasına daxil edilə bilər” – deyə alimlər Lunar and Planetary Science-ın 48-ci konfransında bildiriblər. “Populyar mexanika” nəşrinin yaydığı məlumata görə, ekspertlərin Aydakı tunellərlə bağlı başqa versiyaları da var. Həmin versiyalara görə, sözügedən tunellər insan yaradıcılığının məhsuludur.

“Böyük ehtimalla yad planetlilər çoxdandır Ayda məskunlaşıblar və sözgedən tunelləri də orada möhkəmlənmək və hərbi bazalarını yerləşdirmək məqsədilə salıblar” – deyə ekspertlər bildirib.

Qeyd edək ki, 1971-ci ildə astronavt Devid Skott ABŞ-ın bayrağı altında Aya uçub. Həmin bayraq isə satış üçün hərraca çıxarılıb.



Xəbərin oxunma sayı : 109




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap