Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hafiz Məmmədov “Bakı“nın keçmiş bazasını, axır ki, geri ala bildi!

Tarix 29.03.17, 6:15

Font ölçüsü : - / +
bitmap-img6


Bu mövsümdən həvəskarlar liqasında çıxış edən "Bakı" liderlər qrupundadı. Qeyri-adi hadisə baş verməsə, "zolaqlılar" UEFA Regional Liqasına vəsiqə qazanacaq. Hər halda meydana çıxdığı hər matçda rəqiblərinə böyük hesabla qalib gələn paytaxtın eyniadlı təmsilçisi yarışın bir nömrəli favoritidi. 

"Klubdaxili problemlər yoxdu" deyə bilmərik. Var yenə. Komanda artıq 2 aydı maaş almır. Ödəmə sonuncu dəfə yanvarda olub, 150-200 manat. "Baghlan Group"a məxsus taksi şirkətinin gəlirləri azaldığından, burdan "Bakı"ya pul çatmır. Yəqin ki, apreldən vəziyyət düzəlməyə başlayacaq. 

Axı Hafiz Məmmədovun digər işlərində canlanma yaranıb. O, itirilmiş mövqelərini geri qaytarmaq üçün bütün var gücüylə çalışır. Nəticələri yavaş-yavaş üzə çıxır. "Bakı"nın Biləcəri qəsəbəsində yerləşən bazası ətrafında müəmma pərdəsi artıq ortadan qalxıb. Məlum olduğu kimi, Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Anar Məmmədov ərazinin də ona məxsus olduğunu iddia edirdi. 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu kluba məxsus kompleksin bir hissəsini (ümumi sahəsi 2400 m2) 2012-ci ilin aprelində prezidenti olduğu federasiyanın balansına keçirmiş, 2013-cü ilin oktyabrında təhvil almışdı. Sonra bura SOCAR-ın nəzarətinə verilmişdi. 

A.Məmmədovun nəzarətindəki "Qarant Holdinq" və federasiya bundan öncə bazanın "Bakı"nın istifadəsində qalan hissəsinə də göz dikmişdi. "Zolaqlılar" bu səbəbdən iqtisad məhkəməsinə verilib, bir neçə proses keçirilib. Hər halda məhkəmə iddiaçının "Bakı"nın həmin ərazidən çıxarılmasına dair iddiasını təmin etməyib. H.Məmmədov ərazidə tikilən bütün qurğu və meydançaların mülkiyyətçisinin öz olmasını sənəd-sübutla ortaya qoyub.

Tanınmış iş adamı 2012-ci ildə federasiyanın nəzarətinə keçən ərazini yenidən "Bakı"ya qaytarıb. SOCAR-ın həmin torpaq sahəsini "Bank of Azerbaijan"ın balansına "oturmasına" razılıq verməsindən sonra. AQF-nın mühafizə xidməti artıq ərazini tərk edib. Qolfun baş iqamətgahı isə tamamilə boşaldılıb. Keçmiş "Kəhrəba" restoranı ilə bərabər. Bazanın Bakı - Sumqayıt yoluna baxan hissəsində tikilən "Rus hamamı" hələlik fəaliyyətini dayandırmayıb. Bu obyektin aqibətinə də yaxın həftələrdə aydınlıq gəlməlidi. (Aut.az)



Xəbərin oxunma sayı : 136




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap