Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyədəki qiyamın təşkilatçısı ABŞ diplomatları ilə məsləhətləşib

Tarix 29.03.17, 21:23

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin güc qüvvələri 15 iyul dövlət çevrilişinə cəhdin ehtimal edilən təşkilatçılarından biri olan Adil Öksüzün mobil telefonuna ABŞ-ın İstanbuldakı Baş konsulluğundan zəng edildiyini müəyyənləşdiriblər.

Ankara prokurorluğundakı mənbə "Anadolu" agentliyinə iyulun 21-də A.Öksüzə edilən həmin zəngin ABŞ diplomatik missiyasında qeydiyyatdan keçən nömrədən gəldiyini deyib.

Bu fakt prokurorluq tərəfindən yaxın günlərdə məhkəməyə təqdim ediləcək istintaq aktında qeydə alınıb.

Qeyd edək ki, ötən ilin noyabrında Ankara prokurorluğu Türkiyədə dövlət çevrilişinə cəhdin iki əlaqələndiricisi - A.Öksüz və Kamal Batmazın 2016-cı ildə 4 dəfə ABŞ-da olduqlarını bildirib.

Sakarya Universitetinin əməkdaşı olmuş A.Öksüz çevriliş cəhdindən dərhal sonra saxlanılmış, lakin sonra sərbəst buraxılmışdı. Hazırda axtarışa verilib.

Virtualaz.org xatırladır ki, 2016-cı ilin 16 iyul gecəsi Türkiyədə qiyamçılar qrupu hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankarada və İstanbulda yaşanıb. 240-dan çox türk vətəndaşı həlak olub, 2 mindən çox insan yaralanıb və sonda qiyam yatırılıb. Türkiyə hakimiyyəti çevriliş cəhdinə iştirakda Fətullah Güləni suçlayır və ABŞ-dan onun ekstradisiyasını tələb edir.



Xəbərin oxunma sayı : 64




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap