Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Deputatla başçı rayonu pay-pürüş ediblər... - İDDİA

Tarix 29.03.17, 22:19

Font ölçüsü : - / +
bitmap-img6


Lənkəran deputatla icra başçısı arasında bölüşdürülüb. Bir cənub şəhərinin ən görməli yerləri, ən mərkəzi əraziləri, ən bahalı və işlək obyektləri iki məmur arasında bölüşdürülüb.

Onların mövqeləri də bir-birinə qarşı getmir. Görünür ki, hər ikisi dil tapıb Lənkəranda işləməyin varinatını bilirlər. Söhbət Lənkəranın icra başçısı Taleh Qaraşovla deputatı Hadı Rəcəblidən gedir. 

“Gündəm-Xəbər”in araşdırması zamanı məlum olub ki, şəhərin əsas biznes obyektləri icra başçısı ilə deputatın nəzarətindədir. Hərçənd ki, H.Rəcəbli biznesinin olmasını inkar edir. Amma faktiki olaraq Lənkəranda ona və qardaşına aid biznes var. Araşdırma nəticəsində aydın olub ki, uşaq xəstəxanası ləğv edilərək Mərkəzi Xəstəxanaya birləşdirilib. Onun binası isə H.Rəcəblinin qardaşı, Maliyyə İdarəsinin rəisi olan İqbal Rəcəbov tərəfindən özəlləşdirilib. Binanın aşağı mərtəbəsində “Zaminbank” (lisenziyası ləğv olunub), yuxarı mərtəbədə isə restoran, hotel və kafe fəaliyyətdədir. Xəstəxananın həyətində isə təmir işləri davam edir. Daha bir restoranın tikintisinə hazırlıq gedir. Sadəcə, iqtisadi böhran maliyyə rəisi və deputatın büdcəsinə təsir edib. Bu hotelin adı “Mayak”dır və maliyyə rəisinin oğlu tərəfindən idarə olunur. H.Rəcəbli o baxımdan “Mayak”ın ona aid olmadığını söyləyir. Halbuki, bu tarixi binanın özəlləşdirilməsində, hotel və restoranın qurulmasında hərtərəfli iştirakı olduğu bildirilir. Ondan başqa, İ.Rəcəbov köhnə aptekin binasını özəlləşdirib və Maliyyə İdarəsinin inzibati binasına çevirib. İ.Rəcəbov uzun illərdir ki, maliyyə idarəsinin rəisidir. Bu da onun rayon icra başçıları ilə əlbir olmasına imkan yaradıb. O, bir çox icra başçıları ilə işləyib. H.Rəcəblinin qardaşı olduğu üçün vəzifəsində saxlanıb və büdcə vəsaitlərinin talanmasında xüsusi iştirakı olduğu iddia edilir. İcra başçıları da maliyyə rəisindən çox razıdır. Eləcə də hazırkı icra başçısı Taleh Qaraşovun da maliyyə rəisindən işi keçir. Bütün bunlar H.Rəcəbli ilə T.Qaraşovun yollarının toqquşmamasına gətirib çıxarır. Çünki tərəflərin merkantil və iqtisadi maraqları üst- üstə düşür. Məlumata görə, H.Rəcəblinin öz obyekti isə “Palıdlı sahil” istirahət mərkəzidir ki, bunu da rayonda hamı bilir.
 “Gündəm-Xəbər”in araşdırması zamanı məlum olub ki, deputatın obyekti Südəmurdov qəsəbəsinə gedən yolda yerləşir və dənizə yaxındır. Burada otaqda bir gecəlik qiymət 50 manatdır. “Mayak”da isə 40 manatdan başlayır və 30 manata da razılaşmaq olar. Beləliklə, Rəcəbovlar Lənkəranı uzun zamandır ki, zəbt etməkdədir. Onların kəndlərdə hektarlarla torpaqları, dükanları, sexləri var. Lənkəranda əsas biznes məkanlarıdan biri də “Xəzər Palace”dır ki, sahibi BDYP-nin şöbə rəisi- ölkədə bütün avtomobil nömrələrinin satışı əlində cəmlənən Müşviq Rəhimovdur. Müşviq Rəhimovla Hadı Rəcəbli biznes şərikliyindən əlavə həm də xalaoğludurlar. Hər halda elektron mediada gedən xəbərlərdə belə deyilir. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Hadi Rəcəblinin bu var-dövlətə necə sahiblənməsi sual doğurmur. Hər halda həmişə deputat maaşından şikayətlənən və dolanışıqdan gileylənən millət vəkili parlamentdə aldığı əmək haqqı ilə bu biznesi qurmayıb?! Pensiya yaşının artırılmasına haqq qazandıran, müavinətlərin artırılmasına etiraz edən, fikirləri hər zaman qalmaqal yaradan, şəhid ailələri və Qarabağ əlillərini qıcıqlandıran çıxışlar edən H.Rəcəblinin bu obyektləri necə tikdirdiyi məlum məsələdir. "Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün", "Şəhid ailələrinə 100 min manat verə bilmərik”, “Qarabağ əlilinə nəqliyyat, dərman niyə pulsuz olmalıdır” " - deyən Hadi Rəcəblinin ailə biznesinə Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri, o cümlədən Bakıdakı "DNS Computers" şirkətinin 4, Sumqayıtda isə 1 mağazası da daxildir. Oğlanlarından biri, Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir. Digəri, Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən "DNS Computers" şirkətlərini idarə etdiyi iddia olunur. Günay adlı qızı Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir. Bir müddət əvvəl xəbər yayılmışdı ki, Lənkəranlı deputatlar arasında turizm biznesi uğrunda qovğa dərinləşib. Hadı Rəcəbli Rüfət Quliyevə rayonda turizm obyektlərini tikməyə imkan vermir. Mənbə qeyd edib ki, H.Rəcəbli ilə R.Quliyevin münasibətləri hər zaman soyuq və məsafəli olub. Turizm maraqları isə həmkarları toqquşdurub. R.Quliyevin Lənkəranda hotel tikdirmək istəyi olduğu deyilir. H.Rəcəbli isə həmkarı ilə münasibətlərinin normal olduğunu açıqlayıb və deyilənləri təkzib edib. “Gündəm-Xəbər”in araşdırması zamanı məlum olub ki, H.Rəcəbli ilə toqquşmayan T.Qaraşov isə Lənkəranda bir qarış yer saxlamayıb. Əraziləri satmaqda Süleyman Mikayılovu da geridə qoyan indiki icra başçısından əhali ciddi şəkildə narazıdır. T.Qaraşov Lənkəran üçün heç bir iş görməyib. Hətta S.Mikayılovun da Ləmkəranda kosmetik də olsa abadlıq işləri həyata keçirdiyi bildirilir. T.Qaraşov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısı satılandan sonra ərazidə tikinti işləri bircə gün də ara verməyib. Məlumata görə, xəstəxana qarşısında tikilən obyektlər artıq hazırdır. Yaxın vaxtlarda təmir işlərinin başlanacağı və fəaliyyətinə start veriləcəyi bildirilir. Lənkəran RMX qarşısında bir neçə böyük obyekt inşa olunub və hansı məqsədlə istifadə olunacağı hələ ki, bilinmir. Ehtimal olunur ki, iaşə obyektləri kimi fəaliyyət göstərəcək. Bu ərazini Lənkəranın icra başçısı Taleh Qaraşov satıb. Səhiyyə Nazirliyi də təsdiqləyib ki, ərazi onlara aid deyil və satılmasına Lənkəran RİH icazə verib. Lənkəranlılar şikayət edirlər ki, belə bir qanunsuzluğa yuxarılar necə göz yumur. Tarixdə ilk dəfədir ki, xəstəxananın qabağı satılır və icra hakimiyyəti də heç bir açıqlama vermir. Düzdür, T.Qaraşov hər yeri qarış-qarış satıb və artıq peşkəş etməyə ərazi qalmamışdı. Ancaq xəstəxananın da önünü satacağı yerli sakinlərin ağlına gəlməzdi. Bu dəfə onların ağlına gəlməyən, başına gəlib və icra başçısı aldığı yüz min manatlara görə xəstəxananın qabağını da satıb. Yol isə darısqallaşıb və nəqliyyatın hərəkəti məhdudlaşıb. Lənkəran taleyində Taleh Qaraşov qədər rayonu tar-mar edən ikinci icra başçısı görməmişdi. Hətta indi Süleyman Mikayılova şükür edən rayon sakinləri hazırkı icra hakiminin əməllərindən cana doyub. Çünki Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar. 

Xəstəxana şəhərin mərkəzi küçələrindən birində yerləşir. Bu yol iki istiqamətdə həm Şəhidlər Xiyabanına, həm də Lənkəran RİH-nin qarşısına qədər aparır. T.Qaraşov Qala deyilən mərkəzi küçədə yol üstünü satıb və iki mərtəbəli bir bina tikilib. Bundan başqa, Nizami kinoteatrının binası da sökülüb və yerində tikinti aparılıb. Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır. İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır. Taleh Qaraşov rayondakı bütün əraziləri peşkəş etdikdən sonra Xarici Dillər Təmayüllü Gimnaziyanın ərazisinə göz dikib. Məktəb rəhbərliyinə isə meydançadan istifadə etmək qadağan edilib. Əhali həm sosial problemlərdən, həm məmur özbaşınalığından, həm yaşıllıqların məhvindən cana doyub. Uzun müddət Lənkəranın Böyük Bazar yolunun bərbad olması haqda yazıldı. Nəhayət, başdansovdu olsa da yol düzəldildi. Gələn xəbərlərə görə, icra başçısı yolun təmirində də əlini cibinə salmayıb. İddialara görə, bu vəzifəni Lənkəran RMX-nın baş həkiminin boynuna qoyublar və yazıq öz hesabına yolu düzəltdirib. Şəhər sakinləri qeyd edirlər ki, yağmurlu region olduğuna görə burada yağışdan sonra Lənkəran su altında qalır. Çirkab sular və tullantılar şəhərin küçələrinə tökülür. Əhalini yağış sularının axması üçün çoxdan qazılmış açıq xəndəklər xilas edir. Həmçinin, Lənkəranın yolları bərbad gündədir. Rayonda ara məhəllələr cəhənnəmi xatırladır. Mikorayon, Şəhidlər Xiyabanı yolu, Kiçik bazar yolu keçilməzdir. Rayonda heç bir abadlıq işi görüləməyib, yaşıllıqlar salınmayıb, parklar, məktəblər, bağçalarda yenidənqurma işləri aparılmayıb. T.Qaraşovun dövründə Lənkəranda sosial problemlərin həlli də, abadlıq-quruculuq işləri də dondurulub. Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə, müsahibə almağa hazırıq.



Xəbərin oxunma sayı : 973




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap