Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şamaxıda torpaq sürüşmə yenidən aktivləşdi

Tarix 30.03.17, 2:56

Font ölçüsü : - / +
bitmap-img6


Torpaq sürüşməsi Şamaxı şəhərinin 48-ci məhəlləsinin sakinlərini çətin duruma salıb

Belə ki, son günlər ərazidə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, son aylar Şamaxıya yağan qar və yağışdan sonra yenidən aktivləşən torpaq sürüşməsi nəticəsində evlərdə irili-xırdalı çatlar əmələ gəlib. Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi hər gün davam edir və dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir. Torpaq kütləsi məhəllədaxili yollardan birinin bağlanmasına səbəb olub. Hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxıb. Sürüşmə qısa vaxtda pay torpaqları ilə yanaşı həyətyanı sahələri və tikililəri də öz cənginə alıb. Həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarlarında iri çatlar əmələ gəlib.
 
Şamaxı rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə indiyədək rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəyib.
 
Qeyd edək ki, torpaq sürüşməsi Şamaxı şəhərində, eləcə də rayonun Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərdə daha çox müşahidə olunur. Həmçinin, torpaq sürüşməsi yaşayış məntəqələri ilə yanaşı Şamaxı-Qızmeydan avtomobil yoluna da ciddi ziyan vurub. Yolun 4, 6 və 10-cu kilometrliyində baş verən uçqun nəticəsində bir hərəkət zolağında asfalt örtüyü tamamilə çöküb. Elə bu səbəbdən də avtomobillərin hərəkəti çətinləşib. 



Xəbərin oxunma sayı : 79




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap