Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şam şəhəri Trampla Putini necə düşmənə çevirdi? – Başlamadan bitən roman (Təhlil)

Tarix 14.04.17, 3:58

Font ölçüsü : - / +
bitmap-img6

Fyodr Lukyanov

Beynəlxaq icmalçı, “Valday” Beynəlxalq Klubunun elmi direktoru

«Россия в глобальной политике» jurnalı


Rusiya və ABŞ-ın münasibətləri “normal halına” – əvvəlki qarşıdurma  məcrasına qayıdır.

Dövlət katibi Tillersonun Moskvaya səfərindən bir həftə əvvəl hamı ümid edirdi ki, nəhayət yeni gündəlik üzərində iş və prezidentlərin görüşünə hazırlıq prosesi başlayacaq. Suriya mövzusu bu səfərin xarakterini dəyişdi: indi bu görüş Moskva və Vaşinqton arasında başlanmış kəskin böhranı yumşaltmaq cəhdinə çevrilib.

Trampla baş tutmamış yaxınlaşmanın yekunlarından hansı nəticələri çıxarmaq olar?

Birincisi, Vaşinqtonun daxili vəzifələri xarici vəzifələr üzərində qələbə çaldı. Bu, gözlənilmədən Trampın bəyan etdiyi prioritetlərlə tam üst-üstə düşdü. İctimai rəy prezident Trampdan ölkədaxili problemlərin həllinə köklənmək üçün xarici siyasətdə fəallığını azaldacağını gözləyirdi. Gündəlikdə duran daxili siyasi məsələləri reallaşdırmaqda çətinliklə üzləşmiş Tramp isə xarici siyasətdən öz administrasiyası ətrafında atmosferi yaxşılaşdırmaq üçün bir alət kimi istifadə etməyə qərar verdi.

Taktiki gediş doğru çıxdı – Suriyaya zərbə Vaşinqton dairələri tərəfindən geniş dəstək alan ilk addım oldu. Strateji baxımdan bu təhlükəlidir. Çünki Ağ Evin Suriya ilə bağlı heç bir fəaliyyət planı yoxdur. ABŞ orada nəyə nail olmaq istəyir, aydın deyil…

Mahiyyət baxımından Vaşinqton 2-3 il əvvəlki mövqeyinə qayıdır. Bu, Suriyadakı rejimin hökmən dəyişdirilməsi, qiyamçılara dəstək və s.-dir. Burada əsas motiv beynəlxalq strategiya yox, ABŞ-ın daxili vəziyyətini dəyişmək arzusudur.

İkincisi, Trampın hakimiyyətə gəlişi Moskvada belə bir ümid yaratmışdı ki, amerikan siyasətində kardinal dəyişiklilər ikitrəfəli münasibətlərdə dəyişikliklərə gətirəcək.

İndi bu illüziyalar itib. Bunun bir neçə səbəbi var. Ən mühüm olan ikisi budur:

Birinci: Rusiya ABŞ üçün  əhəmiyyətli mövzu deyil. O, öz-özlülüyündə prioritet deyil, amma ABŞ üçün çox mühüm olan digər məsələlərin həlli üçün müşayiətçi alətə çevrilir.

Rusiyanın hazırda amerikan debatlarında qeyri-proporsional şəkildə böyük yer tutuması Moskvada heç kimi aldatmamalıdır. Bu, onun mühümlüyünü göstərmir, əksinə məsələyə kifayət qədər ciddi və ehtiyatlı yanaşma olmasa, bu, Vaşinqtonda bir-biri ilə çəkişən maraq qruplarının siyasi “haqq-hesab çürütməsi” üçün istifadə oluna bilər.

İkinci səbəb  isə onillərdir dəyişməyən faktordur: nüvə balansı ölkələri  fiziki cəhətdən bir-birini qırmağa qoymur.

Üçüncüsü, Trampın özünü dəqiq şəkildə elan etdiyi qaydalara uyğun aparmasıdır. Onun seçki kampaniyası zamanı siyasi ritorikasının leytmotivi belə idi: “Bizə hörmət etməlidirlər! Əgər etməsələr məcbur edərik!”

Suriya bazasına zərbənin mənası o idi ki, ABŞ geopoliitk oyunda iştirak edir. Qarşıqlıq və uzaqlaşdırma dövrü bitdi: ruslar və digərləri bundan sonra özlərini meydanda ABŞ yoxmuş kimi apara bilməzlər.

Dördüncü, mövcud şərtlər daxilində güzəştlərin mənası yoxdur. Trampın yanaşması güc mövqeyini işə salmaqla saziş, Putinin yanaşması isə heç bir təzyiq olmadan razılaşmadır.

Bu risklidir və uzağagedən nəticələr verə bilər. Əgər təzyiqlər artmasa Rusiya hələ ki, böhranın kəskinləşməsinə köklənməyib. Amma Vaşinqtondan sızan informasiyaları təhlil etsək görürük ki, bu təzyiqlər artacaq. Bu zaman ümidləri birbaşa toqquşmadan qaçmaq istəyən hər iki tərəfin hərbi dairələrinin ağıllı və soyuqbaşlı yanaşmasına bağlamaq lazım gələcək.  Nəzəri cəhətdən hesab etmək olar ki, daxildə mövqeyini möhkəmlətmək Trampa Rusiya ilə bağlı manevr etməkdə böyük məkan verəcək.

Amma ABŞ-da siyasi böhranın dərinliyi elədir ki, burada təkcə bir nümayişkaranə aksiya ilə kifayətlənə bilməzsən. Onu təkrarlamaq lazım gələcək. Vaşinqtonun zərbəsinə müttəfqlərinin kollektiv dəstəyi və sevinci onu göstərir ki, bu dəstək Amerikanı belə aksiyaları təkrarlamağa vadar edəcək.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 463




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap