Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan diplomatının arvadı oğurluqda ittiham edilir - Nyu-Yorkda

Tarix 27.04.17, 15:37

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanlı diplomatın arvadı Mehriban Cəbrayılova Bronksda yerləşən “Marshalls” mağazasından oğurluq etməkdə ittiham edilir. 

Virtualaz.org “Daily News”a istinadən xəbər verir ki, Azərbaycan səfirliyinin birinci katibinin 29 yaşlı həyat yoldaşı uşaq arabasında 188 dollarlıq malı mağazadan çıxarmaq istəyərkən mühafizəçilər tərəfindən saxlanılıb.

Mehriban Cəbrayılova hadisə yerinə gəlmiş polis əməkdaşlarına bildirib ki, diplomatın həyat yoldaşıdır və diplomatik toxunulmazlığa malikdir.

Saxlanılan şəxsin statusu müəyyən edildikdən sonra polis qadını sərbəst buraxıb. Amerika nəşri yazır ki, diplomatik status, adətən, diplomatların həyat yoldaşlarına da şamil olunur.

Qəzetin yazdığına görə, belə hallarda polis Dövlət Departamentinə müraciət edir ki, diplomatın toxunulmazlığı ləğv edilsin. Dövlət Departamenti azərbaycanlı diplomatın arvadının saxlanılması faktını şərh etməyib.

Mehriban Cəbrayılovanın əri Fərid “Daily News”a bildirib ki, onun arvadının saxlanılması barədə yayılan xəbər həqiqətə uyğun deyil.  



Xəbərin oxunma sayı : 229




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap