Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Keçmiş qudası deyir milyonları talayıb, Şükürov isə deyir: “Nə etmişəm axı?”...

Tarix 28.04.17, 17:06

Font ölçüsü : - / +
bitmap-img6


Keçmiş kürəkəni və qudası tərəfindən barəsində çoxsaylı ciddi kompromatlar, o cümlədən dövlət vəsaitlərinin iri məbləğdə mənimsənilməsi, korrupsiya faktları açıqlanan məmur-Bakı Lift-Təmir İstehsalat Birliyinin direktoru Qüdrət Şükürovun əməllərinin hüquq-mühafzə orqanlarının diqqətini cəlb etdiyi barədə xəbərlər yayılıb. Belə məlumatlar var ki, artıq müvafiq strukturlar Bakının lift təsərrüfatını yoxlamaqla və iddia olunan korrupsiya, mənimsəmələrlə bağlı məlumatları araşdırmaqla məşğuldur.

Xatırladaq ki, Qüdrət Şükürovla bağlı qalmaqal onun əvvəllər evli olmuş qızının “Böyük Saray”da 400 min dollarlıq toyla yenidən ailə qurması barədə xəbərlərin yayılmasından sonra başlayıb. Keçmiş qudası Rafail Əsgərovun müxtəlif dövlət instansiyalarına göndərdiyi məktublarda Şükürovun 2013-cü ildə Rusiyanın “Otis Lift” şirkəti ilə bağladığı müqavilədən milyonlarla dollar “otkat” alması, həmin pullara dərhal İstanbulun “Koru Florya” elit yaşayış kompleksində 1.5 milyon dollara iki mənzil alması barədə ətraflı bəhs olunub. Habelə keçmiş quda Şükürovun digər çoxsaylı korrupsiya və mənimsəmə əməlləri barədə danışıb.

Məsələn, Q.Şükürov 2013-cü ildə qudası R.Əsgərovdan bir neçə dəfə onunla “Elmlər Akademiyası”nın yaxınlığındakı köhnə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “Azəriqazbank”ın filialına gedib pul çıxarmağı xahiş edib. Qüdrət Şükürov hər dəfə bankdan 400, 500, 700 min dollar pul çıxarıb. Qudası bildirir ki, 2015-ci ilin fevralında, manatın birinci devalvasiyasından əvvəl Qüdrət Şükürov yaxınlaşan “manat fəlakətindən” xəbər tutaraq böyük panika içərisində bütün pullarını  dollara (8 milyon dollar) çevirib.



Bəs Bakı Lift-Təmir İstehsalat Birliyinin tabe olduğu şəhər İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları günlərdir mətbuatda müzakirə olunan bu korrupsiya ittihamları ilə bağlı Şükürov barəsində nə tədbir görür, yaxud görməyə hazırlaşır? Onun barəsində təhqiqatın başladığı doğrudurmu?

Virtualaz.org-un əməkdaşı Bakı Lift-Təmir İstehsalat Birliyinin birbaşa tabeliyində olduğu Bakı Şəhər İcra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə bu suallara cavab ala bilmək üçün dəfələrlə zəng vurub, ancaq telefon zənglərinə cavab verən olmayıb.

Bakı Şəhər İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə bu məsələ ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməyimizi məsləhət gördü: “Siz Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə əlaqə saxlayın. Bu məsələni onlar araşdıra bilərlər. Biz heç nə bilmirik. Onlar aydınlaşdıra bilər ki, Qüdrət Şükürov işdə qala bilər, yoxsa yox”, - deyərək telefonu söndürdü.



Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Şükürovla bağlı Bakı Şəhər İcra hakimiyyətindən soruşmağı məsləhət gördü. “Bu, BŞİH-ə tabe qurumdur, bəlkə onlardan soruşasınız? Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatın aparılması xəbərləri ilə bağlı isə mən araşdıraram və nəsə məlumat olsa sizə deyərəm”, - deyə E. Sultanov bildirdi.

Bakı Lift-İstehsalat Birliyindən Qüdrət Şükürovun “hazırda yerində olmadığını” bildirdilər. Birliyin texniki şöbəsinin rəhbəri Əli Hənifəyev onun əvəzindən danışaraq bildirdi ki, son günlər jurnalistlərin bu mövzuda dalbadal zənglərindən boğaza yığılıblar. “10 gündən çoxdur ki, şikayətçilər üçün nəzərdə tutulan bu telefon nömrəsinə şikayətçilərdən çox jurnalistlər zəng vurur, Qüdrət Şükürov dəfələrlə barəsində irəli sürülən bu ittihamları rədd edib. Əgər onun fəaliyyətində hansısa qanun pozuntuları olubsa yəqin ki, müvafiq orqanlar araşdıracaq və ictimaiyyətə məlumat verəcək”-Ə.Hənifəyev deyib.

Bu arada ölkə.az portalı Q.Şükürovun özünün barəsində təhqiqat getdiyi haqda xəbərlərə dair qısa şərhini yayıb. O, barəsində yayılan xəbərlərdən özünü təəcüblənmiş kimi göstərməyə çalışıb. “Bilmirəm bu cür xəbərləri haradan tapıb yayırlar, ancaq həmin məlumatların hamısı yalandır. Mənim fəaliyyətimlə bağlı heç bir araşdırma yoxdur və bu barədə heç bir strukturdan müraciət olunmayıb. Axı nə etmişəm ki, haqqımda araşdırma da aparılsın, işdən çıxarılım? Bu cür xəbərləri dəqiqləşdirib yaymaq lazımdır”. 




Xəbərin oxunma sayı : 964




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap