Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Faizlər insaflı dərəcəyə endirilməlidir” – Əli Məsimli

Tarix 28.04.17, 17:39

Font ölçüsü : - / +
bitmap-img6


“Kredit faiz dərəcələrinin insaflı dərəcəyə endirilməsi lazımdır ki, “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsindəki model işləsin”.

“Report”un verdiyi xəbərə görə, deputat Əli Məsimli “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bugünkü iclasında müzakirəsi zamanı bildirib.

“Qanun kiçi və orta sahibkarlığın (KOS), aztəminatlı təbəqənin maliyyəyə çıxışının yaxşılaşdırılması məqsədi daşıyır. Qanun sadələşdirilməlidir. Bəzi sözlərin açıqlanması verilməlidir. Məsələn, “yüklülüyün 3-cü şəxs üçün açıqlaması nə deməkdir?” bunu hər kəs başa düşmür. Qanunun məqsədinə aydınlıq gətirmək lazımdır və məqsədini göstərən maddə əlavə edilməlidir. Məqsəd daşınar əmlakı girov qoymaqla kredit əldə etmək imkanlarını genişləndirmək, KOS-ların və aztəminatlı ailələrin maliyyəyə çıxışını artırmaqla maliyyə dövriyyəsini və iqtisadi fəallığı artımaqdır”, – deyə deputat qeyd edib.

Millət vəkili bildirib ki, əhalinin gəlirləri 5-6% artır, inflyasiya 12-13%-dir, güzəran pisləşir: “İkinci əl bazarı genişlənir. Belə vaxtda insanlar həmin əşyaları kredit götürmək üçün istifadə etmək əvəzində, bazarda satacaq”.

Onun sözlərinə görə, Ailə Məcəlləsinə görə, girov qoyulursa ər-arvadın buna razılığı olmalıdır:.” Bu məqam da diqqətə alınmalıdır ki, sonra problemlər yaranmasın”.



Xəbərin oxunma sayı : 103




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap