Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Pedro Aqramunt: “Baş verənlər Assambleyaya şərəf gətirmir”

Tarix 28.04.17, 19:24

Font ölçüsü : - / +
bitmap-img6


AŞPA sədri Pedro Aqramunt assambleya tərəfindən onun istefasının tələb olunması və ətrafında baş verən narazılıqlarla bağlı bəyanat yayıb.

Pedro Aqramuntun İspaniya parlamentindəki mətbuat katibliyindən APA-ya verilən məlumata görə, bəyanatda bu həftə AŞPA tarixində tamamilə qəribə halların baş verdiyi qeyd olunur.

“Bazar ertəsi və çərşənbə axşamı baş verən, təəssüf doğuran tamaşa bu assambleyaya və onun üzvlərinə şərəf gətirmir. Aprel sessiyasında gündəlikdə iki məsələ olub.Birinci məsələ assambleyanın bəzi üzvlərinin korrupsiyada ittiham olunması məsələsi idi. Bununla əlaqədar olaraq azad və daxili araşdırma prosesinin yaradılması təsdiq olunub. Digər məsələ olan mənim Suriyaya səfərim ispaniyalı senator kimi mənim şəxsi vəzifəmdir. Mən bununla bağlı bütün sorğulara izahat vermişəm, lakin bir qrup parlamentari bu izahatlardan sui-istifadə edib. Parlament Assambleyasının fundamental prinsiplərinə parlament diplomatiyası vasitəsilə insan haqlarına, demokratiyaya və qanunun aliliyinə hörmətlə yanaşmaq daxildir. Sülh, təmkinlilik və konstruktiv dialoq bizim əsas alətlərimizdir. Buna görə də mən fundamental məqsədlərimizə nail olmaq üçün sizi konsensusa gəlməyə və belə hadisələrin bir daha təkrarlanmaması üçün birgə işləməyə çağırıram”.



Xəbərin oxunma sayı : 67




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap