Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Büdcədə 321 milyon manatlıq kəsir yaranıb

Tarix 28.04.17, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 milyard 591,5 milyon manat, xərcləri 3 milyard 912,7 milyon manat olmuş, 321,2 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdır. 

Bu barədə “Marja”ya Maliyyə Nazirliyindən bildirilib.

GƏLİRLƏR

2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 milyard 473,0 milyon manat proqnoza qarşı 3 milyard 591,5 milyon manat və yaxud 3,4 faiz çox olmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 103,8 faiz icra edilməklə dövlət büdcəsinə 1 milayrd 420,8 milyon manat vəsait təmin edilmişdir.
Həmin vəsaitin 67,2 faizi və yaxud 954,2 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 117,5 faiz əməl edərək büdcəyə 571,0 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,0 faiz və yaxud 154,1 milyon manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 62,6 milyon manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 12,1 milyon manat vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1 milyard 525,0 milyon manat vəsait transfert edilmişdir.

XƏRCLƏR

2017-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 95,5 faiz və yaxud 3 milyard 912,7 milyon manat icra olunmuşdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 1 milyard 635,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz və ya 209,0 milyon manat çoxdur.
Cari ilin 1-ci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 216,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 676,1 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 22,2 milyon manat vəsait yönəldilmişdir.
2017-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.

İCMAL BÜDCƏ

Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 5 milyard 649,6 milyon manat, icmal büdcənin xərcləri isə 6 milyard 752,7 milyon manat icra olunmuşdur. İcmal büdcənin kəsiri 1 milyard 103,1 milyon manat təşkil etmişdir.



Xəbərin oxunma sayı : 100




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap