Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazirlik: yarmarkalarda “Elba 999” MMC-yə məxsus ət satılmayıb

Tarix 28.04.17, 23:03

Font ölçüsü : - / +
bitmap-img6


Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı yarmarkalarına “Elba 999” MMC tərəfindən ət göndərilməsi ilə bağlı iddialara cavab verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev virtualaz.org saytına bildirib ki, 10 ildən artıqdır Bakının 5 rayonunda və Sumqayıtda 2 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir: “Yarmarkaya çıxarılan heyvan və heyvan mənşəli məhsulların sağlamlığına və keyfiyyətinə Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən baytarlıq nəzarəti həyata keçirilir. Həmin məhsullar yalnız müayinə edildikdən sonra satışa buraxılır. Bundan əlavə, bölgələrdən gətirilən ət məhsullarına yerli baytarlıq idarələri tərəfindən heyvan ətlərinin sağlamlığını və insan qidası üçün yararlılığını təsdiq edən müvafiq sənədlər verilir, məhsul müayinə edildikdən sonra ətlərə möhür vurulur”.

Yarmarkalar təşkil olunduğu müddət ərzində “Elba 999” MMC tərəfindən ət məhsulları satışa çıxarılmayıb: “Ölkə mətbuatında yayılan və “Elba 999” MMC tərəfindən yarmarkalara keyfiyyətsiz ət çıxarılmasını əks etdirən məlumatlar yanlışdır”.

M.Hacıyev əlavə edib ki, Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən “Elba 999” MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikində aşkar olunmuş mənşəyi məlum olmayan sümüksüz heyvan ətləri baytarlıq nəzarətindən kənar, gizli şəkildə tədarük olunub. Daşkəsən Polis Şöbəsi əməkdaşlarının, Daşkəsən Rayon Baytarlıq İdarəsinin və “Elba 999” MMC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş aktda da həmin ətlərin mənşəyinə və sağlamığına dair heç bir sənədin mövcud olmadığı, ətlərin üzərinə möhür vurulmadığı qeyd edilib. Sexdə mənşəyi məlum olmayan ətlərin tədarükü baytarlıq nəzarətindən kənar, gizli şəkildə həyata keçirilib.




Xəbərin oxunma sayı : 73




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap