Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şahın oğlu İranda hakimiyyət dəyişikliyi haqda:“...İnqilablar vasitəsilə mümkün olduğuna inanıram“

Tarix 04.05.17, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu şahzadə Rza Pəhləvi "Al-Arabiya"ya müsahibəsində atasının taxt-tacdan endirilməsi ilə nəticələnən inqilabı tənqid edərək, onu "böyük yalan" adlandırıb:

– Özünüzü İran taxt-tacının varisi sayırsınızmı? Başqa sözlə, özünüzü gələcək şah kimi görürsünüzmü?

– Mən dəfələrlə demişəm ki, yeganə məqsədim siyasi taleyini müəyyən edə bilmələri üçün ölkəmin vətəndaşları üçün azadlıqdır. Məni gələcək idarəetmənin növü narahat etmir.

– Kürdlər, türklər, ərəblər və ya bəluc kimi milli tərəflərlə əlaqələriniz varmı? Belə müxtəliflik problemləri üçün hansısa həll təklifiniz varmı?

– Məncə, real demokratik şəraitdə ölkənin bütün vətəndaşları fərdi və kollektiv hüquqlarını əldə edə bilər. Məsələn, böyük İran şahı Kuruşun ad günündə reallaşan toplantı kimi. Həmin mərasimdə müxtəlif dialekt, ənənə və məzhəbli vətəndaş qruplarını gördük. Bu hadisə göstərdi ki, iranlılar öz milli və tarixi mədəniyyəti ilə fəxr edir, onlar əcdadlarının torpağının böyüklüyü və şöhrəti altında birləşir.

– Bilirsiniz ki, regionun bir çox ölkələri, o cümlədən ərəb ölkələri İran rejimini müdaxilədə və məzhəbçi milisləri dəstəkləməkdə ittiham edir. İran bu ölkələrini gələcəkdə onların daxili işlərinə müdaxilə etmədiyinə necə inandıra bilər?

– Keçmişdə (inqilabdan əvvəl) İran həmişə qonşu ölkələrdəki qardaşlarımızla mehriban qonşuluq və qarşılıqlı hörmət siyasətinə sadiq olub. Bu siyasət bizim üçün faydalı idi. İslam Respublikasının yaranması ilə hər şey dəyişib, öz məzhəbçi məqsədlərinə nail olmaq və regionda öz təsirini genişləndirmək məqsədilə o, gərginlik və etibarsızlığa səbəb olub. Region ölkələrinin problemi İran xalqı yox, İran rejiminin mövcudluğundan yaranıb.

– Siz İranda rejim dəyişikliyi üçün xaricdən hərbi müdaxilə və ya yerli silahlı əməliyyatlara qarşınız. Sizcə, ölkədə dəyişikliyin baş verməsinin alternativi nədir?

– Demokratik həll hərbi hücum vasitəsilə əldə edilə bilməz, buna görə də mən həmişə bu seçənəyə qarşı çıxmış və onu rədd etmişəm. Bunun vətəndaş itaətsizliyi və dinc inqilablar vasitəsilə mümkün olduğuna inanıram.

– Bəziləri iddia edir ki, onlar İranda şahlığı bərpa etmək üçün tərəfdarlarınızdır. Bu şəxslər anti-ərəb çıxışlar edir və bu, ərəb mətbuatdına əks olunur. Ərəb Dünyası və tərəfdarlarınıza ismarışınız nədir?

– Bəzi ekstremistlər istisna olmaqla, bu çıxışlar ərəblərə düşmənçilik deyil, lakin onlar 39 il əsiri olduqları hakim dini rejimə nifrət və müxalifliklərini bu vasitə ilə elan edirlər.

"Al-Arabiya"

Strateq.az





Xəbərin oxunma sayı : 787




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap