Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

İran niyə qonşularla səmimi deyil? - TƏHLİL

Tarix 08.05.17, 6:48

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın güclənməsini heç cür qəbul etməyən qonşumuz düşmən təbliğatını aparmaqda davam edir

Ötən ay İranda qonşu Pakistanla sərhədin Sistan və Bəlucistan hissələrində ordu qüvvələri ilə "Cündullah" ("Allahın Əsgərləri") qruplaşması arasında baş verən  bir neçə qarşıdurma dünya mediasının  gündəminə düşdü. Hadisələrdən dərhal sonra İran baş verənlərə görə qonşusu Pakistanı hədəf alaraq rəsmi İslamabadı məsuliyyətli olmağa çağırdı. İranın Sistan və Bəlucistan əyalətlətlərində baş verən qarşıdurmalarla bağlı xarici mediada yayımlalan xəbərlər içində maraqlı bir xəbərlə rastlaşdıq. 
Xəbərdə deyilirdi ki, "aprel ayının 11-də İranın İnqilab Keşikçiləri Korpusunun (Sepah) Salman Diviziyasına tabe olan 110-cu briqadasının tabor komandiri Ruhuliah Ali Bəlucistan əyalətində İİR rejiminə müqavimət göstərən yerli döyüşçülər tərəfindən öldürülmüşdür. Bəluc fəalları bu addımı bölgədəki sünni məzhəbi ardıcılları üçün nüfuzlu din xadimi sayılan Möhləvi Şeyx Fəzl ər Rəhman Kuhinin rejim tərəfindən həbs edilməsinə cavab tədbiri kimi qiymətləndirmişlər".  Xəbərdə həmçinin qeyd olunurdu ki, Bəlucistanın bir sıra şəhərlərində Şeyx Möhləvinin həbsinə etiraz əlaməti olaraq gərginliklə müşayiət olunan etiraz aksiyalarının keçirildiyi və Bəluc gəncləri tərəfindən İran rejiminin din xadimi azad olunmayacağı təqdirdə silaha əl alacaqları ilə təhdid olunduğu vurğulanmışdır". 
Məlumdur ki, İran coğrafi cəhətdən qurudan Azərbaycan, Türkiyə, İraq, Türkmənistan, Əfqanıstan, Pakistan və Ermənistanla, Bəsrə körfəzindən isə Ərəbistan yarımadasındakı beş Ərəb ölkəsilə su sərhədinə malik olmaqla Orta Şərqin önəmli strateji mövqeyə malik ölkələrindən biridir. Buna ölkənin malik olduğu iqtisadi imkanları da əlavə etsək İranın geoiqtisadi və geopolitik  önəmini anlamaq çətin olmaz. Təbii ki, bu önəmli mövqedən ölkə əhalisinin rifahda, region xalqlarının da əmin-amanlıq şəraitində yaşaması istiqamətində istifadə olunarsa, qonşu ölkələrlə dinc yanaşı yaşama prinsipinə riayət olunarsa, ölkənin ümummilli gəlirləri ideologiyanın yayılması istiqamətində deyil, insan faktoruna yönəldilərsə, şübhəsiz İranın region üçün örnək bir ölkəyə çevrilməsi düşüncəsinə qatılmamaq mümkünsüz olardı. Lakin mövcud tablo sadaladığımız bu istəklərlə ziddiyət  təşkil etməkdədir. İranın istər həmsərhəd olduğu ölkələrin əksəriyyətilə münasibətlərinə istərsə də ölkənin qeyri-fars millətlərə qarşı izlədiyi siyasətə nəzər salanda da eyni qənaəti bölüşməli olacağıq. Bu açıdan ölkənin Cənub- Şərqində yaşayan bəluçların da etirazlarını anlamaq çətin deyil. Çünki İran ərazisində yaşayan sayları 35 milyona çatan soydaşlarımızın yaşadığı sorunlarla, onlara qarşı hələ Pəhləvilər dönəmindən bu günümüzədək davam etməkdə olan diskriminasiya ilə aşağı yuxarı tanışıq. Amma Azərbaycan türklərinin mübarizəsinin də digər millətlərdən fərqli olaraq sırf sivil prinsiplərə əsaslanması inkarolunmaz faktdır. Analoji milli sorunların ölkənin cənubunda ərəblərin, qərbində kürdlərin, şimalında isə  türkmənlərin yaşadığı bir İran gerçəyi ilə üz-üzəyik.  Zaman-zaman mediasında Azərbaycan Respublikasında yaşayan etniklərin "sorunlarını" qabardan İran İslam Respublikası öz ərazisinin dörd tərəfində etnik milli sorunlar gerçəyilə üz üzədir. Amma nə yazıq ki, bu gerçək heç zaman İran rəsmiləri tərəfindən etiraf olunmur. Əvəzində istər mediasında, istərsə də dövlət rəsmiləri səviyyəsində qonşu, müsəlman Azərbaycana qarşı qərəzli təbliğat və mövqe hələ də səngimir. Bu qərəz hətta müsəlman, şiə Azərbaycanın təcavüzkar Ermənistana qarşı müharibəsindən də yan keçmədi. 

Azərbaycan ordusunun ötən il aprel ayında apardığı hərbi əməliyyatlardan sonra İran din xadimlərinin bu haqq savaşına qarşı sərgilədikləri mövqe həqiqətən nə dindaşlığa, nə qonşuluğa, nə də insanlığa sığmazdı. Bu həyasızlıq o həddə çatır ki, Ağdam məscidini tövləyə çevirən ermənilərlə strateji əməkdaşlıq edən İran dövlətinin bəzi rəsmi simaları vaxtilə Qarabağ savaşında İranın Azərbaycana "təmənnasız yardımından" danışmaqdan, hətta İranın Azərbaycanı xilas etməsi kimi səfsətələr uydurmaqdan belə utanmırlar. Halbuki, o "yardımların" mahiyyəti bu gün hər kəsə bəllidir. Bəlli olmayanlar bilmək istəyirlərsə, biz deyək onlar da bilsinlər.  Birinci Qarabağ savaşı zamanı, İran üzdə Azərbaycanı dəstəklədiyini bildirsə də, İranın Xarici İşlər Nazirliyi və Ordusu gizli şəkildə Ermənistanı müdafiə edirdi. İranın İnqilab Keşikçiləri Korpusu isə guya bizim tərəfimizdə olduqlarını göstərmək üçün Azərbaycan hərbçilərinə təlim keçmək adı ilə 15 nəfərdən ibarət yüksək rütbəli zabitini buraya göndərmişdi. O zaman həmin şəxslər 14 komandaya təlim keçmişdi. Sən demə bu təlimlərin və bu heyətin əsas məqsədi tamamilə başqa bir şey imiş. Məlum olur ki, vaxtilə rus-iran müharibələrindən məğlub çıxmış və Azərbaycan torpaqlarını Rusiya ilə öz arasında bölüşdürmüş İran yenidən Arazın şimalındakı Azərbaycan torpaqlarına göz dikibmiş. Ermənistan, 1993-cü ildə Azərbaycanın İranla həmsərhəd olan İmişli rayonuna raket zərbələri endirərkən, məlum oldu ki, düşmənlərimiz bizi öz qanımızdan olan müsəlman qardaşlarımızın əlləri ilə düzəldilmiş raketlərlə atəşə tutub. Yəni həmin raketlər İran istehsalıdır. Məhz bu səbəbdən həmin 15 nəfər İran hərbçisi, mədəni şəkildə ölkə ərazisindən uzaqlaşdırıldı. Bu 15 nəfərin içində isə tez-tez Azərbaycan rəsmilərinə Arazın o tayından barmaq silkələyən, hazırda İran İslam Şurası Məclisində ata-baba yurdumuz olan Ərdəbili təmsil edən keçmiş Sepah generalı Mənsur Həqiqətpur da var imiş. Sonradan məlum olub ki, “Həqiqət”in nə olduğundan bixəbər olan bu Həqiqətpur Azərbaycanda olduğu müddətdə iranyönümlü dini hərəkatın və indiki Azərbaycan Islam Partiyasının təməlini qoyub. Məlum olur ki, Azərbaycandan “təmtəraqlı şəkildə” yola salındıqdan sonra, burada gördüyü “təqdiralayiq” işlərinin müqabilində ona Sepahın Ərdəbil vilayəti üzrə İdarəsinin rəisi vəzifəsi hədiyyə olunur.

Картинки по запросу Sepah generalı Mənsur Həqiqətpur

Həmin vəzifədə işlədiyi dövrdə də, fars şəkilçisi ilə desək bu bi-Həqiqətpurun bizə qarşı ürəyi soymur ki, soymur. Yəni oturduğu kreslodan bir qaşıq uzadıb Azərbaycanı qarışdırmağa çalışır. Sonradan bu xidmətlərin müqabilində həmin “mötəbər şəxs” ”Ertebate Aliyyat” adlı təşkilatın rəhbəri təyin edilir. Adından da göründüyü kimi, bu vəzifə elə-belə vəzifə olmayıb haa! İrandan “Həcc” ziyarətinə gedən bütün zəvvarlara, eləcə də Məşhəd, Qum və s. kimi ziyarətgahlara gedən islam ölkələrinin vətəndaşlarının pasportlarının möhürünü həmin təşkilatın vurduğunu desək, bu haram yeyən Mənsurun neçə milyon müsəlman zəvvarın halal pulunu yediyi hamıya aydın olar. Bunun nəticəsidir ki, M.Həqiqətpur zəvvarlardan əldə etdiyi külli miqdarda pulların müqabilində artıq 4-cü dəfədir ki, İran Parlamentində təmsil olunur. Hətta hərdən bir Parlament kürsüsündən Azərbaycana tərəf nəsə çırt-pırt edir. Bizə isə, Allahın bu yazıq bəndəsinə dua etmək düşər. Nə deyək, Allah ağıl versin! 
Düzdür, İran BMT-də və  İslam Konfransı Təşkilatının toplantılarında Azərbaycanın xeyrinə səs verir. Çünki bu heç nəyi dəyişmir. Həm də ki, bu heç Ermənistanın xətrinə də dəymir. Çünki, Ermənistanın İrandan aldığı maddi və informasiya dəstəyinin müqabilində bu dəvədə qulaq kimi görünür. Ancaq əmələ gələndə, İran şirkətləri Qarabağda bədnamlarla əlbir olub Şuşa məscidinin təmirini öz üzərinə götürərək, Azərbaycanın hər şeyinə göz dikdikləri kimi tolerantlığına da tamah salmış ermənilərin özləri haqda “humanist xalq” təəssüratı yaratmalarına dəstəkçi olur. Düşmən dəyirmanına su tökmək bu olsa gərək! 

Картинки по запросу sərkisyan tehrana getdi

Həmçinin İranın bir sıra turizm şirkətlərinin internet saytlarında iranlı turistlərə Qarabağın gözəl guşələrinə səyahət üçün olduqca cazibədar təkliflərin irəli sürüldüyünü də görmək olur. Heç azərbaycanlı təəsübkeşliyini demirəm, bəs şiə qardaşlığı harda qaldı, ay ağalar?  
İran həmçinin “qondarma erməni soyqırımı” məsələsinin təbliğində də Ermənistana öz maddi və təşkilati dəstəyini əsirgəmir, hətta bir çox hallarda bu mövzuya dair planları özü qurur. Hətta aldığımız məlumata görə, 2016-cı ilin yay aylarında fars dilinin təkmilləşdirilməsi üçün Azərbaycandan İrana dəvət olunmuş həmyerlilərimizin İsfahandakı erməni kilsəsinə səfərləri təşkil olunaraq, həmin vaxt Ermənistandan da bu dil kurslarına gəlmiş ermənilərin orada qondarma “erməni soyqırımı”nı təbliğ etmələri, hətta qondarma “Dağlıq Qarabağ Respublikası” bayrağı ilə nümayişkaranə şəkildə fotoşəkil çəkdirmələri üçün əməlli-başlı şərait yaradılmışdır. Azərbaycanın  Xarici İşlər Nazirliyinin bugünədək bu məsələyə heç bir reaksiya verməməsi isə başqa bir sual doğurur. 
Keçək Qarabağ məsələsinə, görəsən İran bugünədək Fələstini dəstəklədiyi kimi, hətta Fələstinə görə İsraili özünə 1 nömrəli düşmən elan etdiyi kimi Ermənistana qarşı niyə dost və qardaş münasibəti bəsləyir? Ən azı bəyənmədiyi Türkiyə kimi öz sərhədlərini niyə bu bədnamların üzünə bağlamır? Əksinə hələ onları yedirdib, içirdib, yanacaq, elektrik enerjisi, geniş biznes imkanları və əlinə kösöy verib bizim üstümüzə salır. Biz deyək siz bilin. Çünki Qarabağın ermənilərin əlində qalması İranın ən vacib strateji maraqlarından biridir. Çünki İrana güclü Azərbaycan lazım deyil. 
Bunun müqabilində isə Ermənistan dünyadakı erməni lobbisinin imkanlarından istifadə edərək, Azərbaycan və Türk diasporasının və siyasi təşkilatlarının Avropa və Amerikadakı fəaliyyəti, İrana qarşı mümkün birgə hərəkətləri barədə lazımi məlumatları İrana ötürür.
Hətta son günlər İranın tanınmış politoloqlarından biri olan Bəhram Əmirəhmədian da etiraf etdi ki, Ermənistanın zəfəri İranən zəfəridir.Necə deyərlər, “Dil dolaşar düzünü deyər” 
Belə ağalar! 
Siz islamla bağlı düşüncənizdə olduğu kimi, qonşularınıza münasibətdə də heç zaman səmimi olmadınız və bu səmimiyyətsizlik atmosferi təəssüf ki hələ də hökm sürməkdədir.

AzFakt.com



Xəbərin oxunma sayı : 5461




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap