Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Qeyri-rəsmi birinci ledi…- Ambisiyalı İvanka Ağ Evin yeni sahibi ola bilərmi?

Tarix 17.05.17, 17:35

Font ölçüsü : - / +
bitmap-img6


«Yox, siyasət qəliz işdir…". Donald Trampın qızı İvanka "2024-cü ildəki seçkilərdə iştirak edəcəksinizmi?" sualına belə cavab verib. 35 yaşlı İvanka bu günə qədər qazandığı uğurlarla göstərib ki, çətinlikdən qətiyyən qorxmur və siyasətdə özünü ən azı biznesdə olduğu qədər rahat hiss edir…

Strateq.az xarici mətbuata istinadən İvanka Trampın həyat yoluna nəzər salacaq və ABŞ-ın 45-ci prezidentinin ambisiyalı qızının 46-cı prezident olmağa şansının nə qədər olduğunu müəyyən etməyə çalışacaq.

1981-ci ilin 30 oktyabrında tikinti maqnatı Donald Trampla əslən Çexiyadan olan amerikalı model İvananın qızları dünyaya gəldi.  

Adı anasının adına bənzər oldu – İvanka. Cütlüyün ikinci övladı olan İvanka tezliklə atasının sevimlisinə çevrildi. 

İvankanın uşaqlığı Manhettenin ən dəbdəbəli rayonunda keçib. Onun «Tramp-tauer»in 68-ci mərtəbəsində yerləşən otağının pəncərəsindən Mərkəzi Parka əsrarəngiz mənzərə açılırdı. 

Ailənin Nyu-Yorkun mərkəzində 3 mərtəbəli, 50 otaqlı mənzilindən başqa Konnektikut ştatında 45 otaqlı, Floridada 118 otaqlı mülkü vardı.

İvanka deyir ki, uşaq vaxtı atasının iş söhbətlərini maraqla dinləyir və bundan xüsusi zövq alırdı. 

1989-cu ildə İvanka üçün bir qədər çətin dövr başlayır. O, nüfuzlu "Chapin" təhsil müəssisəsində oxumağa başlayan kimi ətrafında çoxlu jurnalistlər görür. Bütün bunlardan təlaş keçirən qızcığaz mediadan qaçmağa başlayır. 

Tezliklə bu marağın səbəbi ortaya çıxır. Sən demə, jurnalistlər İvankaya atası ilə aktrisa və teleaparıcı Marl Meypls arasında olan münasibətləri barədə sual vermək istəyirmişlər. "Nyu-York Post" aktrisanın Trampla bağlı tərif dolu fikirlərini dərc etmiş, İvankadan da buna münasibət bildirməsi istənilmişdi.

«Olduqca xoşagəlməz idi. Mən dünyanın necə çirkin ola biləcəyini gördüm. Məncə, bu məni bir az da möhkəm elədi".



92-ci ildə Trampla xanımı İvana ayrılmalı olublar. Qardaşı kiçik-Donalddan fərqli olaraq İvanka atası ilə küsülü qalmır və onu bağışlayır. 

 «Yadımdadı, anam bir neçə dəfə məni təhdid edərək internata verəcəyini demişdi", – deyə İvanka xatırlayır. 

15 yaşı tamam olan kimi onu Konnektikut ştatındakı elit pansion-məktəbə göndərirlər. Məktəbdəki sərt qaydalar İvankanın ürəyincə olmur. Atası ilə sıx təmasda olan İvanka hər gün ona zəng edir, hər bazar onunla görüşürdü. Tramp İvanka və onun dostlarını şəxsi təyyarəsində gəzdirir, qızının istirahətinin mənalı keçməsi üçün əlindən gələni əsirgəmirdi. 

Müstəqil olmaq və öz pulunu qazana bilmək üçün İvanka modelliyə başladığını deyir: "Model biznesi heç vaxt hədəfim olmayıb. Bu iş heç xoşuma da gəlmirdi. Orada qarşılaşdığım adamlar qəddar idilər". 

Orta təhsilini başa vurandan sonra İvanka nüfuzlu Corctaun Universitetinə daxil olur. Oradan da ABŞ-ın ən yaxşı kolleclərindən olan Uorton biznes məktəbinə köçürülür. 

Məktəbin direktoru Dirk Uittenborn İvankanı nümunəvi tələbə kimi xatırlayır: "Bir çox tələbə yoldaşları böyük pulların gətirdiyi fitnə-fəsaddan şikayətlənir və dəbdəbəli həyat tərzi keçirirdi. İvanka isə ailəsinə bağlı idi və valideynlərindən fəxrlə danışırdı". 

Ali məktəbi bitirəndən sonra İvanka milyarder Bryus Retnerin yanında işə düzəlir, 25 yaşında isə atasının rəhbəri olduğu şirkətdə fəaliyyətə başlayır. Və qısa zamanda tikinti və satınalmalar sahəsində vitse-prezident vəzifəsinə qədər yüksəlir. 

Səhər 6.30-da ofisə gələn İvankanın iş saatı axşam saat 6-da başa çatırdı. O, atasının iri layihələrini kurasiya edir, vacib və çətin danışıqlarda iştirak edirdi. 

 «Yəqin, mən yeganə qadınam ki, dikdaban ayaqqabıları çıxarıb iş çəkməsini geyinirəm. Və bundan zövq alıram", – deyə İvanka bildirir.

Картинки по запросу ivanka və əri

2007-ci ildə dostları onu həmkarı Cared Kuşnerlə tanış edir. Cared Nyu-Yorkun zəngin və nüfuzlu şəxslərindən olan Çarlz Kuşnerin oğlu idi. Gənclər görüşməyə başlayır və iki il sonra evlənirlər. İvanka ənənəyə uyğun olaraq ərinin ailəsinin etiqad etdiyi iudaizm inancını qəbul edir.

Elə həmin il İvanka özünün şəxsi işini açır, güclü və lider qadınlar üçün elit zinət əşyalarının satışına başlayır. O, xanımlara məsələn, dəyəri 19 min dollar olan, ağ qızıldan hazırlanan brilyant qaşlı boyunbağı da təklif edirdi, çəhrayı qızıldan olan, 940 dollarlıq sadə üzük də…

Beş il sonra İvanka işini genişləndirir və 25-40 yaşlı xanımlar üçün dəbli çanta və geyimlərin satışına başlayır. 

2014-cü ildən İvankanın mallarını internetdən sifariş etməklə almaq mümkün olur. Saytda satışla yanaşı, streslə necə baş etmək olar, uşaqları necə xeyrxahlığa öyrətmək olar kimi, məsləhətlər də verilir. 

Bu konsepsiyanı bütövləşdirmək üçün İvanka bahalı zinət əşyalarının satışını dayandırır. 




Bütün bu illər ərzində İvanka ailəsindən həmişə qürurla bəhs edir.

"Tramp soyadıyla həddən artıq qürur duyuram. Uzun müddət narahat idim ki, həyatım valideynlərimin kölgəsində keçəcək. İndi görürəm ki, bu kölgə elə də pis deyil…", – deyə İvanka özünün "Trampın kartları: işdə və həyatda qələbəyə hesablanmış oyun" kitabında yazır. 

İvanka siyasətdən də yan keçməyib. 2007-ci ildə o, demokrat Hillari Klintona dəstək vermiş, 5 il sonra isə seçiciləri respublikaçı Mitt Romniyə səs verməyə çağırmışdı. 

İvankanın siyasətdəki "ulduz saatı" 2015-ci ilin 16 iyununda oldu. Məhz onun xahişi ilə Donald Tramp insanların qarşısına çıxaraq ABŞ prezidenti olmaq istədiyini elan etdi.

İvanka Trampın seçki kampaniyasının əsas fiqurlarından idi. Az qala, bütün ölkəni dolaşaraq çıxışlar edir, atasını opponentlərin hücumlarından qorumağa çalışırdı. 

İvanka deyirdi ki, atasını hamıdan yaxşı tanıyır və o, həqiqətən də ləyaqətli insandır.

Mühafizəkar "The Federalist" nəşri yazır ki, İvanka təmkinlidir, intiligentdir və güclü mühakimə qabiliyyətlinə sahibdir: "O, Keyt Middlton kimi, demək olar ki, ideal və hamı tərəfindən sevilən biridir. Xüsusən nə qadınlar tərəfindən". 

"The New York Times" yazır ki, İvankanın sahib olduğu üstünlüklər boşa getmədi və onu bəyənənlər Trampa qələbə qazanmaqda kömək etdilər.



Seçkidəki qələbəsinə qədər Tramp deyirdi ki, öz administrasiyasında qızının tuta biləcəyi vəzifə görmür. Lakin Ağ Evə köçəndən sonra mövqeyini dəyişdi: İvanka prezidentin köməkçisi oldu, yoldaşı Kuşner isə baş müşaviri. 

Trampın xanımı Melaniya oğlu Berronla Nyu-Yorkda qalmalı oldu. Nəticədə ABŞ KİV-ləri İvankanı qeyri-rəsmi birinci ledi kimi görməyə başladılar.

İvankanın populyarlığı ABŞ sərhədlərini də aşdı. 

"The New York Times" İvanka haqqında yazır: "O, zahirən gözəldir, karyerasını özü qurur, işgüzardır, gözəl ailəsi var".

İvanka qadın sahibkarlar üçün beynəlxalq fond təsis etməyi, analara, analıq məzuniyyətində olan qadınlara əlavə imkanlar yaratmağı hədəfləyib. Qeyri-rəsmi mənbələrin dediyinə görə, onun ambisiyaları daha böyükdür. 

"The New York Times"ın məlumatına görə,  İvanka təhsil, miqrasiya, qaçqınların qəbulu, iqlim dəyişikliyi kimi, prinsipial məsələlərlə də bağlı yaxından maraqlanır və bu istiqamətdə planları var.

Deyilənlərə görə, kimyəvi silahdan istifadəyə cavab olaraq Suriya hərbi bazasının vurulmasına Trampı məhz İvanka razı salıb. Hərçənd özü bunu inkar edir.

Mətbuat yazır ki, İvanka və Kuşner Tramp administrasiyası daxilində bəzi məsələlərlə bağlı digər baş müşavir Stiven Bennonla münaqişə yaşayırlar. Lakin proseslər hələlik İvanka və ərinin üstünlüyə sahib olduğunu göstərir.

Belə ki, bu yaxınlarda Bennon Milli Təhlükəsizlik Şurasından xaric edildi. İstisna deyil ki, İvanka bundan sonra da atasının izləri ilə addımlayaraq  ABŞ tarixinə öz adını yazdırmağı bacaracaq…



Xəbərin oxunma sayı : 1672




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap