Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Rusiyada Qarabağda müharibə başladır! - Moskvanın xain planı

Tarix 18.05.17, 23:08

Font ölçüsü : - / +
bitmap-img6


“Rəsmilərimiz də son zamanlar açıq etiraf edirlər ki, ”Rusiya nə istədi, biz həmin istəkləri yerinə yetirmədik?”

Ermənistan və Azərbaycan arasında müharibə ehtimalı böyükdür. Dağlıq Qarabağda vəziyyət kəskinləşəcəksə, bu, ötənilki kimi lokal olmayacaq və dövlətlərarası müharibəyə çevriləcək. Publika.az xəbər verir ki, bu ehtimalla gürcü ekspert Vaxtanq Maisaya Gürcüstanın “Rezonans” nəşrinə müsahibəsində çıxış edib. Onun sözlərinə görə, müharibənin baş verməsində Ermənistan maraqlıdır: “Ermənistanı Moskva və İrəvan arasında imzalanmış hərbi müqavilələr motivasiya edir”.

Lakin ekspertə görə, müharibədə ən böyük marağı olan Rusiyadır: “Rusiya Cənubi Qafqazda öz döyüş hazırlığını gücləndirməyə cəhd edir. Təsadüfi deyil ki, abxaz dəmir yolu məsələsi gizli danışıqlar səviyyəsində davam edir. Abxaz dəmir yolunun bərpası Rusiyaya hərbi yüklərin daşınması üçün lazımdır. Rusiya Sxinvalidə, Abxaziyada, eləcə də Ermənistanda hərbi kontingentini gücləndirir. Qafqaz Rusiyaya sonrakı genişlənmə üçün müharibə meydanı kimi lazımdır”.

Qeyd edək ki, musavat. com-un yazıdığına görə, son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlərdə ortaya çıxan anlaşılmazlıqlar, Moskvadan ermənilərə dəstək verilməsi istiqamətində atılan addımlar işğalçı Ermənistanı və Qarabağ separatçılarını daha da fəallaşdırıb.

bako_1

İki gün əvvəl Qarabağ separatçılarının başçısı Bako Saakyanın Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə, Talış kəndi ərazisinə gəlməsi, hərbçilərlə görüşü də Azərbaycanı açıq şəkildə təxribata çəkmək niyyəti idi. Bundan bir gün qabaq düşmənin təxribatçı hərəkətləri ordumuzun sərrast atəşi ilə susdurulmuşdu. Ermənistan canlı qüvvə sarıdan itki vermədiyini iddia etsə də, hərbi texnikasının sıradan çıxdığını təsdiqləmişdi. ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya həmsədrlik prinsiplərinə sadiq qalmaq, işğalçını təxribatlardan qaçmağa çağırmaq əvəzinə, onun hərbi texnika sarıdan itki verməsinə dərhal reaksiya verdi. Belə ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi erməni jurnalistlərə Dağlıq Qarabağda ZRK OSA-nın vurulmasını şərh edib. Nazirlik bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bir vasitəçi kimi atəşkəs rejiminin pozulmasını qınayır və iki ölkə arasında gərginliyin daha da güclənməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək. Görünür, elə bu səbəbdəndir ki, Ermənistan növbəti təxribatlara əl atıb.

cebhe_ateshkes31

Belə ki, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib. “Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb. Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”, - deyə məlumatda vurğulanır.

Son zamanlar davamlı şəkildə gah Ermənistandakı birgə hərbi birləşmələrin Qarabağdakı hərbi əməliyyatlara müdaxilə edəcəyi ilə hədələyən, ya da həyasızcasına Azərbaycanı iki dövlət sərhədində “təxribatlar törətməkdə” günahlandıran işğalçı bununla KTMT-nin proseslərə müdaxiləsi üçün imkan yaratmağa çalışır. Ancaq Moskvanın Qarabağ separatçılarına Rusiya ərazisində müxtəlif səviyyələrdə meydan verməsi, üstəlik, işğalçı Ermənistana məxsus hərbi texnikanın vurulmasından narahatlığını (!) dərhal izhar etməsi Azərbaycanı alternativlər axtarmağa, həmsədrlik institutunun fəaliyyətindən imtinaya vadar edir.

Vəziyyətin kritik olduğunu ABŞ Milli Kəşfiyyat Agentliyi də öz hesabatında bildirmişdi. Sənəddə deyilirdi ki, bu il ərzində Qarabağda geniş hərbi toqquşmalar baş verə bilər. Məhz bundan sonra həmsədrlər bölgəyə səfər edəcəklərini açıqladılar. ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurzun Cənubi Qafqaz regionuna səfəri də nəzərdə tutulub.

Bu barədə APA-ya Avstriya sədrliyinin mətbuat ofisindən məlumat verilib. Bildirilir ki, səfərin dəqiq tarixi hələlik müəyyənləşməyib. Qeyd edək ki, ATƏT-ə sədrlik edən ölkələr ənənəvi olaraq hər il Dağlıq Qarabağ münaqişəsinin tərəfləri olan Azərbaycan və Ermənistana səfər edirlər. 2016-cı ildə ATƏT-ə sədrlik edən Almaniya xarici işlər naziri Frank Volter Ştaynmayer iyunun 30-da, 2015-ci ildən sədrlik edən Serbiyanın xarici işlər naziri İvitsa Daçiç isə iyunun 1-də Azərbaycana səfər edib.
Ancaq bu səfərlərin prosesdə önəmli rol oynayacağına ümidlər qalmayıb. Hətta Rusiyanın ev sahibliyi ilə keçirilən son görüş də nəticəsiz başa çatdı və hətta bunun ardınca işğalçı daha da ağzınlaşdı.

Related image

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında Rusiya XİN-in son reaksiyasını təəccüblü saymadığını vurğulayıb: “Rusiyanın belə reaksiyası guya ki, ATƏT-in Minsk Qrupunun üzvü kimi təmas xəttində gərginliyin artması və hər hansı lokal döyüşlərə gətirib çıxara bilməsinə münasibət kimi qiymətləndirilə bilər. Yəni bu rəsmi tərəfdir. Qeyri-rəsmi ondan ibarətdir ki, məhz vurulan həmin texnika yəni – OSA zenit raket kompleksi Rusiyanın hərbi hava qüvvələrində ən çox işlənən komplekslərdən biridir və belə bir kompleksin Dağlıq Qarabağ ərazisinə gətirilməsi də Azərbaycanın hava məkanına birbaşa müdaxilə deməkdir. Daha doğrusu, hava məkanında uçan vasitələrimizə qarşı və hətta terror aktına qədər istifadə edilə bilər. Təbii ki, Azərbaycan tərəfi öz hava məkanlarının təhlükəsizliyinə olan təhdidin qarşısını almaq üçün onu məhv etməli idi və belə də etdi”.

Image result for Cəbhədə vəziyyət

A.Nağıyev bir məqama xüsusi diqqət yetirməyi vacib saydı: “Bütün bu proseslər Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vaxt daima baş verir. İndi də İslam Həmrəyliyi oyunlarının keçirildiyi bir vaxt təsadüf seçilməyib. Məlumdur ki, bu oyunlarda Rusiya iştirak etmir, etsəydi ermənilər, ümumiyyətlə, belə təxribatlara əl atmaqdan çəkinərdilər. Eyni zamanda təmas xəttinin müxtəlif istiqamətlərində ermənilərin təxribatı vurulan texnikaya görə cavab tədbiri görmək istəyi ilə bağlıdır. Bütün bunlar da öz havadarları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və status-kvonun saxlanması üçün atılan addımlardır”.

Ekspertin sözlərinə görə, çox təəssüf ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlər, o cümlədən Rusiya mühüm addımlar atmır və atmaq istəmir: “Məhz buna görə də Azərbaycan öz ərazi bütövlüyünün bərpası və düşməndən təmizlənməsi üçün bütün potensialından, eyni zamanda hərbi metoddan da istifadə etməli, edir və edəcəkdir”.

elxan s

“Yay ayları yaxınlaşdıqca cəbhə bölgəsində gərginliyin artacağını ehtimal edirəm. Həmsədr dövlətlərin əlindən bir iş gəlmir. Əslində elə onların özləri Azərbaycanla Ermənistanı müharibəyə sürükləyirlər”. Bu fikirlər isə politoloq Elxan Şahinoğluna məxsusdur. Ekspert “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, müharibə istəməyən dövlətlər bunun qarşısını almaq üçün həll mexanizmlərini işə salmırlar, Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasının aktuallığını anlamaq istəmirlər: “Belə olan halda kimsə Azərbaycandan atəşkəsə riayət edəcəyini gözləməsin. Təsadüfi deyil, bir neçə gün əvvəl Azərbaycan ordusu işğal altındakı torpaqlarda separatçıların zenit-raket kompleksini məhv etdi. Bu hadisə Ermənistanda ciddi müzakirələrə səbəb olub. Deyirlər ki, ”zenit-raket kompleksinin məhv olunmasının əvəzini çıxmalıyıq, yoxsa Azərbaycan daha çox üstümüzə gələcək”. Göstərdikləri misal da maraqlıdır: “Ağdam səmasında helikopterimizi vurdular, 3 hərbçimizi itirdik, əvəzini çıxmadıq. Bu dəfə də əvəzini çıxmasaq, Azərbaycan ordusu itki verməsə, qarşı tərəfdə ruh yüksəkliyi artacaq””.
E.Şahinoğlu şimal qonşumuzun dolayısı ilə işğalçıya verdiyi dəstəyə də diqqət çəkdi: “Ən maraqlısı odur ki, separatçıların ”daha çox azərbaycanlı hərbçi öldürməliyik” fikirlərini Rusiyadakı bəzi saytlar da tirajlayır. Biz vurmaqda davam edəcəyik, əvəzini çıxmağı bacarsalar da, bacarmasalar da yenə vuracağıq, başqa alternativimiz yoxdur. Torpaqlarımızı işğal etməklə həyatımızı zəhərə çevirdilər, demək, onların həyatı bizimkindən də betər olmalıdır. Elə bilirdilər Dağlıq Qarabağı və ətraf rayonları işğal etməklə məsələ bitdi, üstəgəl, Bişkəkdə atəşkəs sazişi onların rahat həyatı üçün təminatdır. İlk illərdə zəif idik, dözürdük, indi Allaha şükür, ordu gücləndirilib, kifayət qədər hərbi sursatımız da var. Ona görə də işğalçıya və işğaldan bəhrələnən əhaliyə sakitlik vəd edə bilmərik”.

Politoloq Ermənistanla qarşıdurmada Rusiya faktorunun arxa plana atılmasını doğru saymayanlarla müəyyən qədər razılaşır: “Bəli, bu faktor həmişə var. Ancaq biz bu faktorla daima hesablaşmalı deyilik, elə etməliyik ki, Rusiya bizim maraqlarla hesablaşmaq məcburiyyətində qalsın. Çətindir, ancaq mümkündür. Rusiya faktorunu özümüz üçün əsas götürməməliyik. Onsuz da Rusiya Ermənistanı qoyub Azərbaycanın haqlı mövqeyini heç vaxt dəstəkləməyəcək. Rəsmilərimiz də son zamanlar açıq etiraf edirlər ki, ”Rusiya nə istədi, biz həmin istəkləri yerinə yetirmədik?” Bu istəklərin yerinə yetirilməsinin əvəzində nə qazandıq? Heç nə, yenə erməni separatçılarını dəstəklədilər. Demokratiyada çarə tükənmədiyi kimi, xarici siyasət və təhlükəsizlikdə də çarə tükənməz, alternativlər həmişə var”.

Image result for Cəbhədə vəziyyət

Bir sıra müşahidəçilər hesab edir ki, Rusiya-Ermənistan hərbi müttəfiqliyinin qarşılığında Azərbaycanın Türkiyə ilə hansısa formada əməkdaşlığı, birgə hərbi birləşmələr yaratması əsas çıxış yollarından biridir. Görünən budur ki, Azərbaycanın neytral mövqeyi, Qoşulmayanlar Təşkilatının üzvü kimi yola davam etməsi onun əleyhinə işləyən qüvvələrin sui-istifadəsinə yol açdı. Tərtər cəbhəsi istiqamətində düşmənin hazırladığı təxribat planının qarşısı vaxtında alınmasa, kim bilir, necə böyük fəlakətlər baş verə bilərdi. Bu mənada Azərbaycan hər an baş verə biləcək növbəti döyüşlərə özünün yaxın müttəfiqləri ilə bərabər hazır olmalıdır ki, torpaqlarını son qarışına qədər azad etməklə bağlı planını uğurla başa çatdırsın. Çünki bütün dünya bilir ki, Azərbaycanın qarşısında dayanan Ermənistan ordusu deyil…




Xəbərin oxunma sayı : 775




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap